Məhkəmə qərarları › İş №2(102)-4636/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4636/2019

20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4636/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-7329/2018, hakim T.B.Axundov) İddiaçı Cav abdehnə, müstəqil tələblər irəli sürməyən 3-cü şəxs 41 saylı notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2573/2019, hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı verilmiş 26.09.2008-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal ra yonu, Zülfü Adıgözəlov küçəsində istifadədə olan 0,04757 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 və 2 mərtəbəli 17 otaqlı, 253,2 kv.m yaşayış, 212,2 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 2/12 hissə, X5 ¼ hissədən-1 otaq, X6 ¼ hissədən1 otaq, X7 ¼ hissədən-qalan hissə, X3 ¼ hissədən 2 otaq (y/s 26,8 kv.m, k/s 19,7 kv.m), X8 ¼ hissədən-1 otaq, X13 ¼ hissədən-1 otaq, X1 ¼ hissədən-1 otaq, X2 ¼ hissədən-1 otaq, X12 2/12 hissədən bir hissə, X10 2/12 hissə, X4 2/12 hssədən bir hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Cavabdeh Başçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevraı 2016cı il tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq həmin ərazidə yerləşən yaşayış üçün yararsız və qəzalı vəziy yətə düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış evlərinin tikintisinin layihələndirilməsi haqqında 30.06.2017-ci il tarixli sərəncam vermişdir. 03.07.2018-ci il tarixdə İddiaçı ilə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti adından X11 ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 253,2 kv.m köməkçi sahəsi 212.2 kv.m olan, 17 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 2/12 hissəni 85.236 manata satmışdır. 30 avqust 2018-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili 03.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və zərərin ödənilməsi tələbi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinə İddiaçı evinin bazar dəyərinin 111.700 manat təşkil etməsi barədə qiymətləndiricinin 08 avqust 2018-ci il tarixli qiymətləndirmə hesabatını da əlavə etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iradəsinə zidd olaraq hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə nəticəsində, özü və ailə üzvlərinin həyatı üçün real təhlükə nəticəsində müqavilə bağlamağa məcbur olmuşdur. Ərizəçinin evinin qaz, su, elektrik enerjisi təchizatı mütəmadi olaraq dayandırılması təsdiq edilmişdir. İddiaçının evinin yerləşdiyi torpaq sahəsi də onun mülkiyyəti sayılır. Evinin əvəzinə 85.236 manat vəsait alsa da, torpaq sahəsinə görə ümumiyyətlə pul ödənilməmişdir. Kass ator Mülki Məcəllənin 390, 339.1-339.5, 21, 152, 1096, 1097, 1115-ci maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsində istifadədə olan 0,04757 ha torpaq sahəsində yerləşən 15 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/12 hissədə İddiaçı məxsus olmuşdur. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarına əsasən Yasamal rayonu “Sovetski” (Z.Adıgözəlov küçəsi 15 saylı ev daxil olmaqla) adlanan ərazidə Bakı şəhərin in Baş planının icrası ilə əlaqədar dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi, yol nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin aparılması məqsədi ilə torpaqlarının dövlət ehtiyacları üçün alınma prosesi başlanmışdır. Bununla bağlı Bakı şəhəri, Cavabdeh Başçısının 30.06.2017-ci il tarixli 219 saylı sərəncamı ilə Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında “xxxx” MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmişdir. Həmin sərəncamda həmçinin Yasamal rayon u, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsi “xxxx” MMC-yə tapşırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı ilə, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti adından X11 ilə 03.07.2018-ci il tarixdə 41 saylı notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı 85.236 manat müqabilində ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 253,2 kv.m köməkçi sahəsi 212.2 kv.m olan, 17 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 2/12 hissəsini Bakı şəhəri Yasamal rayon İcra hakimiyətinə satmışdır. AzərbaycanRespublikasıM ülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin alqı-satqı müqaviləsinin məzmununu müəyyən edən 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı tələbini bağlanmış müqavilənin onun iradəsini əks etdirmədiyi ilə əsaslandırmışdır. AzərbaycanRespublikasıMülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şərait i nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilmişdir. İddiaçı cavabdehin ona qarşı məcburiyyət tətbiq etməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mubahisələndirilən muqaviləyə dair hüquqi prosedurlarbarəsində İddiaçı muqavilənin tərəfi kimi azadlığı olmuş və bu hüquq mülki qanunverciliyin əsas prinsiplərindən olan “muqavilə azadlığı” prinsipinin təbii nəticəsidir. Həmin prinsip çərçivəsində iddiaçı tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə muəyyənləşdirilmişdir. A pellyasiya məhkəməsi iddiaçının müqavilə bağlanmamışdan əvvəl 2018-ci ilin martından başlayaraq cavabdehin əməkdaşlarının mütəmadi iddiaçının evinə gələrək ondan və onun ailə üzvlərindən evdən, torpaqdan imtina edib, ucuz kompensasiya müqabilində çıxıb getməsini tələb etmələri, həmin evdə yaşayan və müxtəlif xəstəliklərdən əziyyət çəkən iddiaçının 80 yaşlı anasına bu hədələrin xüsusilə pis təsir göstərməsi, cavabdehin göstərişləri ilə kommunal problemlərin suni yaradılması, sistematik olaraq suyun, elektrik enerjisinin, qazın kəsilməsi ilə iddiaçı və ailəsinin yaşayışını dözülməz həddə çatdırması və yaşamağın qeyri-mümkün olması, cavabdehin mütəmadi təzyiqləri, hədə-qorxuları (etiraz etsəniz, zorla çıxaracağıq) ilə üzləşən iddiaçının evin alqı-satqı müqaviləsini bağlamağa məcbur olması kim i dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəf aldadıldığını, hüquqlarının pozulmasını bildirərək hazırda iddia ilə məhkəməyə müraciət etdiyi kimi, sadalanan hallar həqiqətən də mövcud olduğu təqdirdə vaxtında onun bu hüquqlarını pozan və məhdudlaşdıran şəxs, şəxslər və ya müəyyən orqanlar barədə aidiyyatı üzrə müvafiq qaydada şikayət etmək kimi konstitusion hüquqlarından istifadə etməməsinin səbəblərini məhkəmədə izah edə bilməmişdir. Bunun əksi olaraq müəyyən edilmişdir ki, iddiaçının əmlakının da (mübahisəli mənzilin) yerləşdiyi, söküntü ərazisində yerləşən digər mənzillrdə su, işiq enerjisi və qaz təchizatında heç bir problem yoxdur və ərazidə yerləşən mənzillər hələ də su, işiq enerjisi və qazla təhciz olunmaqdadır. Yalnız söküntü işləri aparılan zaman təhlukəsiz liyin təmin edilməsi məqsədi ilə müvəqqəti olaraq su, işiq enerjisi və qaz təhcizatı dayandırılır. İddiaçının evinin yerləşdiyi torpaq sahəsinə görə ona pul ödənilməməsi ilə bağlı dəlilinə gəldikdə isə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, satıcı alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evinin ona məxsus hissəsini alıcının mülkiyyətinə verməyi, satıcı isə həmin daşınmaz əmlakın qiyməti kimi 85.236 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının iddia etdiyi evin yerləşdiyi torpaq sahəsi isə onun adına ayrıca mülkiyyət kimi qeydiyyata alınmadığından, alqı-satqı müqaviləsinin predmetini təşkil etmir. İddiaçının tələbinin digər əsasını da onun mülkiyyət hüquqlarının digər formada pozulmas ı təşkil edir və bu tələbin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununda torpaqların dövlət ehtiyacları üçünalınması zamanı Nazirlər Kabinetinin qərarlarına, İnsan Hüquqları və X9 haqqında Konvensiyada (Avropa Konvensiyasında) nəzərdə tutulmuş bir sıra maddələrinə istinad edilmişdir. Bu halda qeyd edilən alqı-satqı müqaviləsinin bağlanması nəticəsində iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması barədə dəlillərinin hüquqi əsası yoxdur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulması halı öz təsdiqini tapmamışdır. Əksinə, iş materiallarınd an görünür ki, iddiaçı cavabdehlə müqavilə bağlayaraq mülkiyyətini sərbəst, könüllü qaydada özgəninkiləşdirərək qarşılığında müqavilə üzrə razılaşdırılmış məbləği aldıqdan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halları əsassız sayaraq iddiaçının özü tərəfindən hüquqdan sui-istifadə halına yol verilməsini qeyd etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar