Məhkəmə qərarları › İş №2(011)-2740/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2740/2021

19.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2740/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş pulun və həmin pulun qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş pulun və həmin pulun qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsi müəyyən edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddiaçı 30 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödəməli olduğu halda, iş materiallarına Şirvan Apelyasiya Məhkəməsinə ödədiyi 16 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə uyğun olaraq müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin maddənin ikinci bəndi müəyyən edir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı tələbində müqavilənin ləğv edilməsini xahiş etsə də, müqaviləni ləğv etmək təklifinin cavabdehə çatdırılmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəainə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər həmin məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim tərəfindən geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada (Bakı şəhəri Xətai Rayon Məhkəməsi üçün) və məbləğdə dövlət rüsumu ödənilmədiyindən, həmçinin pretenziya qaydasında mübahisənin nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş pulun və həmin pulun qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsurlar aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar