Məhkəmə qərarları › İş №2(011)-3209/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3209/2020

04.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3209/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X2 qarşı müqavilənin ləğvi və pul tələbi barədə ilkin iddiasına; Qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi və avtomobilin geri qaytarılması barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və ilkin olaraq ödədiyi 2340 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özü sürücü olduğu üçün kreditlə avtomobil almaq istədiyi vaxt qohumlarının tanıdığı Cavabdeh ilə görüşüb **-TJ-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili almaq üçün danışmışlar. Onlar razılaşmışlar ki, avtomobilin qiyməti 18000 manatdır, lakin onda nağd pul olmadığından avtomobili kreditə götürmək üçün ilkin 2340 manat ödəniş verilməlidir. Həmin məbləği Cavabdeh Vaqif oğluna vermiş və aralarında notarial qaydada xx xxxxxx 2019-cu il tarixli tərtib olunmuş ilkin müqavilə bağlanmışdır. Lakin, avtomobili evə gətirdikdən bir neçə müddət sonra avtomobil işlək vəziyyətdə olmadı və hazırda işlək vəziyyətdə olmadığı üçün istifadə olunması mümkün deyil. O bu barədə maşının əsas sahibini tanımadığından Cavabdeh bildirmiş, lakin ödədiyi 2340 manat qaytarmaqdan imtina edir. Onu aldadaraq yalan vəd verərək müqaviləni ləğv olunması üçün ondan yayınır. O cavabdehin və maraqlı şəxsin bu barədə hərəkətini qanunsuz hesab edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyət hüququ üzrə ona məxsus “Mersedes 913LP YÜK” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, həmçinin qeyd olunan nəqliyyat vasitəsinə dair xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 2 saylı notariat ofisində 3M-435 reyestr nömrəsi ilə qeydə alınmış ilkin müqavilə üzrə yaranmış 2062 (iki min altmış iki) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə xx xxxxxx 2019-cu ildə Bakı şəhəri 2 saylı notariat ofisində 3M-435 reyestr nömrəsi ilə qeydə alınmış ilkin müqavilə bağlanmış, həmin müqaviləyə əsasən mülkiyyətində olan “Mersedes 913LP Yük” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 18000 (on səkkiz min) manata satmağı öhdəsinə götürmüş, İddiaçı isə 18000 (on səkkiz min) manat məbləğində vəsaiti hər ay 375 (üç yüz yetmiş beş) manat olmaqla 48 (qırx səkkiz) ay, yəni xx xxxxxx 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə İddiaçı tərəfindən öhdəlik tam yerinə yetirildikdən sonra nəqliyyat vasitəsinə dair aralarında əsas alqı-satqı müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Lakin, İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmir, müqavilə bağlandığı gündən bu günədək hər hansı bir məbləğdə ödəniş etməmiş və aylıq ödənilməsi nəzərdə tutulan 375 (üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixdən bu günədək yığılaraq hazırda borc məbləği 2062 (iki min altmış iki) manat təşkil edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ilkin ödəniş olaraq ona 2340 (iki min üç- yüz qırx) manat pul vermişdir. Halbuki, aralarında ilkin müqavilə bağlanmış və nəqliyyat vasitəsi 18000 (on səkkiz min) manata qiymətləndirilmişdir. Əgər o ilkin ödəniş kimi ona pul vermiş olsaydı nəqliyyat vasitəsini təhvil aldığına dair verdiyi qəbzdə həmin pul vəsaitini də göstərmiş olardı. Belə ki, sözügedən nəqliyyat vasitəsinə dair İddiaçı xx.xx.2019-cu il tarixdə ona verdiyi etibarnamənin kserosurətinin arxa hissəsində qəbz yazaraq qeyd olunan nəqliyyat vasitəsini ondan təhvil aldığını və heç bir narazılığının olmadığını bildirmişdir. Bu mənada İddiaçı ona qarşı 2340 (iki min üç yüz qırx) manat pul tələbi barədə iddiasının əsassız olduğunu hesab edir. Hazırda ona qarşı tələbi həm avtomobilin geri qaytarılması, həm də nəqliyyat vasitəsinin İddiaçı bu günədək olduğu müddət ərzində ödənilməsi nəzərdə tutulan 2062 (iki min altmı iki) manat pulun tutulması tələbindən ibarətdir. Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, əgər tərəflərin hər-hansı biri müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməzsə müqavilənin bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş ziyanı, zərəri qarşı tərəfə tam olaraq ödəməyi öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi İddiaçı aralarında bağlanmış ilkin müqavilənin şərtlərinə əməl etməmiş, hər ay ödənilməsi nəzərdə tutulan 375 (üç yüz yetmiş) manat məbləğində vəsaiti ödəməmiş və hazırda 2062 (iki min altmış iki) manat borcu vardır. Aralarında bağlanmış müqaviləyə əsasən müqavilənin bağlandığı gün mülkiyyətində olan nəqliyyat vasitəsini İddiaçı təhvil vermiş, o bu barədə qəbz yazaraq öz imzası ilə təsdiq etmiş, bu günə qədər ona məxsus nəqliyyat vasitəsindən istifadə edir, lakin istifadə etdiyinə görə ona hər hansı bir məbləğdə pul ödəməmişdir. Bu da müqavilənin şərtlərinin pozulmasına, o cümlədən müqavilənin 2.2-ci bəndinin kobud şəkildə pozulmasına gətirib çıxartmışdır. Hesab edir ki, İddiaçı aralarında bağlanmış ilkin müqavilənin ləğv edilməsi barədə ona qarşı iddia tələbi irəli sürdüyündən, nəqliyyat vasitəsinə dair ona verdiyi etibarnamə ləğv edildiyindən ona məxsus nəqliyyat vasitəsi və nəqliyyat vasitəsinin təhvil verildiyi gündən bu günədək müqavilə üzrə yaranmış 2062 (iki min altmış iki) manat məbləğində pul vəsaiti İddiaçı alınıb ona verilməlidir. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə iddiaçı iddianı müdafiə edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Cavabdeh ilkin iddiaya etiraz edərək məhkəmədən qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan X4 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə İlkin müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı X4 1978-ci il buraxılışlı “Mercedes 913 LP yük” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 18000 (on səkkiz min) manat satmağa öhdəsinə götürür, alıcı İddiaçı razılaşdırılmış 18000 manat məbləği hər ay 375 manat notariusun depozit hesabına qoyaraq Satıcıya ödəyərək xx.xx.2023-cü il tarixinə bitirməyi öz öhdəsinə götürür. Satıcı hazırki Müqavilə ilə müəyyən edilmiş dəyər tam ödənildikdən həmin avtonəqliyyat vasitəsini Alıcının adına özgəninkiləşdirməyi öhdəsinə götürür. İş materiallarında olan AC 288636 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 1978-ci il buraxılışlı “Mercedes 913 LP yük” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2019-cu il tarixli ƏN-V seriyalı 079936 nömrəli etibarnaməyə əsasən 1978-ci il buraxılışlı “Mercedes 913 LP yük” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 həmin avtomobili idarə etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, İddiaçı “Mercedes 913 LP yük” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil almışdır və heç bir narazılığı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 598-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir (maddə 598.1); Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur (Maddə 598.2). Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəflərin iddia tələblərinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, hər iki tərəf digər tərəfin ilkin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozulmasına istinad etsələr də, tərəflər qeyd edilən halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X2 qarşı aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və ilkin olaraq ödədiyi 2340 manat pulun alınaraq ona ödənilməsi tələbi barədə ilkin iddia və qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Mercedes 913LP yük” markalı **-TJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, həmçinin qeyd olunan nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli ilkin müqavilə üzrə yaranmış 2062 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X2 qarşı aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və ilkin olaraq ödədiyi 2340 manat pulun alınaraq ona ödənilməsi tələbi barədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Mercedes 913LP yük” markalı **-TJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, həmçinin qeyd olunan nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli ilkin müqavilə üzrə yaranmış 2062 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar