Məhkəmə qərarları › İş №2(011)-271/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-271/2025

10.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-271/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, şəxsi mülkiyyətində olan Amerika istehsalı Dodge Duranqo markalı **-GY- *** nömrəli avtomobilin surətlər qutusunda müəyyən problem olduğuna görə Nərimanov rayon ərazisində yerləşən Dodge Duranqo maşınlarının mərkəzi olan Avtoluks salonuna müraciət edərək maşının diaqnostika edilməsi xahiş edilmişdir. Diaqnostika nəticəsində müəyyən edilmişdir ki, avtomobilin surətlər qutusunun 1-ci pilləsində müəyyən nasazlıq olduğuna görə bir sıra hallarda avtomobil birinci surətə keçmədiyinə görə yerindən götürməkdə problem yaranır. Bundan sonra iddiaçı Yasamal rayonunun Yeni Yasamal dairəvi yolda yerləşən Dodge Duranqo maşınlarını təmir edən servisə müraciət etmişdir. Servisin müdiri Cavabdeh iddiaçıya bildirmişdir ki, iddiaçı maşını 2 gün orada saxlasın, onlar təmir edərək qeyd edilən nasazlığı aradan qaldırıb maşını iddiaçıya verəcəklər. 2 gündən sonra iddiaçı gəlib maşını götürmüş və maşının təmiri üçün 1450 manat rəsmi qaydada onlara pul vermişdir. Bir neçə gün maşını sürərkən müəyyən olunmuşdur ki, servis tərəfindən lazımi qaydada təmir aparılmamış və yenə də surətlər qutusunda əvvəlki, qaydada nasazlıq qalmışdır. Bunu dəqiqləşdirmək üçün Avtoluks salonuna müraciət edərək avtomobili yenidən diaqnostika edilməsini xahiş etmişdir. Avtomobil yenidən diaqnostika edilərkən müəyyən edilmişdir ki, surətlər qutusunda olan nasazlıq aradan qaldırmamış və avtomobil elə əvvəlki vəziyyətindədir. Bundan sonra iddiaçı servisə gələrək Cavabdeh bildirmişdir ki, maşının təmiri üçün 1450 manat sizə pul ödəmiş və diaqnostika sənədlərini ona göstərərək, həmin nasazlığın aradan qaldırılmadığını bildirmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, narahat olmasın onlar öz xərcləri hesabına maşını yenidən təmir edəcəklər. İddiaçı maşını yenə də orada qoymuş və iki gündən sonra gələndə Ruslan iddiaçıya bildirilmişdir ki, maşını təmir etmişlər və əlavə olaraq bir hissəsini yenidən yenisini qoyduqlarına görə 500 manat da əlavə ödəməlidir. İddiaçı da əlavə olaraq 500 manat ödəyib maşını götürmüşdür. Lakin bir neçə gündən sonra iddiaçı baxmışdır ki, maşın yenə də normal işləmir və elə həmin o nöqsan surətlər qutusunda yenə də mövcuddur. Bir həftədən sonra iddiaçı yenə Ruslanla görüşmüş və bildirmişdir ki, maşını düzgün təmir etməmişdir, əvvəldən yaranmış nasazlıq aradan qaldırılmamışdır. İddiaçı cavabdehə bildirmişdir ki, ya maşını aparıb özü Dodge Duranqo maşınlarının Avtoluks servisində təmir etdirsin və yaxud ödədiyi məbləği qaytarsın, iddiaçı özü təmir etdirsin. Cavabdeh iddiaçıya bildirmişdir ki, maşını aparıb özü təmir etdirsin və iddiaçının pulunu qaytaracaqdır. İddiaçı maşını aparıb Avtoluks servisində təmir etdirmiş və Ruslana bildirmişdir ki, maşının təmirinə ödədiyi 1950 manatı geri qaytarsın. Cavabdeh isə pulu qaytarmaqdan imtina edərək surətlər qutusunun bir neçə hissəsinin şəkilini iddiaçıya ataraq onlar tərəfindən qeyd edilən göstərilən hissələrinin dəyişdirildiyini bildirmişdir. Halbu ki, cavabdehin şəkilini atdığı hissələrin bir neçəsi Avtoluks servisində təmir edilərkən dəyişdirilmiş və dəyişdirilmiş hissələr iddiaçıya verilmişdir və haliyədə həmin hissələr iddiaçıda saxlanılır. Cavabdeh iddiaçıya bildirmişdir ki, o, pul qaytarmayacaq və iddiaçı hara istəyirsə şikayət edə bilər. Ona görə də iddiaçı qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. İddiaçılar göstərilənləri nəzərə alaraq, Cavabdeh avtomobilin təmiri üçün ödənilmiş 1950 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən İddiaçı verilmiş 19 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, 09 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayış İddiaçı, özünə məxsus avtomobilin surətlər qutusunda nasazlıq olduğu üçün Ruslan adlı ustaya təmir üçün verməsi, lakin həmin şəxsin avtomobili təmir etməməsi və 1950 manat pulunu geri qaytarmaması barədə 29-cu PŞ-yə ərizə ilə müraciət etmiş, ərizəyə baxılarkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterlidir və məhkəmə tərəfindən həll oluna bilər. İş materiallarında olan Cavabdeh Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində verdiyi 29 noyabr 2024-cü il tarixli izahatın surətindən görünür ki, təxminən 1 il bundan əvvəl İddiaçı yoldaşı Yasamalda yerləşən servisdə işlədiyi müddətdə yanına yaxınlaşmışdır. Dodge Durango markalı avtomobildə bəzi nasazlıqları yoxlamış, ön naklatka, mühərrik yağı, sağ-sol sırğa, benzin göstərici sensor, yağ sensoru və karobkasının yağ filteri və 2 ədəd bendeks adlanan ehtiyyat hissəsi dəyişdirilmişdir. İddiaçı yoldaşı 1450 manat ona bu işlərin müqabilində pul ödəniş etmişdir. 2 həftə sonra yenidən servisə yaxınlaşıb bildirmişdir ki, maşının transmissiyası yaxşı işləmir. Cavabdeh izah etmişdir ki, ilkin olaraq yağı, yağ filteri və bendeks dəyişilmişdir. Bununla düzəlmədiyi təqdirdə transmissiyanın bendeksi təmir olunacaq və yağı yenidən dəyişiləcək. Bunun üçün də əlavə olaraq 500 manat ödəniş olunmalıdır. Cavabdeh Avtomobili təhvil vermiş, 1 ay sonra İddiaçı avtomobilində problem olduğunu bildirmişdir. Cavabdeh da ona karobka ilə əlaqədar gördüyü işdə problem varsa yenidən təmir etməyi öz öhdəsinə götürməyi təklif etmişdir. İddiaçı razı olmamış, maşını özü düzəltdirəcəyini bildirmişdir. Cavabdeh da avtomobili düzəltdirib nə qədər pul tutulacağını tələb etmişdir. İddiaçı 1100 manat ödədiyini bildirmişdir. İddiaçı çek tələb edəndə ona aqressiv cavab vermiş və pulu ödəməsini istəmişdir. Cavabdeh ona pulu çek təqdim etdikdən sonra ödəyəciyini bildirmişdir. İddiaçı isə onu məhkəməyə verəcəyini bildirmiş və bundan sonra onunla əlaqəsi olmamışdır. 2 dəfə məhkəməyə çağırılmış, amma İddiaçı məhkəməyə gəlməmişdir. İndi isə xx.xx.2024-ü il tarixdə məhkəməyə çağırılmışdır. Halhazırda İddiaçı 1100 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ********** nömrəli 21 sentyabr 2023-cü il tarixli iş kartından görünür ki, “Dodge Durango” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobildə 2-ci Poplakov işləmir, 2/1 oksigen sensoru dəyişilməlidir, surətlər qutusunda 1-ci və 2-ci pillələrdə xətalar vardır, nöqsanlar təkrarlanarsa surətlər qutusu sökülüb təmir olunmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ********** nömrəli 27 sentyabr 2023-cü il tarixli iş kartından görünür ki, “Dodge Durango” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobildə alətlər panelində yürüş 207320 km, surətlər qutusunun yığılması üçün ehtiyat hissələrin bir qismi müştəri tərəfindən gətirildiyi üçün görülən işə və ehtiyat hissələrinə zəmanət verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Məhkəmə tərəflər arasında razılaşdırılmış şifahi müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3-cü maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 442-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəyə əsasən Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı “Dodge Durango” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cavabdehə müraciət etmiş, təmir üçün cavabdehə 1450 manat ödəniş etmişdir. Bu hal cavabdehin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində 29 noyabr 2024-cü il tarixdə verdiyi izahatı ilə təsdiq olunur. Lakin iddiaçı avtomobildə yaranmış nasazlıqların aradan qalxmadığını müəyyən etmiş, sonradan "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş ********** nömrəli 21 sentyabr 2023-cü il tarixli iş kartı ilə müəyyən edilmişdir ki, “Dodge Durango” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobildə 2-ci Poplakov işləmir, 2/1 oksigen sensoru dəyişilməlidir, surətlər qutusunda 1-ci və 2-ci pillələrdə xətalar vardır, nöqsanlar təkrarlanarsa surətlər qutusu sökülüb təmir olunmalıdır. Sonradan iddiaçı avtomobildə olan nasazlığın aradan qalxmadığını görüb təkrarən cavabdehə müraciət etmiş, cavabdeh bu dəfə təmir üçün iddiaçıdan 500 manat əlavə ödəniş tələb etmiş, iddiaçı təmir üçün həmin məbləği cavabdehə ödəmişdir. Lakin avtomobildəki nasazlıqlar aradan qaldırılmamışdır. Hazırda İddiaçı Cavabdeh avtomobilin təmiri üçün ödənilmiş 1950 manat pulun cavabdehdən alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında avtomobilin təmir edilməsi ilə bağlı razılaşma əsasında iddiaçı cavabdehə 1950 manat məbləğində pul vəsaiti ödəmiş, lakin cavabdeh razılaşdırılmış qaydada avtomobili təmir etməmiş, avtomobildəki nasazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1950 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1950 manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar