Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2860/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2019-cı il tarixdə anadan olmuş X1 üçün onun yetkinlik yaşına çatana qədər 220 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə aralarında 150 manat məbləğində alimentin ödənilməsinə dair mediasiyada barışıq sazişi bağlanıb. Lakin cavabdeh hazırda alimenti bir ay ödəyir sonra ödəmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə mediasiya prosessində uşağın yaşayış yeri və alimentə dair barışıq sazişi bağlanmış, iddiaçı cavabdehin övladı ilə ünsiyyətinə maneə yaratmayacağını, cavabdeh isə öz növbəsində uşağın yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürüb. İddiaçı məhkəmə baxışı zamanı bildirdi ki, cavabdeh barışıq sazişinin şərtlərinə uyğun olaraq alimenti vaxtı-vaxtında ödəmir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin təyin edilməsini xahiş etsə də, iş materialları ilə müəyyən olunur ki, tərəflər öz aralarında alimentin ödənilməsi ilə bağlı razılıq əldə ediblər, yəni, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment artıq təyin olunub. Belə olan halda, iddiaçı hazırda olduğu kimi alimentin təyin edilməsi barədə iddia ərizəsi ilə deyil, mediasiyada bağlanmış barışıq sazişinin təsdiq olunması üçün xüsusi icraat qaydasında ayrıca ərizə ilə məhkəməyə müraciət etməli idi. AR MPM-nin 355-23.1-ci maddəsinə əsaəsn “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Digər bir tərəfdən, həm iddiaçının məhkəmə baxışı zamanı verdiyi izahatından, həm də iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, uşağın saxlanması üçün 150 manat məbləğində alimentin ödənilməsinə dair cavabdehlə razılaşsalar da, hazırda həmin pul məbləği uşağın saxlanması üçün kifayət etmir. Göründüyü kimi, iddiaçı əvvəl müəyyənləşdirilmiş alimentin məbləği ilə razı deyil, lakin məhkəməyə təyin olunmuş alimentin məbləğinin artırılmasına dair deyil, alimentin təyin olunmasına dair iddia ərizəsi ilə müraciət edib. Şərh edilənlərdən də göründüyü kimi, iddia tələbinə hazırkı icraat qaydasında məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2860/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2860/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver