Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3071/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh qarşı “nikahın pozulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2014-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) bağlanmış və 984 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 ərizə təqdim edərək, tərəflər arasında nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 analarının himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(011)-271/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, onunla Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) bağlanmış və 984 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Bundan əlavə ondan, yəni İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X2 və 01.07 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulmasına dair xx.xx.2020-ci il tarixli, 2(011)- 4197/2020 saylı qərardadının ləğv edilməsi qət edilmişdir. Belə ki, məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından anadan olan uşaqların saxlanması üçün ondan mütləq mənada aliment tutulmalı və bu vəsait hesabına azyaşlıların saxlanması təmin edilməlidir. Hazırki iddiasına əlavə edilən arayışdan görünür ki, İddiaçı hal-hazırda rəsmi olaraq Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsində polis sahə rəisi vəzifəsində işləyir və hər ay vergi tutulduqdan sonra 725 (yeddi yüz iyirmi beş) manat aylıq əmək haqqı alır. Həmçinin, hazırki iddiasına əlavə edilən arayışdan görünür ki, Cavabdeh hal-hazırda rəsmi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində 1-ci Kimya-Terapiya Şöbəsində (gündüz-stasionar) həkim-onkoloq vəzifəsində işləyir və hər ay 738 manat aylıq əmək haqqı alır. Bu qeyd edilən halları məhz onunla əsaslandırır ki, mülki iş üzrə cavabdehin özü də hazırda işləyir və aylıq gəlirləri vardır. O, düşünür ki, məhkəmə ədalətli, qərəzsiz və qanuni qətnamə çıxarmaq naminə birgə nikahdan anadan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün nəzərdə tutulan alimenti də hər iki tərəf arasında bərabər nisbətdə bölməlidir. Göstərilənləri nəzərə alaraq, birgə nikahdan anadan olan 17 mart 2015-ci il təvəllüdlü X2 və 01 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onun əmək haqqısının 1/3 hissəsinə, yəni 241 manata endirilərək uşaqların anası Cavabdeh da işlədiyi üçün həmin vəsaitin də ½ nisbətdə bölünməsi (120.5 manat) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-271/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) bağlanmış və 984 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş və İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 386548 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən Sumqayıt Regional Vəkil bürosunun vəkili N.A.Hüseynovaya ünvanlanmış sorğuya cavabın surətindən görünür ki, Cavabdeh Milli Onkologiya Mərkəzində 04 avqust 2020-ci il tarixdən 1-ci Kimya-terapiya şöbəsində (gündüzstasionar) həkim-onkoloq vəzifəsində işləyir və 738 manat əmək haqqı alır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi MPB-nin rəisi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli arayışın surətindən görünür ki, arayış verilir Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin polis sahə rəisi, polis kapitanı İddiaçı ondan ötrü ki, onun aylıq əmək haqqısı 815.20 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərin istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında alimentlə bağlı mübahisə 26 fevral 2021-ci il tarixdə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 271/2021 saylı 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə yekunlaşmış, həmin qətnamə əsasında İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmiş və məhkəmə aktı qanuni qüvvəsini almışdır. İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılmasını və ondan tutulacaq aliment məbləğinin də tərəflərin arasında bərabər şəkildə bölünməsini xahiş etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tutulmasını xahiş etdiyi məbləğ «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləğdən də aşağı məbləğdir və belə dəyişiklik uşaqların mənafelərinin pisləşməsinə səbəb ola bilər, həmçinin atadan tutulacaq aliment məbləğinin digər valideynlə bərabər şəkildə bölünməsi qanuna və uşaqların mənafeyinə ziddir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alimentlə bağlı mübahisəni həll etmiş məhkəmə aktının qüvvəyə mindiyi tarixdən keçən qısa müddət ərzində tərəflərin ailə və ya maddi vəziyətində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsinə əsas ola biləcək dəyişikliyin baş verməsi mülki işdə olan mötəbər sübutlarla təsdiq edilmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin tərəflər arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3071/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3071/2022
21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver