Məhkəmə qərarları › İş №2(011)-2703/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2703/2020

08.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2703/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0446 saylı, xx xxxxxx 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 819,40 manat, cərimə üzrə 200 manat, cəmi 1.019,40 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, dəyəri 3.300 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışı olan, Rossi 28 kV1 markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, ədəd troynik 25 mm, 9 ədəd keçid 25*20, 2 ədəd pol oborot vintil 25 mm, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 80 ədəd boru 25 mm, 2 ədəd baçonka, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 1 ədəd qaz requlyatoru, 8 ədəd mufta 25 mm, 40 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 98 ədəd radiator, 1 ədəd stabilizator, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 18 ədəd rekor düz 20 mm, 18 ədəd troynik 25-20, 1 ədəd suşilka zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixdə xx/xx/0446 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 3.300 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2017-ci il buraxılışı olan, Rossi 28 kV1 markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, ədəd troynik 25 mm, 9 ədəd keçid 25*20, 2 ədəd pol oborot vintil 25 mm, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 80 ədəd boru 25 mm, 2 ədəd baçonka, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 1 ədəd qaz requlyatoru, 8 ədəd mufta 25 mm, 40 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 98 ədəd radiator, 1 ədəd stabilizator, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 18 ədəd rekor düz 20 mm, 18 ədəd troynik 25-20, 1 ədəd suşilka cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən xx xxxxxx 2020-ci il tarixinədək, lizinq ödənişləri üzrə 819,40 manat, cərimə üzrə 2.868,55 manat olmaqla, cəmi 3.687,95 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, xx/xx/0446 saylı, xx xxxxxx 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 3.300 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışlı olan, Rossi 28kVt markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, ədəd troynik 25 mm, 9 ədəd keçid 25*20, 2 ədəd pol oborot vintil 25 mm, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 80 ədəd boru 25 mm, 2 ədəd baçonka, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 1 ədəd qaz requlyatoru, 8 ədəd mufta 25 mm, 40 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 98 ədəd radiator, 1 ədəd stabilizator, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 18 ədəd rekor düz 20 mm, 18 ədəd troynik 25-20, 1 ədəd suşilka zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması, ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, xx/xx/0446 saylı, xx xxxxxx 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi və Cavabdeh2 lizinq obyekti olan 1 ədəd 2017-ci il buraxılışlı olan Rossi 28kVt markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, troynik 25 mm, 9 ədəd keçid 25*20, 2 ədəd pol oborot vintil, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 80 ədəd boru 25 mm, 2 ədəd baçonka, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 1 ədəd qaz requlyatoru, 8 ədəd mufta 25 mm, 40 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 98 ədəd radiator, 1 ədəd stabilizator, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 18 ədəd rekor düz 20 mm, 18 ədəd troynik 25-20, 1 ədəd suşilkanın alınaraq iddiaçıya qaytarılması, ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarındaolan sənədlərdən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə İddiaçı MMC ilə lizinq alan Cavabdeh2 arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən 1 ədəd divardan asılan məişət qaz qazanını ləvazimatları ilə birlikdə öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı MMC-yə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lizinq obyektinin sahibi İddiaçı MMC-dir.Cavabdeh2 daxili maliyyə lizinq müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə ümumilikdə 3.687,95 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-cimaddəsinəəsasən,lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. HəminMəcəllənin 748-1.5-cimaddəsinəəsasən,lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. HəminMəcəllənin 748-1.12-cimaddəsinəəsasən,lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. HəminMəcəllənin 748-10.1-cimaddəsinəəsasən,lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh2 yuxarıda adı çəkilən daxili lizinq müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixli xx/xx/0446 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etmədiyindən və iddiaçı mübahisəli lizinq obyektinin mülkiyyətçisi olduğundan, iddiaçının lizinq obyektinin geri qaytarılması barədə tələbi əsaslıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx/xx/0446 saylı, xx xxxxxx 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməli və Cavabdeh2 lizinq obyekti olan 1 ədəd 2017-ci il buraxılışlı olan Rossi 28kVt markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, troynik 25 mm, 9 ədəd keçid 25*20, 2 ədəd pol oborot vintil, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 80 ədəd boru 25 mm, 2 ədəd baçonka, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 1 ədəd qaz requlyatoru, 8 ədəd mufta 25 mm, 40 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 98 ədəd radiator, 1 ədəd stabilizator, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 18 ədəd rekor düz 20 mm, 18 ədəd troynik 25-20, 1 ədəd suşilka alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh2alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx/xx/0446 saylı, xx xxxxxx 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi ləğv edilsin. Cavabdeh2 lizinq obyekti olan 1 ədəd 2017-ci il buraxılışlı olan Rossi 28kVt markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, troynik 25 mm, 9 ədəd keçid 25*20, 2 ədəd pol oborot vintil, 8 ədəd radiator asqı seti, 16 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 80 ədəd boru 25 mm, 2 ədəd baçonka, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 1 ədəd qaz requlyatoru, 8 ədəd mufta 25 mm, 40 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 5 ədəd mufta 20 mm, 98 ədəd radiator, 1 ədəd stabilizator, 1 ədəd qaz şlanqı 80 sm, 1 ədəd qaz vintili, 18 ədəd rekor düz 20 mm, 18 ədəd troynik 25-20, 1 ədəd suşilka alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar