Məhkəmə qərarları › İş №2(011)-2904/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2904/2024

19.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2904/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Cavabdehin nümayəndəsi Cəfərov Sənan Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbi barəsində iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2904/2024 saylı, xx.xx.2024-cü il tarixli qəradadı ilə İddiaçı Cavabdeh qarşı barışıq sazişin ləğv edilməsi barədə iddia ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2904/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2904/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi və şikayət təmin edilərək, İddiaçı Cavabdeh qarşı barışıq sazişin ləğv edilməsi barədə barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2904/2024 saylı xx.xx.2024- cü il tarixli qərardadı ləğv edilərək, İddiaçı Cavabdeh qarşı barışıq sazişin ləğv edilməsi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Cavabdehin nümayəndəsi Cəfərov Sənan Vəkil oğlu məhkəmə iclasında mülki işin baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi, əksinə cavabdehin yaşayış yeri orda olduğundan orada keçirilən məhkəmə iclaslarında iştirak edə biləcəyini bildirdi. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. CMS-“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, iş üzrə Cavabdeh ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar