Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7130/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkii Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2685/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin üzərinə İddiaçı ilə yeni alqı-satqı müqaviləsi bağlanılmaqla və abonent kodu verilməklə istehlakçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə qaz təchizatının bərpa edilməsi vəzifəsinin qoyulması, Cavabdeh İB-dən onun xeyrinə 7200 (yeddi min iki yüz) manat pul maddi zərərin əvəzi kimi, 1000 (bir min) manat pul isə mənəvi zərərin əvəzi kimi tutularaq ödənilməsi, onun vəkilinin göstərdiyi yardıma görə ödədiyi 200 (iki yüz) manat pul və dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat pulun Cavabdeh” İB-dən tutularaq ona ödənilməsi, cavabdeh “Azərqaz” İB ilə X2 arasında bağlanılmış alqı-satqı müqaviləsinə görə abonent kodu-**********00000, 23.11.2015-ci il tarixində quraşdırlmış Smart G-4 İTRON DİAFRAQMA tipli sayğac üzrə yaranmış 4114 manat (dörd min yüz on dörd) manat borc adı çəkilən tərəflərin özlərinə aid edilməsi və ya silinməsi, bu vəsaitin ondan tutulmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2021-ci saylı 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, təbii qazdan istifadəyə görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evi (abonent kodu **********0000) hesablanmış 4114 (dörd min yüz on dörd) manat borc məbləği İddiaçı aid edilməməsi, İddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin bağlanması və ünvan 2 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evinə qaz təchizatı Cavabdeh tərəfindən təmin olunması, Cavabdehndən hüquqi yardım xidmət göstərilməsinə görə ödənilmiş xidmət haqqının əvəzi olaraq 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsuunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilərək məhkəmə iclası 13 sentyabr 2021-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. Məhkəməyə 13 iyul 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(011)-2685/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2685/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2685/2021 saylı 09 aprel 2021ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7130/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7130/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver