Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2897/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, şəxsi mülkiyyətində olan mənzilindəki cavabdehə məxsus cehiz əşyalarının: çarpayı-1 ədəd, yataq yanlarındakı tumba -2 ədəd, yataq dolabı -1 ədəd, yataq termo -1 ədəd, yataq üçün ayaq altı xalça -1 ədəd, qonaq otağı üçün ayaq altı xalça -1 ədəd, qonaq otağı üçün qab-qaşıq servantı - 1ədəd, qonaq otağı üçün ön stol -1 ədəd, qonaq otağı üçün oturacaq stullar -6 ədəd, qonaq otağı üçün divan -1 ədəd, qonaq otağı üçün 12 lampalı çılçıraq -1 ədəd, mətbəx üçün 3 lampalı çılçıraq -1 ədəd, mətbəxt soyuducusu (Samsung RT35K5410S9) -1 ədəd, Bpaltaryuyan maşın (Samsung WW70A5S20KX) -1 ədəd, şirniyyat bişirmək üçün peç (Ödül KR032) -1 ədəd, nahar servis qabları -1 dəst, çay servis qabları -1 dəst, şirniyyat qabı -4 ədəd, meyvə qabı -4 ədəd, qənd qabı -2 ədəd, elektrik süpürgə -1 ədəd mənzildən çıxarılmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X1 ilə Cavabdeh ilə birgə nikah dövründə cehiz əmlakını ona məxsus ünvan 1 ünvanına gətirmişlər, xx.xx.2024-cü ildə oğlu X1 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur, cavabdeh evdən gedərkən özü ilə heç bir cehiz əşyası aparmamışdır, cavabdehə dəfələrlə xəbər etməyinə baxmayaraq bu günə kimi əmlakını gəlib götürməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ 1074, Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi, giriş 92,M1, m1) İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4285/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X1 ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, qeyd edilən qətnamə ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Fotoşəkillərdən görünür ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan mənzildədir. Tətbiq edilən hüquq: Azərbaycan Respubikasının Konstitusiyası: 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, cehiz əşyaların mənzildən çıxarılması ilə bağlı iddia tələbinə baxılarkən ilk növbədə cavabdehin mənzilə istifadə hüququnun olub-olmaması müəyyənləşdirilməlidir. İddiaçının oğlu ilə hazırki iş üzrə cavabdeh olan gəlini xx.xx.2022ci il tarixində nikaha daxil olduqlarından və cavabdeh həmin tarixdən mənzilə köçdüyündən, cavabdehin mənzildən istifadə hüququnun olub-olmaması yeni Mənzil Məcəlləsinə əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, cavabdeh iddiaçının gəlini olduğundan və gəlin Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulmuş “digər qohumlar” sırasına daxil olmadığından onun mənzildən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, nikah bağlanan zaman mənzilin mülkiyyətçisinin iddiaçının oğlu (cavabdehin əri) olması ehtimalında belə, cavabdeh ilə iddiaçının oğlu arasında nikah pozulduğundan, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən cavabdehin mənzildən istifadə hüququ mövcud deyil. Əşyaların çıxarılması tələb edilən mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı göstərilən mənzilin mülkiyyətçisi olduğundan o, həmin mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin özünə məxsus əşyalarını qeyd edilən mənzildən çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını taş şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mənzildən Cavabdeh əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh bu mənzildə əşyalarının olması iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar – çarpayı-1 ədəd, yataq yanlarındakı tumba -2 ədəd, yataq dolabı -1 ədəd, yataq termo -1 ədəd, yataq üçün ayaq altı xalça -1 ədəd, qonaq otağı üçün ayaq altı xalça -1 ədəd, qonaq otağı üçün qab-qaşıq servantı -1ədəd, qonaq otağı üçün ön stol -1 ədəd, qonaq otağı üçün oturacaq stullar -6 ədəd, qonaq otağı üçün divan -1 ədəd, qonaq otağı üçün 12 lampalı çılçıraq -1 ədəd, mətbəx üçün 3 lampalı çılçıraq -1 ədəd, mətbəxt soyuducusu (Samsung RT35K5410S9) -1 ədəd, paltaryuyan maşın (Samsung WW70A5S20KX) -1 ədəd, şirniyyat bişirmək üçün peç (Ödül KR032) -1 ədəd, nahar servis qabları -1 dəst, çay servis qabları -1 dəst, şirniyyat qabı -4 ədəd, meyvə qabı -4 ədəd, qənd qabı -2 ədəd, elektrik süpürgə -1 ədəd - İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Araz Novruzov küçəsi, ev 16, 1 saylı mənzildən (yeni qaydalarla Bakı şəhəri Xətai rayonu, Araz Novruzov küçəsi, giriş 92, M1,m1) çıxarılsın. 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli