Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2101/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X27 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X6 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Sabunçu rayon Qeydiyyat şöbəsi, Maraqlı şəxs2 və Azərbaycan Respublikasının X23rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4nun 1919-cu il tarixdən 1944-cü il tarixədək nənəsi X10 ilə nikah münasibətlərində olma faktının, X4nun xx.xx.1944-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 1919-cu il tarixdə nənəsi X10 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından 1941-ci il təvəllüdlü X5 doğulmuşdur. X4 1944-cü il tarixdə vəfat etmiş, Sabunçu rayonu, Balaxanı qəbiristanlığında dəfn edilmişdir. X1 26 dekabr 1989-cu il tarixdə vəfat etmişdir. X5 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 fərdi yaşayış evinin 1/2 hissəsi paylı mülkiyyət əsasında ona məxsusdur. ünvan 1 ünvana dair X1na (qərarda X3) xx.xx.1991-ci il tarixli, 20/60 saylı qərar əsasında 582,1 kvm torpaq sahəsi ayrılmışdır. Hazırda babası ilə nənəsinin nikahda olma faktı və babasının ölüm faktı ona sənədləşmə üçün lazımdır. Qeyd edilənlərlə bağlı Maraqlı şəxs1nə, Maraqlı şəxs2nə, Azərbaycan Respublikasının dövlət tarix arxivinə müraciət edilmişdir. Azərbaycan Respublikasının dövlət tarix arxivinin 20 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, qurumun tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri Balaxanı kənd məscidinin 1914-1919-cu illərə dair nikah aktlarının qeydiyyat kitablarında X19 ilə Asya İmamnəzər qızının nikah tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Maraqlı şəxs2 13 sentyabr 2022-ci il tarixli məktubuna cavabda bildirilmişdir ki, 1941-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu rayonu Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 08 aprel 1941-ci ildə doğulan X12 təvəllüdü qeyd olunur. (X8, anası X16). Maraqlı şəxs2 22 dekabr 2022-ci il tarixli məktubuna cavabda bildirilmişdir ki, arxiv fondunda mühafizə edilən sənədlərdə 1944-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə ölüm haqqında qeydiyyat kitablarında X15 vəfatı haqqında heç bir məlumat aşkarlanmamışdır. Ərizəçi ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Sabunçu rayon Qeydiyyat şöbəsi, Maraqlı şəxs2 və Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və məktub ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X26 bildirdi ki, ərizəçi onun əmi nəvəsidir. O, ərizəçinin nənəsini Asiyanı tanıyırdı. Belə ki, Asiya atasının bibisi idi. Bilirdi ki, Asiyanın ərinin adı Nuridir. Ərizəçinin nənəsi öləndə onu ərinin yanında Balaxanı qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişdilər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşə əlavə edilmiş Maraqlı şəxs1 Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqdim edilən sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyatı üzrə müraciət edilməsi, eyni zamanda X4nun Asiya İmamnazar qızı ilə nikahının Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində aşkarlanmadığından nikah faktının məhkəmə qaydasında müəyyən edilməsi tövsiyə olunur. İşə əlavə edilmiş Maraqlı şəxs2 Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 08 aprel 1941-ci ildə doğulan X12 təvəllüdü qey olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri Balaxanı kənd məscidinin 1914-1919-cu illərə dair nikah aktlarının qeydiyyat kitablarında X19 ilə Asya İmamnəzər qızının nikah tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1944-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə ölüm haqqında qeydiyyat kitablarında X15 vəfatı haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildirir ki, 1944-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə ölüm haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. İşdə olan xx/xx-2019 saylı, xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, X10 xx.xx.1989-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2023cü il tarixli arayışının surətindən görünür ki, Ərizəçi nənəsi mərhum X2 1989-cu il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İşə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2023cü il tarixli arayışının surətindən görünür ki, Ərizəçi babası mərhum X17 2009-cu il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İşdə olan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Ərizəçi babası mərhum X19 1944-cü il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 3 ½ hissədə X18 və ½ hissədə Ərizəçi adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş X13 xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 582.1 kv.m torpaq sahəsindən imtina edir, həmin torpaq sahəsini Ərizəçi adına özəlləşdirilməsinə etiraz etmir və razıdır. Buna dair gələcəkdə heç bir iddiası və tələbi olmayacaqdır. İşdə olan AZ-İ № 369671 saylı, xx.xx.2009-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşə əlavə edilmiş “doğum haqqında təkrar şəhadətnamənin” verilməsi barədə ərizənin surətindən görünür ki, X17 xx.xx.1941-ci ildə Bakı şəhərində doğulmuş, ata qrafasında Babayev Nuri, ana qrafasında Babayeva Asyaxanım qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asıla olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi X4nun 1919-cu il tarixdən 1944-cü il tarixədək nənəsi X10 ilə nikah münasibətlərində olması və X4nun xx.xx.1944-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktları müəyyən edilməlidir. Yuxarıdakılara əsasən Azərbayçan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxslər Sabunçu rayon Qeydiyyat şöbəsi, Maraqlı şəxs2 və Azərbaycan Respublikasının X23rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi X4nun 1919-cu il tarixdən 1944-cü il tarixədək nənəsi X10 ilə nikah münasibətlərində olması və X4nun xx.xx.1944-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2101/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2101/2023
15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Faktiki nikah münasibətlərində olma faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver