Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2799/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun oğlu X10 1996-cı ildə X3 ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra gəlin X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. İddiaçının oğlu X10 ilə gəlini X3 arasında bağlanmış nikah 13 iyul 2012-ci il tarixdə pozulmuşdur. Artıq 3 ildir ki, cavabdeh X3 həmin ünvanda yaşamır. Xətai Rayon Məhkəməsinin 2(011)-5129/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmişdir, Cavabdeh ünvan 1 ünvanına qeydiyyatdan çıxarılmışdır. Cavabdeh X3 qeydiyyatdan çıxarılsa da, cehiz əşyaları hələ də iddiaçının evindədir. Cavabdeh hazırda başqa ünvanda yaşayır və iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı 25 ədəd stəkan, 12 ədəd çəngəl, 17 ədəd nəlbəki, 15 ədəd qab, 4 ədəd qənd qabı, 6 ədəd vaza, 3 ədəd çaynik, 1 ədəd saat, 2 ədəd külqabı, 1 ədəd ütü, 1 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yorğan, 1 ədəd taxt, 1 ədəd paltar dolabının – bu əşyaların evdən çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh X2 cehiz əşyalarının ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 ədəd taxt, 1 ədəd dolab, 25 ədəd stəkan, 12 ədəd çəngəl, 17 ədəd nəlbəki, 15 ədəd qab, 4 ədəd qəndqabı, 6 ədəd vaza, 3 ədəd çaynik, 1 ədəd saat, 2 ədəd külqabı, 1 ədəd ütü, 1 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yorğanın mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X10iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni əvvəlcədən məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, 31 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 noyabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 159997 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2012-ci ilin iyul ayının 13 günündə 284 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5129/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş ******* nömrəli 02 fevral 2024-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, 31 saylı mənzildə X10, X6 və X7 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının keçmiş gəlinidir, o, 1996-ci ildə iddiaçının oğlu ilə ailə həyatı quraraq, mübahisəli mənzilə gəlin gəlmiş, 2012-ci ildə isə onların nikahı pozulmuşdur. İddiaçı cavabdehə qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5129/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilinə dair istifadə hüququna xitam verildiyindən, cavabdehin əşyalarının iddiaçıya məxsus olan mənzildə qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı, Cavabdeh məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, 31 nömrəli mənzilində saxlanılan 1 ədəd taxt (çarpayı), 1 ədəd dolab, 25 ədəd stəkan, 12 ədəd çəngəl, 17 ədəd nəlbəki, 15 ədəd qab, 4 ədəd qəndqabı, 6 ədəd vaza, 3 ədəd çaynik, 1 ədəd saat, 2 ədəd külqabı, 1 ədəd ütü, 1 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yorğan həmin mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, 31 nömrəli mənzilində saxlanılan 1 ədəd taxt (çarpayı), 1 ədəd dolab, 25 ədəd stəkan, 12 ədəd çəngəl, 17 ədəd nəlbəki, 15 ədəd qab, 4 ədəd qəndqabı, 6 ədəd vaza, 3 ədəd çaynik, 1 ədəd saat, 2 ədəd külqabı, 1 ədəd ütü, 1 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yorğan həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2799/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2799/2024
13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver