Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-302/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı – onun cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2358 saylı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İddiaçı artıq uzun meddətdir ki, cavabdehdən ayrı yaşayır və nikahları formal xarakter daşıyır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05Q1232/75 saylı məktubundan görünür ki, İddiaçı qeydiyyat şöbəsinə nikahın pozulması barədə ərizə ilə müraciət etmiş, lakin Cavabdeh qeydiyyat şöbəsinə gəlməməsi səbəbindən nikahın pozulması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlarla və iddiaçının verdiyi izahatlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2016-cı ildə nikaha daxil olmuş, birgə nikahlarından uşaqları olmamışdır. İşdən görünür ki, tərəflərə barışmaları üçün 3 (üç) ay müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onların biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Qeyd edilən Məcəllənin 20-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Yenə həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2016-cı ildən rəsmi nikahda olmalarına baxmayaraq, hazırda onların ailə münasibətləri faktiki kəsilmiş, hər biri ayrı-ayrılıqda yaşamaqla birgə təsərrüfat aparmırlar. Ailələrinin bərpası qeyrimümkündür. Həmçinin iddiaçı nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətindən cavabdehin razılığı olmadığı üçün imtina edilmişdir. Odur ki, iddiaçı hazırda nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilən məcəllənin müddəalarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan tərəflər barışmaq üçün onlara təyin edilmiş müddətdə barışmadıqlarından, hazırda isə iddiaçı nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08 may 2016-cı il tarixdə bağlanmış 2358 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-302/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-302/2022
26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver