Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2791/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” barədə iddiasına dair iş materiallarını nəzərdən keçirərək müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Xəlifəli kəndində yerləşən İddiaçı mülkiyyət hüququna əsasən məxsus olan torpaq sahəsi və əmlak kompleksini Cavabdeh2 ASCnin ləğvedicisi (Əmanətlərin Sığortalanması Fondunun) ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(056)-271/2023 saylı qərardadı ilə Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Xətai Rayonu, Babək prospekti 16 ünvanı olduğundan mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilənlərdən görünür ki, Sabirabad Rayon Məhkəməsi “müqavilənin ləğv edilməsi” tələbinə dair işə baxarkən öz qərardadı ilə aiddiyyət məsələsinə hüquqi qiymət vermiş, mübahisənin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin aidiyyətində olduğunu qeyd etmiş və mülki işin aidiyyəti üzrə həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərdən Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40-dır. Eyni zamanda məhkəmə qeyd edir ki, digər iki cavabdehin də ünvanı Xətai rayonunun yurisdiksiyasında deyil. Odur ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırkı işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı vardır. Buna görə də, işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələbinə dair işin ərazi aidiyyətinə dair fikir ayrılığının həll edilməsi üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2791/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2791/2023
13.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver