Məhkəmə qərarları › İş №2(011)-2713/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2713/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2713/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı- “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 40 nömrəli notariat kontorunda 22 iyul 2008-ci il tarixdə seriya AN-1 ******* nömrəli bağlanmış alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən 2(011)-2713/2023 saylı mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materaillarını araşdırıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2565/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı- “Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 40 nömrəli notariat kontorunda 22 iyul 2008-ci il tarixdə seriya AN-1 ******* nömrəli bağlanmış alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Qeyd edilən 2(011)-2565/2023 saylı mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi hazırkı iddia ərizəsi üzrə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla mülki iş məhkəməyə daha əvvəl daxil olmuş və hazırda baxılmaqdadır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizə baxılmamış saxlanır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla mülki iş məhkəmənin icraatına daha əvvəl daxil olmaqla, hazırda baxıldığından, hazırki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı- “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar