Məhkəmə qərarları › İş №2(011)-2920/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2920/2025

16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2920/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, X15 25 may 2023-cü il tarixdə, saat 12:42-də Cavabdeh1 MMC şirkətinə məxsus olmaqla 51 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Daevoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsindən Ç.Kərimov küçəsinə doğru saatda 20-25 km sürətlə sağ istiqamətdə dönmə əməliyyatı apararkən «X28» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtobusun sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadalara yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu yol hərəkəti qaydalarına riayət etməyərək yolun hərəkət hissəsindəki nizamlanmayan piyada keçidini soldan sağa doğru adi yerişlə keçməkdə olan azyaşlı piyada X11 idarə etdiyi avtobusun qabaq tərəfi ilə nizamlanmayan piyada keçidinin üzərində vuraraq ehtiyatsızlıqdan ona sol yuxarı və sol aşağı ətraf, döş qəfəsinin ön, arxa, qarın, bel, çanaq, hər iki sarğı, qasıq və oma nahiyələrinin küt travmaları nəticəsində daxili üzvlərin azqanlığı və ürəkdə minakov ləkələri ilə qeyd olunan kəskin və çoxlu qanitirmə ilə nəticələnən döş qəfəsinin sağ və sol yarısında qabırğaların çoxsaylı qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, ağciyərin hər iki payında, qaraciyərdə və dalaqda əzilmiş-cırılmış yaralar, sol dirsək oynağı daxili sümüklərin, sağ və sol qasıq sümüklərinin çox qəlpəli açıq sınıqları ilə qeyd olunan əzilmiş-cırılmış yaralar, çanaq, qalça və oma sümüklərinin çox qəlpəli qapalı sınıqları, sınıqlar ətrafı dərialtı yumşaq toxumalarda qansızmalar, sol çiyinüstü, sol çiyin qurşağı, bel, sol sarğı və qarın nahiyələrində qançırlar və sol bazu nahiyəsində nəm sıyrıq kimi həyati olub, ölümlə birbaşa səbəbli əlaqəli olan, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Saleh Quliyevin aldığı çoxsaylı ağır küt travma fonunda artan hemorragik və travmatik şokdan hadisə yerində ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir. Hadisə nəticəsində həyatını itirmiş X19 İddiaçı nəvəsi olmuşdur. Eyni zamanda Saleh Quliyev İddiaçı yeganə oğul nəvəsi olmuşdur. X5 10 avqust 2015-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Saleh Quliyev ailənin yeganə övladı olmuşdur. X19 25 may 2023-cü il tarixdə saat 12:42-də Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq həyatını itirməsindən sonra təcili tibbi yardım avtomobili vasitəsi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılmış, daha sonra isə MTE və PA birliyi Publik Hüquqi şəxsin Xətai rayon şöbəsinə yerləşdirilmiş və meyid müayinə olunduqdan sonra ailəsinə təhvil verilmişdir. Hadisə zamanı Saleh Quliyevin yanında anası X20 olmuşdur. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 99000 manat mənəvi ziyan dəymişdir. X5 İddiaçı qızı Lalə Quliyevanın yeganə övladı və İddiaçı isə yeganə oğlan nəvəsi olmuşdur. Hər bir valideynə məlumdur ki, insan öz nəvəsini övladından daha çox sevir, nəvə övladdan daha şirin olur. Bəlkə də bunun səbəbi insanın ahıl yaxud da qoca yaşlarında nəvə sahibi olması ilə əlaqədardır. İnsan sanki yaşlandıqda, əbədiyyətə daha da yaxınlaşdıqca nəvəsini həyatda özünə davamçı kimi görür. Əlbəttə hər bir baba öz övladı kimi nəvəsinin də cəmiyyətə yararlı, faydalı, sağlam düşüncəli bir insan olaraq yetişməsini istəyir. İddiaçı də nəvəsi Saleh Quliyevin orta məktəbi bitirib ali məktəbə qəbul olunmasını, cəmiyyətə yararlı, faydalı, sağlam düşüncəli bir insan olaraq yetişməsini, vətənin keşiyində müzəffər bir əsgər kimi dayandığı günləri görməyi, onun toyunu görməyi arzu etmişdir. Belə bir deyim var ki, hesabları təsadüflər pozar. İddiaçı ağlının ucundan belə keçməzdi ki, nəvəsi Saleh Quliyev üçün belə xəyallar etdiyi halda gözə görünməz əcəl onu hələ 8 yaşında ikən alıb aparacaqdır. Lakin iddiaçının ağlına gəlməyənlər başına gəlmişdir. Salehin faciəvi şəkildə bu həyatdan getməsi İddiaçı bir yox iki dərd gətirmişdir. Bir tərəfdən nəvəsinin faciəvi şəkildə ölümü, ikinci tərəfdən qızı, Salehin anası Lalə Quliyevanın gözünün önündə övlad acısıyla yanıb kül olması, onun həyat eşqinin, yaşama həvəsinin yox olması İddiaçı həyatda ən böyük zərbə olmuşdur. Elə ağır zərbə olmuşdur ki, hadisədən sonra hələ də özünə gələ bilməmişdir. İddiaçı ürəyi parça-parça olduğu halda qızını ovutmağa, onu az da olsa qəm-qüssədən uzaqlaşdırmağa çalışır. Lakin özü də başa düşür ki, bu alınası iş deyildir. Həmin bədbəxt hadisənin yəni, Salehin faciəvi şəkildə ölümünün Lalə Quliyevanın gözləri qarşısında baş verməsi onun keçirdiyi mənəvi iztirabları daha da artırır və bir an belə olsa hadisəni unutmağına aman vermir. İddiaçı başa düşür ki, ölüm haqqdır və gec-tez hər kəs əbədiyyətə qovuşacaq. Lakin nəvəsi Saleh Quliyevin faciəvi şəkildə həyatdan köçməsi bir baba kimi ona böyük əzab verir. Salehin bu faciəvi şəkildə ölümündən sonra iddiaçı hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. Saleh Quliyevin faciəvi şəkildə ölümü həyatının sonuna qədər İddiaçı qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. Saleh Quliyevin ölüm səbəbi Cavabdeh1 MMC şirkətinin işçisi X7 və eləcə də şirkətin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər Cavabdeh1 MMC-nin rəhbərliyi əvvəllər də yol nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş, nəqliyyat vasitəsi idarə etməsinin cəmiyyət üçün təhlükəli olan şəxsi, yəni, X9 şirkətə sürücü olaraq işə götürməsəydi bu bədbəxt hadisə baş erməyəcəkdi. Ona görə də, bu ziyan Cavabdeh1 MMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, azyaşlı Saleh Quliyevi heç kəs heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab iddiaçı hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi, Saleh Quliyev hal-hazırda həyatda olardı və İddiaçı nəvəsinin ölməsinə görə mənəvi iztirab çəkməyəcək, nədə ki, qızı Lalə Quliyevanın gözünün qarşısında övlad acısı çəkməyinə şahid olmayacaqdı. İddiaçı iddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi ardıma görə müqavilə bağlanması üçün 321 manat pul ödəmişdir. İşdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 MMC şirkətinin işçisi-sürücü X15 25 may 2023-cü il tarixdə saat 12:42-də 51 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi «Daevoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusla piyada X11 vuraraq ehtiyatsızlıqdan sağlamlığa çoxsaylı ağır zərər uran xəsarətlər yetirməklə Saleh Quliyevin hadisə yerində ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində nəvəsinin ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı urulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. İddiaçınm azyaşlı nəvəsinin faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. İşdə olan sübutlarla təsdiq edilir ki, sözügedən mənəvi zərər “Bus Trans" MMC-nin sürücüsü X7 ehtiyatsızlığı nəticəsində yetirilmişdir. Hadisə zamanı X7 idarə eldiyi «Daevoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh2 mülkiyyətində olmaqla “Bus Trans" MMC-in istifadəsində olmuş və 51 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə olunmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 iddiaçının xeyrinə 99000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə dənilmiş 321 manat, ümumilikdə 99321 manat pulun və ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəkil1 çıxışında vurğulamışdır ki, iddiaçının nəvəsi Saleh onun qızı Lalənin tək övladı olmuşdur, onun ölümü anasının gözü qarşısında baş vermişdir, uşağın cəsədi çoxsaylı travmalardan tanınmaz halda olmuşdur. İddiaçı və ailə üzvləri onun görüntüsünü heç vaxt unutmayacaq. İddiaçının qızı hələ də özünə gəlməmişdir. Nümayəndə məhkəmədən qərar qəbul edilərkən bu faktiki halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, xx.xx.1977-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, X15 25 may 2023-cü il tarixdə saat 12:42-də Cavabdeh1 MMC şirkətinə məxsus olmaqla 51 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Daevoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsindən Ç.Kərimov küçəsinə doğru saatda 20-25 km sürətlə sağ istiqamətdə dönmə əməliyyatı apararkən yol hərəkəti qaydalarına riayət etməyərək Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yolun hərəkət hissəsindəki nizamlanmayan piyada keçidində X10 idarə etdiyi avtobusun qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan onun hadisə yerində ölümünə səbəb olması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qanuni qüvvəyə minmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə X3 ölümünə səbəb olan əməli törədən şəxs kimi X15 təqsirli bilinmiş və məsuliyyətə cəlb edilmişdir. Cavabdeh X3 vəfat etməsinə bir insan olaraq təəssüfləndiyini bildirmiş, həmçinin hazırkı işdə ona qarşı irəli sürülən tələbi aşağıdakı əsaslara görə qəbul etməmişdir. İddiaçı iddia tələbinin əsasını Cavabdeh2 münasibətdə konkret olaraq qeyd etməmiş və dəlillərini əlaqəli şəkildə əsaslandırmamışdır. Ümumi şəkildə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 1099.1, 1108.1-ci maddələrini göstərmişdir. İş materiallarından da görünür ki, «Daevoo BS090» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh2 tərəfindən hadisədən illər öncə 2020-ci ildə icarə müqaviləsi bağlayaraq Cavabdeh1 MMC-nin icarəsinə vermişdir. Bununla da həmin nəqliyyat vasitəsinə sahiblik və istifadə qanuni əsaslarla başqa şəxsə verilmişdir. Cavabdeh nəqliyyat vasitəsinə 2020-ci ildən sonra sahiblik etməmiş və ya onun istifadəsində olmamışdır. Hadisənin törədilməsində hər hansı şəkildə iştirak etməmiş və bu hadisə ilə bağlı qanunla müəyyən edilmiş qaydada təqsirli bilinməmişdir. Əksinə hadisənin törədilməsində təqsirli şəxs məhkəmə qaydasında müəyyən edilərək məsuliyyətə cəlb edilmişdir. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Öz növbəsində hüquq pozuntusuna yol verməyən şəxs hər hansı məsuliyyətə cəlb edilə bilməz və ya onun üzərinə vəzifə qoyula bilməz. Hazırkı işdə də Cavabdeh2 hər hansı təqsirli hərəkəti, ümumiyyətlə hadisənin törədilməsində hər hansı formada iştirakı belə olmamışdır. X3 ölümünə səbəb olan əməli törədən şəxs kimi X15 təqsirli bilinib və bu əsasla bağlı bütün tələblərə cavab verməli olan şəxs də odur. İş materialları ilə təsdiq edilir ki, “Daevoo BS090» markalı 90-SO146 dövlət qeydiyyat nişanlı avtobus 25 may 2023-cü il tarixdə saat 12:42-də cavabdehin deyil X1 və istifadəsində olmuşdur. Cavabdeh yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla, hadisənin baş verməsində təqsirli şəxs olmadığı halda tələb edilən 99000 manat mənəvi ziyanı qəbul edilməz hesab edir. İlk növbədə qanunvericilik iddiaçıdan xeyrinə tutulmasını xahiş etdiyi məbləğlə bağlı halları sübut etməyi tələb edir. İddiaçı bununla bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət ərzində, yəni məhkəmə baxışı başlananadək hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh1 MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 602736 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 10 avqust 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X21, anası isə X12r. İş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 855612 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə Quliyeva (Əliyeva) Lalə Mehman qızı arasında 30 aprel 2013-cü il tarixdə nikah bağlanmış və 868 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 437975 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 03 avqust 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində anadan olmuşdur, atası İddiaçı, anası isə X6r. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-499/2023 saylı 12 sentyabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən müəyyən edilir ki, X15 25 may 2023-cü il tarixdə saat 12:42-də Cavabdeh1 MMC şirkətinə məxsus olmaqla 51 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Daevoo BS090» markalı **- SO-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsindən Ç.Kərimov küçəsinə doğru saatda 20-25 km sürətlə sağ istiqamətdə dönmə əməliyyatı apararkən «X28» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtobusun sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadalara yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu yol hərəkəti qaydalarına riayət etməyərək, Bakı şəhəri, Xətai rayonu, Ç.Kərimov küçəsində yolun hərəkət hissəsindəki nizamlanmayan piyada keçidini soldan sağa doğru adi yerişlə keçməkdə olan azyaşlı piyada X11 idarə etdiyi avtobusun qabaq tərəfi ilə nizamlanmayan piyada keçidinin üzərində vuraraq ehtiyatsızlıqdan ona sol yuxarı və sol aşağı ətraf, döş qəfəsinin ön, arxa, qarın, bel, çanaq, hər iki sarğı, qasıq və omba nahiyələrinin küt travmaları nəticəsində daxili üzvlərin azqanlığı və ürəkdə saylı Minakov ləkələri ilə qeyd olunan kəskin və çoxlu qanitirmə ilə nəticələnən döş qəfəsinin sağ və sol yarısında qabırğaların çoxsaylı qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, ağciyərin hər iki payında, qaraciyərdə və dalaqda əzilmiş-cırılmış yaralar, sol dirsək oynağı daxili sümüklərin, sağ və sol qasıq sümüklərinin çox qəlpəli açıq sınıqları ilə qeyd olunan əzilmiş-cırılmış yaralar, çanaq, qalça və oma sümüklərinin çox qəlpəli qapalı sınıqları, sınıqlar ətrafı dərialtı yumşaq toxumalarda qansızmalar, sol çiyinüstü, sol çiyin qurşağı, bel, sol sarğı və qarın nahiyələrində qançırlar və sol bazu nahiyəsində nəm sıyrıq kimi həyati olub, ölümlə birbaşa səbəbli əlaqəli olan, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Saleh Quliyevin aldığı çoxsaylı ağır küt travma fonunda artan hemorragik və travmatik şokdan hadisə yerində ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir. Hökmdə qeyd edilmiş Saleh Quliyevin valideynlərinin ifadələrindən müəyyən olunur ki, Saleh onların tək övladı olmuşdur, onun ölümü anasının gözü qarşısında baş vermişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin direktoru X13 tərəfindən verilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, əvvəllər fiziki şəxs kimi Bakı şəhərində sərnişin daşıma fəaliyyəti göstərmiş üç Qarabağ əlili Cavabdeh2, X16 və X17 2020-ci ildə Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında Cavabdeh1 MMC-ni təsis etmişdirlər. BNA-nın sərəncamı əsasında təsisçilərin tabeçiliyində olan avtobus xəttləri Cavabdeh1 MMC-nin müvəqqəti istimarına verilmişdir. Eyni zamanda avtobuslar təsisçilərin mülkiyyətində olmasına baxmayaraq, aralarında icarə müqaviləsi də bağlanmışdır. X15 ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə sürücü təyin edildikdən sonra istismarlarında olan 51 saylı xətt üzrə “Daewoo BS090” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusu yol vərəqəsi əsasında idarə etmişdir. X33 25 may 2023-cü il tarixdə saat 12:42 radələrində Xətai rayonu, X.Məmmədov küçəsindən Ç.Kərimov küçəsinə doğru **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusla hərəkət edərkən ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi zamanı piyada keçidində azyaşlı piyada, X14 vurub öldürmüşdür. Baş vermiş YNH-si üzrə Xətai RPİ-də araşdırmalar aparılmış, toplanmış material Xətai Rayon Məhkəməsinə göndərilmiş və Anar Hüseynov azadlıqdan məhrum edilmişdir. İstintaq və məhkəmə dövründə MMC-nin baş vermiş hadisəyə görə heç bir öhdəliyi olmasa da sürücü ilə bərabər dəfələrlə qarşı tərəfə öz diqqət və qayğsını göstərmək istəsələr də, mərhum azyaşlının valideynləri və yaxın qohumları təklifi qəbul etməmiş və bildirmişdirlər ki, sürücü törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunaraq öz cəzasını çəkməlidir. Araşdırmalar dövründə MMCnin rəhbəri olaraq X13 da istintaqa dəvət olunmuş və tərəfindən təqdim olumuş hüquqi sənədlər əsasında əməlində heç bir hüquq pozuntusu aşkar olunmamışdır. İddiaçı isə ərizəsində göstərir ki, əvvəllər yol nəqliyyat hadisəsi törətmiş şəxs qanunsuz olaraq işə qəbul edilmişdir. X28 Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin Vİ bəndində göstərilir ki, Azərbaycan Respubilkası müvafiq icra hakimiyyəti orqanının ( AR Səhiyyə Nazirliyi) müəyən etdiyi siyahıda icra hakimiyyəti orqanının ( AR Səhiyyə Nazirliyi) müəyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərinin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan mərhum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə eyməyə buraxılmırlar. Anar Hüseynov sürücü kimi işə qəbula müraciət edən zaman ondan lazımı sənədlər tələb olunmuşdur. Əsas vacib olan məhkumluq haqqında və narkoloji dispanserdə qeydiyyatlarda olub-olmaması barədə sənədlər təqdim olunmuşdur. DİN tərəfindən verilmiş 370-8994H-32222 saylı xx.xx.2022-ci il tarixli arayışdan məlum olunur ki, X15 23 oktyabr 2018-ci ildə CM-nin 263.1 maddəsinə əsasən 01 il 06 ay müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 29 mart 2020-ci ildə isə cazasının sonu ilə azad edilmişdir. Respublika Narkoloji Mərkəzdən verilmiş arayışa əsasən qeydiyyatda olmadığı göstərilmişdir. Ona görə də Anar Hüseynovun məhkumluq müddəti ödənildiyindən xx.xx.2022-ci ildə sürücü kimi işə qəbul edilmişdir. Sürücülük vəsiqəsinin müddəti xx.xx.2023-cü ildə başa çatdığında isə işə gəlməməyə görə xx.xx.2023-cü ildə “AR ƏM-nin 68.2.”e” maddəsi ilə bir tərəfli olaraq əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə BB514552 seriyalı yeni sürücülük vəsiqəsi aldığına görə yenidən işə qəbul edilmişdir. İddiaçı 99000 min manatlıq mülki iddia əsasında məhkəməyə müraciət etməsini babaya münasibətdə əsassızdır. Cavabdeh onun düşdüyü vəziyyəti başa düşür və hörmətlə yanaşır, amma bunu əsassız varlanma kimi qiymətləndirirlər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin 12 mart 2020-ci il tarixli 010 nömrəli sərəncamının surətindən görünür ki, 51 nömrəli marşrut üzrə sərnişin daşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq Cavabdeh1 MMC-yə həvalə edilmişdir. İş materiallarında olan 2WLJ24W000202 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 MMC-nin direktoru X8r. İş materiallarında olan icarədar Cavabdeh2 ilə icarəçi Cavabdeh1 MMC arasında bağlanmış avtonəqliyyat vasitəsinin icarəyə götürülməsi haqqında 13 mart 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, icarədar “Daewoo BS090” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusu sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh1 MMC-yə icarəyə verir, icarəçi qanunvericiliyə və bu müqaviləyə uyğun olaraq həmin avtobusla marşrut xəttində sərnişin daşıma fəaliyyətini həyata keçirir. İş materiallarında olan Cavabdeh1 MMC ilə X15 arasında bağlanılmış 20 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X15 MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 05 may 2023-cü il tarixli 60/23-XX nömrəli əmrin surətindən görünür ki, “Qaraj-Xəlil” bölməsində sürücü vəzifəsində işləyən X15 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə - “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar” əsasən 05 may 2023-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 17 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, X4 Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən 01 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 29 mart 2020-ci ildə cəzasının sonu ildə azad edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə X15 arasında bağlanılmış 16 mat 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X15 MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli 73/23-XX nömrəli əmrin surətindən görünür ki, “Qaraj-Xəlil” bölməsində sürücü vəzifəsində işləyən X15 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə - “tərəflərdən birinin təşəbbüsü” əsasən 01 iyun 2023-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan Kredo Vəkil bürosunun vəkili Vəkil1 ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 11 fevral 2025-ci il tarixli müqavilənin surətindən görünür ki, əsassız mənəvi ziyan tələbi üzrə hüquqi yardıma görə razılıqla 321 manat haqq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarında məhkəmə qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.

3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 MMC-nin işçisi olan X2 nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının yeganə nəvəsi azyaşlı X10 ölümünə səbəb olmuşdur. Saleh Quliyev valideynlərinin tək övladı, iddiaçının tək nəvəsi olmuşdur, onun ölümü anasının – iddiaçının qızının gözü qarşısında baş vermişdir və cəsədi çoxsaylı travmalardan tanınmaz halda olmuşdur. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində nəvəsinin ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. İddiaçının azyaşlı nəvəsinin ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat alması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 MMC-nin işçisinin ehtiyatsızlığı və səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının azyaşlı nəvəsinin həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. İddiaçı cavabdeh qismində Cavabdeh1 MMC-ni və Cavabdeh2 göstərsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh2 avtonəqliyyat vasitəsinin icarəyə götürülməsi haqqında 13 mart 2020-ci il tarixli müqaviləyə əsasən “Daewoo BS090” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusu sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh1 MMC-yə icarəyə vermişdir, zərər Cavabdeh1 MMC-nin işçisinin ehtiyatsızlığı nəticəsində yetirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-si X9 işə qəbul edərkən, onun daha əvvəl analoji cinayətə görə məhkum ediməsi barədə məlumatlı olmuşdur. Belə ki, Cavabdeh1 MMC-nin direktoru X13 tərəfindən verilmiş etiraz ərizəsində X7 23 oktyabr 2018-ci ildə CM-nin 263.1 maddəsinə əsasən 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və 29 mart 2020-ci ildə isə cəzasının sonu ilə azad edilməsi barədə məhkəməyə məlumat verilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçının nəvəsi X19 Cavabdeh1 MMC-nin sürücüsü X7 idarə etdiyi avtobusun qabaq tərəfi ilə nizamlanmayan piyada keçidinin üzərində vurulmuş və nəticədə sol yuxarı və sol aşağı ətraf, döş qəfəsinin ön, arxa, qarın, bel, çanaq, hər iki sarğı, qasıq və omba nahiyələrinin küt travmaları nəticəsində daxili üzvlərin azqanlığı və ürəkdə saylı Minakov ləkələri ilə qeyd olunan kəskin və çoxlu qanitirmə ilə nəticələnən döş qəfəsinin sağ və sol yarısında qabırğaların çoxsaylı qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, ağciyərin hər iki payında, qaraciyərdə və dalaqda əzilmiş-cırılmış yaralar, sol dirsək oynağı daxili sümüklərin, sağ və sol qasıq sümüklərinin çox qəlpəli açıq sınıqları ilə qeyd olunan əzilmiş-cırılmış yaralar, çanaq, qalça və oma sümüklərinin çox qəlpəli qapalı sınıqları, sınıqlar ətrafı dərialtı yumşaq toxumalarda qansızmalar, sol çiyinüstü, sol çiyin qurşağı, bel, sol sarğı və qarın nahiyələrində qançırlar və sol bazu nahiyəsində nəm sıyrıq kimi həyati olub, ölümlə birbaşa səbəbli əlaqəli olan, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, çoxsaylı ağır küt travma fonunda artan hemorragik və travmatik şokdan hadisə yerində keçinmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yeganə azyaşlı nəvəsinin faciəvi şəkildə anasının gözü qarşısında həlak olması, uşağın ölümünə səbəb olmuş aldığı xəsarətlər və travmalar, bunun nəticəsində ailənin natamam qalması, iddiaçının həm nəvəsinin həlak olması, həm qızının yaşadığı faciə ilə bağlı keçirtdiyi ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 99000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçisi tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini nəzərə almalıdır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh1 MMC-dən 40000 (qırx min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Digər cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh2 “Daewoo BS090” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisi olsa da, həmin nəqliyyat vasitəsini qanuni əsasla Cavabdeh1 MMC-nin sahibliyinə verdiyindən iddia tələbi Cavabdeh2 qarşı əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı dəymiş mənəvi ziyana görə 40000 (qırx min) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. İddia qismən təmin edildiyindən dövlət rüsumu kimi və hüquqi yardıma görə ödənilmiş 711 manatın 40%, yəni 284 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 60%, yəni 427 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar