Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3140/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)-10748/2016 saylı qətnaməsi ilə alınıb iddiaçıya verilməsi qət edilmiş əmlaklardan ona verilməmiş 61 adda əmlakın ümumi dəyəri olan 17.960 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə 1 ədəd qızıl nişan üzüyü, 2 ədəd paxlava formasında qızıl üzük, yaşıl qaşlı qızıl üzük, qızıl sırğa, mirvari dəsti, qızıl tros qolbaqdan ibarət qızıl-zinət əşyaları, mətbəx mebeli, soyuducu, 5 kq paltaryuyan, ət çəkən maşın, mikser, şirə çəkən, gəbə, divar saatı, künc stul, stol, mətbəx suveniri, qoz-fındıq əzən cihaz, elektriklə işləyən çaydan-çaynik, gündəlik yemək üçün 6 dəst person, 6 ədəd kasalar, 1 bulud, qazan dəsti 2 cür biri güllü biri sadə gümüşü rəng, termos, çaydan, 2 şüşə çaynik, kompot qabı dəsti 6 ədəd, 2 ayrı-ayrı dəst şirə stəkanları, üç mərtəbəli şirniyyat qabı, kofe dəsti, çay dəsti dəmirdən 6 person, 12 person çərəz qabı, qaşıqçəngəl dəsti 6 person, 12 ədəd çay qaşığı, sini, şirniyyat qarışdırmaq üçün plastik qab, ələk, aşsüzən, keks bişirən qab, tək qazan qabları, bir taxta çemodanda qaşıq-çəngəl, bıçaq dəsti, meyvə qabları, qənd qabları 3 ədəd, əl dəsmalları 2 ədəd asılqanlı, çay dəsmalları, külqabılar 2 ədəd, çömçələr, qaşıqlar, güldan büllur 2 ədəd, tək tava, tək qazan, tək çaynik, karniz, 2 ədəd mətbəx pərdəsi, qablar, qonaq otağı əşyaları: karniz, pərdə, çilçıraq, saat, künc divan kreslo, yazı stolu, bar servant, televizor Vestel, güzgü ştrümo, servant üçün olan qablar Bohemia, su qazanı 6 dəst, meyvə qabı, çay dəsti 6 ədəd, kofe dəsti 6 ədəd lepkalı, yemək dəsti, Madonna servis 6 bokal, qədəhlər qoşulu. 2 ədəd büllur meyvə qabı, güldan, 2 ədəd konfet qabı, kompot qabı bokalları ilə 6 person, gümüşü meyvə qabları, qənd qabları, göy rəngdə şirniyyat qabı, çərəz qabı, sini 2 ədəd, kasa 6 ədəd, uşaq üçün yemək qabı, suvenir, koridor üçün xalçalar, stol üstü 6 nəfərlik, 6 ədəd şorba qabı, 6 ədəd yemək üçün, 6 ədəd salat üçün, 6 ədəd aş qabı, tort qabı, büllur tort qabı, 6 ədəd boşqab, yataq otağı əşyaları: şifoner, taxt, 2 tumba, güzgü və oturacaq stulu, çilçıraq, pərdə və karniz, taxt üçün döşəkağı, prostinya-8 ədəd tək adamlıq, 2 ədəd hamam xalatı, 12 ədəd əl-üz dəsmalı, 4 ədəd taxt örtüyü, 4 ədəd nazik örtük, 1 cüt tüklü taxt örtüyü, 2 ədəd ayrı taxt örtüyü, 1 ədəd yay taxt örtüyü, pərdə, qutuda ağ rəngli prostinya dəsti, qutuda örtük dəsti, 2 yorğan, 2 döşək, 2 ədəd örtük, süfrə 8 ədəd, qətvə 4 ədəd paketdə, 2 ədəd qətvənin Cavabdeh alınaraq iddiaçı X4 qaytarılması qət edilmişdir. Məhkəmədə mülki işə baxılarkən məhkəmə tərəfindən iddianın təmini məqsədi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-10748/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli icra sənədinə əsasən 27 aprel 2017-ci il tarixli akt əsasında cavabdehin evində aşkar edilmiş iddiaçıya məxsus əşyalar siyahıya alınaraq cavabdehin yaşadığı ünvandakı evin 3 otağına yerləşdirilmiş və əşyalardan istifadə etməyi cavabdehə qadağan etməklə saxlamaq üçün ona təhvil verilmişdir. Lakin məhkəmədə işə baxılarkən cavabdeh əmlakları Şirvan şəhərində tanışının evinə yığdığını bildirmişdir. Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi çıxıb icraya yönəldikdən sonra da 30 noyabr 2021-ci il tarixli akt əsasında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin işçiləri tərəfindən həmin əmlakların müəyyən hissəsi iddiaçıya naturada təhvil verilmiş, lakin əmlakların qalan hissələri yararsız vəziyyətdə olduğu üçün və qızıl-zinət əşyaları iddiaçıya məxsus olmadığı üçün onları götürməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi çıxarılarkən qətnamənin iddianın qismən təmin edilərək qət etdi hissəsində iddiaçının tələb etdiyi cehiz əmlaklarının qiyməti göstərilmədiyi üçün bu günədək cavabdeh tərəfindən həmin əmlakların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X6 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, hazırkı iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, iddiaçı məhkəmənin qətnaməsi ilə cavabdehdən tutulub ona qaytarılmalı olan cehiz əmlaklarının ümumi dəyərinin cavabdehdən alınıb ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)-10748/2016 saylı qətnaməsindən görünür ki, 1 ədəd qızıl nişan üzüyü, 2 ədəd paxlava formasında qızıl üzük, yaşıl qaşlı qızıl üzük, qızıl sırğa, mirvari dəsti, qızıl tros qolbaqdan ibarət qızıl-zinət əşyaları, mətbəx mebeli, soyuducu, 5 kq paltaryuyan, ət çəkən maşın, mikser, şirə çəkən, gəbə, divar saatı, künc stul, stol, mətbəx suveniri, qoz-fındıq əzən cihaz, elektriklə işləyən çaydan-çaynik, gündəlik yemək üçün 6 dəst person, 6 ədəd kasalar, 1 bulud, qazan dəsti 2 cür biri güllü biri sadə gümüşü rəng, termos, çaydan, 2 şüşə çaynik, kompot qabı dəsti 6 ədəd, 2 ayrı-ayrı dəst şirə stəkanları, üç mərtəbəli şirniyyat qabı, kofe dəsti, çay dəsti dəmirdən 6 person, 12 person çərəz qabı, qaşıq-çəngəl dəsti 6 person, 12 ədəd çay qaşığı, sini, şirniyyat qarışdırmaq üçün plastik qab, ələk, aşsüzən, keks bişirən qab, tək qazan qabları, bir taxta çemodanda qaşıqçəngəl, bıçaq dəsti, meyvə qabları, qənd qabları 3 ədəd, əl dəsmalları 2 ədəd asılqanlı, çay dəsmalları, külqabılar 2 ədəd, çömçələr, qaşıqlar, güldan büllur 2 ədəd, tək tava, tək qazan, tək çaynik, karniz, 2 ədəd mətbəx pərdəsi, qablar, qonaq otağı əşyaları: karniz, pərdə, çilçıraq, saat, künc divan kreslo, yazı stolu, bar servant, televizor Vestel, güzgü trümo, servant üçün olan qablar Bohemia, su qazanı 6 dəst, meyvə qabı, çay dəsti 6 ədəd, kofe dəsti 6 ədəd lepkalı, yemək dəsti, Madonna servis 6 bokal, qədəhlər qoşulu, 2 ədəd büllur meyvə qabı, güldan, 2 ədəd konfet qabı, kompot qabı bokalları ilə 6 person, gümüşü meyvə qabları, qənd qabları, göy rəngdə şirniyyat qabı, çərəz qabı, sini 2 ədəd, kasa 6 ədəd, uşaq üçün yemək qabı, suvenir, koridor üçün xalçalar, stol üstü 6 nəfərlik, 6 ədəd şorba qabı, 6 ədəd yemək üçün, 6 ədəd salat üçün, 6 ədəd aş qabı, tort qabı, büllur tort qabı, 6 ədəd boşqab, yataq otağı əşyaları: şifoner, taxt, 2 tumba, güzgü və oturacaq stulu, çilçıraq, pərdə və karniz, taxt üçün döşəkağı, prostinya-8 ədəd tək adamlıq, 2 ədəd hamam xalatı, 12 ədəd əl-üz dəsmalı, 4 ədəd taxt örtüyü, 4 ədəd nazik örtük, 1 cüt tüklü taxt örtüyü, 2 ədəd ayrı taxt örtüyü, 1 ədəd yay taxt örtüyü, pərdə, qutuda ağ rəngli prostinya dəsti, qutuda örtük dəsti, 2 yorğan, 2 döşək, 2 ədəd örtük, süfrə 8 ədəd, qətfə 4 ədəd paketdə, 2 ədəd qətfənin Cavabdeh alınaraq iddiaçı X4 qaytarılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)- 10748/2016 saylı qətnaməsi 30 yanvar 2017-ci ildə icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 09 fevral 2017-ci il tarixdə icraata başlama barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 27 aprel 2017-ci il tarixli aktın surətindən görünür ki, icra sənədində qeyd olunan bir ədəd qızıl nişan üzüyü, 2 ədəd paxlava formasında qızıl üzük, yaşıl qaşlı qızıl üzük, qızıl sırğa aşkar olunmamışdır. Əşyalardan tumbanın çəkməcəsinin və paltaryuyanın nasaz vəziyyətdə olması, televizorun ekranının zədəli olması müəyyən edilmişdir. Qalan əşyalar yerində müəyyən olunmuş və qablaşdırılaraq Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 14 saylı evin, 9 saylı mənzilinin otağına yerləşdirilmişdir. Cavabdeh bu əşyaların istifadə etməsinin qadağan olunması barədə xəbərdar edilmişdir. İş materiallarında olan 03 may 2017-ci il tarixli Yüklənməyə/Yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair təhvil-təslim aktından görünür ki, Cavabdeh 188 Yük daşıma şirkəti ilə razılığa gəlmiş, cehiz əşyalarından yataq otağı və mətbəx mebeli, komot stul, soyuducu, paltaryuyan, şkaf, yorğan, divan, kreslo, ədyal, xalça, qab-qacaqlar yük daşıma şirkətinə təhvil verilmişdir. Əşyalardan şkafın və tumbanın tutacağının olmaması, şkafın künc hissəsində qopuqların olması və tumbanın üzərində cızıqların olması aşkar edilmişdir. İş materiallarında olan 12 iyun 2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)-10748/2016 saylı qətnaməsi ilə Cavabdeh X4 qaytarılmalı olan cehiz əşyaları 12 iyun 2017-ci il tarixində 188 yükdaşıma şirkəti vasitəsilə X2 yaşadığı ünvan 1 ünvanına gətirilmiş, tələbkar əşyaları təhvil almaqdan imtina etmişdir. Əşyaların bir hissəsi yerə boşaldılsa da, qalan əşyaların boşaldılmasına maneə yaradılmışdır. İş materiallarında olan 12 iyun 2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)-10748/2016 saylı qətnaməsi ilə iddiaçı X4 təhvil verilməli olan əşyaları (qızıl-zinət əşyaları istisna olmaqla) X7 məxsus ünvan 2 ünvanındakı evin həyətində yerləşən qaraja yığılmaqla, X1 verilmişdir. İş materiallarında olan X8 tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış ərizədən müəyyən olunur ki, o, cehiz əşyaları saxlanca qoyulduqdan 2 ay sonra iddiaçının atasının yaşadığı ünvana gedərək əşyaların təhvil götürülməsini bildirsə də, əşyaların təhvil alınmasından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə 05 fevral 2017-ci il və 11 sentyabr 2018-ci il tarixli əlyazmalar təqdim edilsə də, müraciətlərin iddiaçıya göndərilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan 15 fevral 2021-ci il tarixli teleqrama əsasən cavabdehin iddiaçıya əşyaların götürməsini təklif etməsi müəyyən edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya idarəsi tərəfindən 06 oktyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Cavabdeh tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İcra sənədində göstərilən əmlakların götürülməsi üçün 30 noyabr 2021-ci il tarixdə ünvan 4 ünvanına gedilmiş, icra zamanı icra vərəqəsində göstərilən əşyaların bəziləri götürülərək İddiaçı təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. 01 dekabr 2021-ci il tarixdə qalan əşyaların götürülməsi məqsədilə yenidən həmin ünvana gedilmiş və icra zamanı soyuducu, paltaryuyan maşın 5 kq, ətçəkən maşın, mikser, yataq otağı əşyaları: şifoner, taxt, 2 tumba güzgü və oturacaq stulu, künc divan kreslo, yazı stolu, bar servant, güzgü trümo bütün hissələr yerində olmaqla sökülmüş formada (mebellər) təhvil götürülməsi üçün İddiaçı təklif olunmuşdur. İddiaçı isə həmin əşyaların köhnə olmasını və evinə yaraşmayacağını bildirərək həmin əmlakları götürməkdən imtina etmişdir. Həmçinin aktı imzalamaqdan imtina edərək icra yerini tərk etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 15 dekabr 2021-ci il tarixli icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)-10748/2016 saylı icra sənədi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda(vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə ona qaytarılması qət edilən əşyalar hazırda mövcud deyil, mövcud olanlar isə istifadəyə yararsız vəziyyətdədir. Bunun əksi olaraq cavabdeh əşyaların hamısının Şirvan şəhərində olduğunu qeyd etmişdir. Hazırkı məsələ üzrə əşyaların mövcud olub-olmamasını müəyyən etmək üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(011)- 3140/2022 saylı qərardadı ilə Şirvan Şəhər Məhkəməsinə məhkəmə tapşırığı verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 8(032)-59/2022 saylı qərardadından görünür ki, 25 avqust 2022-ci il tarixdə, Şirvan şəhəri, Sürücülük məktəbinin yataqxanasına tərəflərin, o cümlədən icra məmurunun iştirakı ilə baxış keçirilmiş və 61 adda olan əşyalardan yalnız, servant, gəbə, trümu (güzgülü), bar, divan, uqlavoy yazı masası ilə, stol 6 stulu ilə birlikdə 5 ədəd, yataq otağı mebelləri, taxt, 2 ədəd tumba, güzgülü trümo önündə oturacağı, şifonerin olduğu müəyyən edilmişdir. Cavabdeh məhkəmənin suallarına cavab olaraq 1ədəd qızıl nişan üzüyü, 2 ədəd paxlava formasında qızıl üzük, bir cüt qızıl sırğa, 1 ədəd qızıl tros qolbaq, mətbəx mebeli, ətçəkən maşın, mikser, şirəçəkən, divar saatı, mətbəx suveneri, qazan dəsti2 cür, qazan dəsti sadə gümüşü, termos, çay dəsti 6 predmet dəmirdən, 12 ədəd çərəz qabı, 12 ədəd çay qaşığı, sini, ələk, aşsüzən, keks bişirən qab, tək qazan tava, əl dəsmalları, çilçıraq, karniz, taxt üçün döşəkağı, 4 ədəd taxt örtüyü, 4 ədəd nazik örtük, 1ədəd yay taxt örtüyü, iri qutuda taxt örtüyü dəsti, 2 döşək yun, 2 ədəd örtük, 2 ədəd qətfə, qonaq otağı mebelləri (servant, trümo güzgülü, bar, divan uqlavoy yazı masası ilə, stol 6 stulu ilə birlikdə), yataq otağı mebelləri (taxt, 2 tumba, güzgülü trümo önündə oturacağı, şifoner), 3 ədəd asılqanlı, çay dəsmalları, çömçələr, qaşıq, tək tava, tək qazan, karniz (kuxna), 2 ədəd mətbəx pərdəsi, qonaq otağı üçün karniz, qonaq otağı üçün pərdə, çilçıraq, divar saatı, mətbəx pərdəsi, televizor “Vestel”, mətbəx qabları, uşaq üçün yemək qabları, pərdə, 8 ədəd prostinya, 12 ədəd əl-üz dəsmalı, 1cüt tüklü taxt örtüyü, 2 ədəd ayrı taxt örtüyü, qutuda ağ rəngli pastel dəsti, 2 yorğan silikon taxt üçün, 8 ədəd süfrə, 4 ədəd qətfə (paketdə) olan əşyalar Bakı şəhərində yaşadığı Xətai rayonu, R.Məmmədov 14, mənzil 9-da saxladığını, soyuducu, paltaryuyan maşın (5kq), divanın küncü, dəst şəkildə pərdəsi, balınc üzləri, pastel dəstləri olan əşyalar isə əmisi X5 evində yerləşdiyini və Şirvan şəhəri Sürücülük məktəbinin yataqxanasında mövcud olan bütün əşyaların İddiaçı qaytarmağı öhdəsinə götürdüyünü bildirmişdir. Beləliklə, məhkəmə təhlil edilmiş iş materialları, tərəflərin izahatları və işin digər hallarına əsasən müəyyən edir ki, tərəflər arasında mövcud olmuş mübahisəyə ilkin olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 117 oktyabr 2016-cı il tarixli, 2(011)-10748/2016 saylı qətnaməsi ilə qiymət verilmiş və cavabdehin üzərinə qətnamədə qeyd edilən əşyaları iddiaçıya təhvil vermək öhdəliyi qoyulmuşdur. İş materiallarında mövcud sənədlərdən görünür ki, iddiaçı müxtəlif səbəblərdən qətnamənin icrasına məhdudiyyətlər yaratmış və əşyaları qəbul etməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh dəfələrlə iddiaçıya əşyaların ona təhvil verilməsi üçün şərait yaratmasına, keçmiş müddət ərzində zədələnmiş əşyaların da yararlı vəziyyətə gətirilməklə təhvil verməyə hazır olduğunu qeyd etsə də, iddiaçı bununla razılaşmamışdır. Belə olan halda məhkəmə hansı əşyaların mövcud olması, hansı əşyaların mövcud olmaması halını aşkar edə bilmədiyi üçün iddiaçının iddiasını təmin etməklə mövcud olmayan əşyaların qiymətinin müəyyən olunması üçün tədbirlər görə bilməz. İstinad edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hazırkı mərhələdə təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı oğlu tərəfindən 145 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsi üçün ödənilmiş 145 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı -cavabdehdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(011)-10748/2016 saylı qətnaməsi ilə alınıb iddiaçıya verilməsi qət edilmiş əmlaklardan ona verilməmiş 61 adda əmlakın ümumi dəyəri olan 17.960 manat pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi rədd edilsin. İddiaçı oğlu tərəfindən ödənilmiş 145 (bir yüz qırx beş) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3140/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3140/2022
19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver