Məhkəmə qərarları › İş №2(011)-3173/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3173/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3173/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin tədiq edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011 -cü il təvəllüdlü X2 hər birinə hər ay 220 manat olmaqla, cəmi 440 manat alimentin ödənilməsi barədə onunla Cavabdeh oglu arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2008-ci ildə ailə qurmuş və onların nikahları Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsində 936 nömrə ilə qeydiyyatdan keçmişdir. Birgə nikahlarından xx.xx.2010-cü il təvəllüdlü X6 və xx.xx.2011-cü il təvəllüdlü X7 anadan olmuşdur. Sonradan cavabdehin günahı üzündən onların arasında münasibətlər pisləşmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 446/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuş və azyaşlı övladlarının ananın himayəsində saxlanılması və övladlarının saxlanması üçün cavabdehdən hər bir övladı üçün hər ay 193 (yüz doxsan üçün) manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Uşaqların hər ikisi orta məktəbə gedirlər, Respublikada baş vermiş inflyasiya və maddi təminat məhsulların qiymətlərinin yüksəlməsi nəticəsində övladları üçün ödənilən aliment məbləği onların təlabatını tam və dolğun ödənilməsinə kifayət etmir. Ona görə hesab edir ki, cavabdeh tərəfdən övladının saxlanılması üçün ödənilən aliment azdır, onların maddi və mənəvi təlabatlarının ödənilməsi üçün az olduğundan artırılmalıdır. Qeyd edir ki, onda olan məlumata əsasən cavabdeh yaxşı gəlirli sahədə işləyir və aylıq gəliri 1000-1500 manatdan çoxdur. Ona görə cavabdeh övladlarına çox az məbləğdə maddi vəsait ödəyir. Bildirir ki, övladları böyüdükcə onların təlabatları çoxalır və o, övladlarının təlabatını tək ödəməkdə çətinlik çəkir. Son vaxtlar övladlarının maddi təlabatının çox hissəsini valideynləri ödəyir. Hazırda Azərbaycan Respublikası üzrə uşaqların saxlanılması üçün minumum yaşayış səviyyəsi 220 (iki yüz iyirmi) manat müəyyən edilsə də, övladının saxlanılması və təhsil xərcləri həmin məbləğdən çoxdur. Ona görə hesab edir ki, Cavabdeh hər bir övladlarının saxlanılması üçün aliment məbləğini artırılaraq hər biri üçün 220 manat həddinə çatdılımalıdır. Mübahisəli işin 3 saylı Mediasiya Şurasında həll edilməsi barədə ərizə verilmişdir. Mediasiya Şurasında mübahisənin həll edilməsi üçün mediator X1 təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya iclasında o, və Cavabdeh iştirak etmiş və həmin vaxtı cavabdeh mübahisəli işin məhkəmə çəkişməsi aparılmadan hər bir övladına 220 iki yüz iyirmi manat, cəmi 440 (dörd yüz qırx) manat sabit məbləğdə aliment ödəməsinə razılıq vermişdir. Lakin iş üzrə məhkəmə icra vərəqi olmadığı üçün alimentin icra şöbəsi tərəfindən tutulmasının təmin edilməsi mümkün olmamışdır. Ona görə iş üzrə məhkəmə aktı qəbul edilməli və işin icra edilməsi üçün icra vərəqəsinin verilməsinə zərurəti vardır. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. O bildirmişdir ki, Cavabdeh mediasiya zamanı barışıq sazişini imzalamış olsa da, sazişin şərtlərinə əməl etmir və həmin alimenti ödəmir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2010-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cü il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, “İkinci tərəf" (Cavabdeh) “Birinci tərəfə (İddiaçı) - övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəyəcəkdir. “Birinci tərəf" “İkinci tərəfin - övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməsi ilə razılaşır və buna etiraz etmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh oglu arasında xx.xx.2023-cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən maraqlı şəxs Cavabdeh oglu övladları olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ərizəçi İddiaçı saziş imzalandıqdan sonra hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində vəsaiti ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşaqların saxlanması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə onlar arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: “Birinci tərəf ” İddiaçı və “İkinci tərəf” Cavabdeh arasında mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi məcburi icrası üçün aşağıdakı məzmunda təsdiq edilsin: 1) “İkinci tərəf” “Birinci tərəf”ə - övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəyəcəkdir. 2) “Birinci tərəf” “İkinci tərəf”in - övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməsi ilə razılaşır və buna etiraz etmir. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar