Məhkəmə qərarları › İş №2(011)-2748/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2748/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Faktiki nikah münasibətlərində olma faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2748/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənov Elnarə Daşdəmir qızının katibliyi ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərzəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mərhum atası X1 xx.xx.1987-ci ildə Ermənistanın Kalinino rayonun Qızıl-Şəfəq kəndində ölümün qeyd edilmə faktının və mərhum atası X3 ilə mərhum anası X2 xx.xx.1946-cı il tarixdə Ermənistanın Kalinino rayonun Qızıl-Şəfəq kəndində nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Bundan başqa, ərizə həm də ona görə baxılmamış saxlanılmalıdır ki, iş materialları ilə müəyyən olunur ki, ərizəçi tərəfindən bir icraatda baxıla bilməyən iki hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizəçinin vəkili və nümayəndəsinə qeyd edilən çatışmazlıq izah olunaraq aradan qaldırılması təklif edilmiş və bunun üçün zəruri tədbirlərin görülməsi məqsədilə məhkəmnin baxış iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Lakin bu çatışmazlıq ərizəçi tərəfindən aradan qaldırılmamışdir. Mülki Prosessual Məcəlləsinin 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən ərizəçiyə ərizəsindəki nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilsə də, ərizəçi həmin nöqsanları aradan qaldırmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar