Məhkəmə qərarları › İş №2(011)-2707/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2707/2023

16.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2707/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdehin nümayəndəsi X8 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X24 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qalıq əmək haqqı olaraq ödənilməli pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı - əmək haqqı olaraq onlara ödənilməli olan İddiaçı1 1654 manat 20 qəpik, İddiaçı2 3320 manat 19 qəpik, İddiaçı3 1891 manat 64 qəpik cavabdehdən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırlmışdır ki, iddiaçılar əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan “ULDUZ” X18 müxtəlif vəzifələrdə çalışmışlar. 2008-ci ildən başlayaraq müxtəlif illər üçün əmək haqqı hesablamaları aparılmış Xətai Rayon Məhkəməsinin 04 iyul 2012-ci il tarixli iş N-2(011 )-2211/12 qərarına əsasən əmək haqqlarının çox hissəsini 2019cu ildə X32 rayon şöbəsinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hesablarına köçürülərək ödənilmişdir. Məhkəmənin əhatə etdiyi dövrü hesablanmış əmək haqlarını aldıqlarına baxmayaraq həmin dövrdən sonra hesablanmış əmək haqlarının qalan hissəsi yəni, 1) İddiaçı1 hesablanmış 1654 manat 20 qəpik. 2) İddiaçı2 hesablanmış 3320 manat 19 qəpik, 3) İddiaçı3 1891 manat 64 qəpik. Hesablanmış əmək haqlarının qalan hissəsi bu günə qədər dəfələrlə müraciət etmələrinə baxmayaraq ödənilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi “ULDUZ” X19 bütün daşınan və daşınmaz əmlakının və digər mənsub olduğu əşyaları sərəncam, alqı- satqı, silgilər aparmaq hüququna cavabdeh olmaqla bərabər əmək haqlarının da ödənilməsinə cavabdehdir. Ona görə də əmək haqlarının ödənilməsinə Əmlak Məsələləri Dövlət Komitəsi borcludur. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, baş mühasib İddiaçı1 2011-2012 ci illərdə əmək haqqı borc qalığı 1654,20 manat olmuşdur. 2 saylı yataqxanın komendantı X11 əmək haqqı borc qalığı 2013-2014-cü illər üçün 1891,64 olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı2 2007-2009 cu illərdə həmin zavodun Direktor vəzifəsində işləmiş, onun əmək haqqı borcu 3320,19 manat olmuşdur. İş materiallarında olan nikah haqqında arayışıdan görünür ki, X22 ilə İddiaçı3 arasındakı nikah xx.xx.1986-cı ildə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2014-cü ildə tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” barədə arayışdan görünür ki, İddiaçı2 ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” barədə arayışdan görünür ki, İddiaçı1 ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” barədə arayışdan görünür ki, İddiaçı3 ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-cı il tarixli 2(011)-2211/2012 saylı qətnaməsindən görünür ki, iddiaçılar X12 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X4rşı əmək haqqlarının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, «Ulduz» EİB-dən 1889,40 manat X6, 495,90 manat X13, 1293,98 manat X2, 3895,36 manat X9, 3953,48 manat X10, 7072,73 manat İddiaçı1 Qəytəran qızının, 1916,76 manat X3, 2517,75 manat X7 və 2332,35 manat X15 xeyrinə tutulmuşdur. İş materiallarında olan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1278/2020 saylı qiyabi qətnaməsindən görünür ki,İddiaçı2 cavabdeh “Ulduz” Elm-İstehsalat Birliyinə qarşı “pul” tələbinə dair iddiası təmin edilərək “Ulduz” Elm-İstehsalat Birliyindən 3320,19 manat məbləğində pul İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1050/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı3 cavabdeh “Ulduz” Elm-istehsalat Birliyinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, “Ulduz” X1 Tacirə Bilal qızının xeyrinə 2013-2014-cü illər üçün ödənilməmiş 1891,64 manat əmək haqqı tutulması qət edilmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 154-cü maddənin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, əmək münasibətləri əmək müqaviləsi bağlanarkən işəgötürən və işçi arasında yaranmaqla əmək mübahisələrinin tərəfləri işəgötürən və işçilərdir. Göründüyü kimi, qanunverici əmək münasibətlərinin iştirakçıları kimi işçi və işəgötürəni müəyyən etməklə, onların əmək müqaviləsindən irəli gələn qarşılıqlı hüquq və öhdəliklərini nəzərdə tutmuşdur. Baxılan işdə isə əmək müqaviləsinin tərəfləri işçi qismində İddiaçı1, İddiaçı2, X22 (öldüyündən arvadı İddiaçı3 iddiaçı qismində çıxış edir) və işəgötürən qismində “Ulduz” X23muşdur. Buna baxmayaraq, iddia ərizəsində iddiaçılar “qalıq əmək haqqı olaraq ödənilməli pul tələbi” barədə iddia tələbinə cavab verəcək şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini göstərmişdirlər. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işəgötürən təşkilat olmadığından əmək mübahisəsinin tərəfi deyildir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə götürən təşkilat olmadığından, bununla da əmək mübahisəsinin tərəfi və iddiaçılar ilə əmək münasibətlərində olmadığndan iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qalıq əmək haqqı olaraq ödənilməli pul tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar