Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2958/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdehna qarşı mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə İsmayıllı rayon məhkəməsinə müraciət edərək ondan 737,42 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı rayon məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(037)- 1077/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini tapdıqdan sonra sənədlər tədbir görülməsindən ötrü İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, həmin iş üzrə təkrarən Cavabdeh kiçik mübahisələr üzrə iddia ərizəsi ilə İsmayıllı rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən ona qarşı borcun ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. O həmin məhkəmə bildirişini qəbul etdikdən sonra halı pisləşmiş, sarsıntılar keçirərək pis vəziyyətə düşmüşdür. Onun barəsində eyni iş üzrə təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edən Cavabdeh tərəfindən Konstitusiya ilə nəzərdə tutulan hüquqları kobud surətdə pozulmuş, bir Azərbaycan vətəndaşı olaraq vətəndaşlığına xələl gətirilmişdir. Özünü başqa bir dövlətin vətəndaşı hesab etmişdir. Nəticədə misli görünməmiş mənəvi zərərə düşmüşdür. Bundan sonra iddia ərizəsini hazırlayan nümayəndə Ramil Ömərovla telefon əlaqəsi saxlamışdır. Etirazını bildirdikdən sonra o ərizə ilə İsmayıllı rayon məhkəməsinə müraciət edərək hazırki iddia üzrə işə baxılmasına və Qətnamə çıxarılmasına ehtiyac olmadığından iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Onun Konstitusiya ilə nəzərdə tutulan hüquqlarının, vətəndaşlıq hüququnun qərəzli olaraq Cavabdeh tərəfindən pozulması barədə aydınlıq gətirilməsindən ötrü 14 noyabr 2024-cü il tarixində dövlət başçısının və Cavabdeh rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Uzun müddət keçməsinə baxmayaraq yenədə qərəzli olaraq həmin ərizəyə cavab verilmişdir. Təkrarən Azərbaycan Respublikasının Konstitusiyasının tələblərində nəzərdə tutulmuş, Azərbaycan Respublikasının vətəndaşlarının müraciətləri haqqında qanunu tələblə pozulmuşdur. Biz vətəndaşın eyni iş üzrə təkrarən məhkəmədə onun barəsincə iddia qaldırılmasının hansı qanunlarda düzgün olub-olmaması barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab İnam Kərimovunda adına ərizə ilə müraciət etmişdir. Hal-hazırda Cavabdeh ona qarşı qərəzli hərəkətləri davam etməkdədir. Beləki yaşadığı evin həyətinə qanunsuz, heç bir hüququ əsası olmayan, tarixi qeyd edilməyən, xəbərdarlıq məktubu atılmışdır. Nəticədə bu qanunsuz xəbərdarlıq məktubunu görəndən sonra güclü sarsıntılar keçirərək, mənəvi əzablar çəkərək, halı pisləşərək qan təyziqinə düçar olmuşdur. Yenədə külli miqdarda mənəvi zərərə düşmüşdür. Bu müddət ərzində çəkdiyi mənəvi zərəri 30000 manat məbləğində hesab edir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, İsmayıllı şəhəri Natavan küçəsi ev 6, mənzil.21 ünvanında yaşayan İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldıraraq ona dəymiş mənəvi ziyana görə 30000 manatın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Cavabdeh İB 2023-cü ilin sentyabr ayında iddia ərizəsi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəri olan 737.42 manat debitor borcun və ödənilmiş 30.40 rüsumunun tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi verərək ona vurulmuş maddi ziyana görə 800 manat və mənəvi ziyana görə isə 2000 manatın ödənilməsini tələb etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-1077/2023 nömrəli Qətnaməsi ilə ilkin iddiaçı Cavabdeh İB-nin iddiası qismən təmin edilərək İddiaçı mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəri olan 737.42 manat debitor borcun tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsi qət edilmişdir.İddiaçı qarşılıqlı iddiası isə təmin edilməmişdir. 2024-cü ilin oktyabr ayında yenidən iddiaçı Cavabdeh İB İsmayıllı rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəri olan 821.46 manat debitor borcun və ödənilmiş 30.40 rüsumun tutularaq hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sonradan cavabdehin barəsində çıxarılmış və qanuni qüvvəsini almış Məhkəmə qətnaməsi olduğu və çıxarılacaq yeni qətnamə üzrə borc məbləğinin cəmi 84.04 manat olacağı müəyyən edildikdə və iddianın perespektivsiz olduğundan ərizə verilərək sənədlərin geri qaytarılması xahiş edilmişdir. İsmayıllı rayon Məhkəməsinin e-2(037)-1454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı ilə ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hər iki halda iddiaçı Cavabdeh İB ona verilmiş hüquqlarından istifadə edərək məhkəməyə müraciət etməklə heç bir hüquq pozuntusuna yol verməmişdir. İddiaçı Cavabdeh İB-dən mənəvi zərərə görə 30000 (otuz min manat) tələb etsə də,bu tələbin əsası olan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216,217,218,220-ci maddələrinə istinad edərək İsmayıllı şəhəri Natavan küçəsi ev 6, mənzil 21 ünvanında yaşayan İddiaçı Cavabdeh tərəfindən ona dəymiş mənəvi ziyana görə 30000 (otuz min manat) tələbinə dair iddia ərizəsinin əsassız hesab edilməsi və iddianın təmin edilməməsi barədə Məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1077/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı 737,42 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Cavabdehndən dəymiş maddi ziyana görə 800 manat və mənəvi zərərə görə 2000 manat – cəmi 2800 manat xərcinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən qətnaməyə əsasən, iddia tələbi təmin edilməsi, Cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 737 (yeddi yüz otuz yeddi) manat 42 (qırx iki) qəpik borc tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməsi, mülki iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçı Cavabdeh özünə aid edilməsi, İddiaçı Cavabdehnə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-1454/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri Natavan küçəsi ev 6, mənzil 12 ünvanında yaşayan İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 821.46 manat məbləğində borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsinə dair iddia tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəməyə elektron ərizə göndərərək hazırkı iddia ərizəsi üzrə işə baxılmasına və qətnamə çıxarılmasına ehtiyac olmadığından iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Sözügedən qərardada əsasən, İddiaçı Cavabdeh İddiaçı qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, maddi və ya mənəvi zərərin ödənilməsi ilə bağlı mübahisəyə baxılarkən cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində tələbkarın fiziki və mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iddianın qaldırılması üçün əsas 737.42 manat debitor borcun və ödənilmiş 30.40 rüsumunun Cavabdeh İB-nin hesabına İddiaçı tərəfindən ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş qətnamənin olduğu halda, "Azəriqaz" İB tərəfindən eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə təkrar iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciəti olmuşdur. Cavabdeh "Azəriqaz" İB tərəfindən verilmiş ərizə əsasında İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-1454/2024 nömrəli qərardadı əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, Cavabdeh İB qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, sonda da iddianın təkrar verildiyini müəyyən edib, yenə də qanunvericiliklə müəyyən edilmiş qaydada iddiasını geri çəkmişdir. Odur ki, Cavabdeh İB-nin bu hərəkətləri mülki hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Göstərilənlərlə yanaşı, İddiaçı tərəfindən daha əvvəl çıxarılmış qətnamə üzrə öhdəliyin icra edilmədiyi, debitor borcunun tərəfindən Cavabdeh İB-nə ödənilmədiyi halda, Cavabdeh İB tərəfindən debitor borcun ödənilməsi ilə bağlı təkrar məhkəməyə müraciəti nəticəsində iddiaçıya məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarının pozulduğuna görə onun mənəvi sarsıntı və iztirab keçirtdiyi ilə bağlı dəlilini də məhkəmə tutarsız hesab edir. Digər tərəfdən iddiaçı Cavabdeh ona qarşı qərəzli hərəkətlər edərək, yaşadığı evin həyətinə qanunsuz, heç bir hüququ əsası olmayan, tarixi qeyd edilməyən, xəbərdarlıq məktubu atıldığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə cavabdehin iddiaçı qarşısında mənəvi zərərin ödənilməsi ilə bağlı mülki məsuliyyətinin yaranması əsasları mövcud olmadığna görə iddiaçının mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair hazırkı iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı mənəvi ziyana görə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2958/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2958/2025
18.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver