Məhkəmə qərarları › İş №2(011)-3227/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3227/2022

01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3227/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı X2 Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən mənəvi ziyana görə 50000 manat, dövlət rüsumunun ödənilməsinə görə 240 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində onun anası X5 üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ, İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən smığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, atası X3 üzünün sağ yarısının, boynunun, hər iki əlinin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq smığı kimi sağlamlığın uzun müddətə pozulmasma səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər, qardaşı X9 başm, üzün, sol əlin, qamın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasma səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almışdır, baş vermiş hadisə ilə əlaqədar İsmayıllı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmış və hadisənin cavabdehin - işçilərinin təqsirli hərəkətləri səbəbindən baş verməsi istintaq zamanı tam sübuta yetirilmiş, Cavabdeh İB-nin Ağsu RQİİ-nin rəisi X6 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində cinayət işi başlanılmış və baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (037)-3/2021 saylı hökmündən narazı qaldıqları üçün iddiaçının atası, anası, qardaşı tərəfindən apellyasiya şikayəti verilmiş, prokurorluq tərəfindən apellyasiya protesti, Namiq Məmmədov tərəfindən apellyasiya şikayəti verilmişdir, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (037)-3/2021 saylı hökmü ləğv edilmiş, X6 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasma məhkum edilmişdir, iddiaçı baş vermiş partlayış nəticəsində qardaşının və valideynlərinin ağır xəsarət alması ilə əlaqədar onları itirmək qorxusu ilə yanaşı onların müxtəlif xəstəxanalarda müalicə olunması səbəbindən uzun müddət onların müalicələri ilə bağlı xəstəxanalarda olmuş, güclü iztirab, sarsıntı keçirmişdir, atası, anası, qardaşı sağlamlığını cavabdehin işçilərinin səhlənkarlığı səbəbindən itirmişdir və hazırki vaxtadək həkim nəzarəti altında müalicə alırlar, hadisə zamanı iddiaçı evdə olmamışdır, cavadeh tərəfindən iddiaçının ailəsinə maddi ziyanın əvəzi kimi 23.814 manat, habelə əlavə olaraq hissə-hissə 6000 manat pul ödənilmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassiz olaraq şişirdilmişdir, partlayış nəticəsində iddiaçının evinə və əşyalarına vurulmuş maddi ziyana görə 24000 manata yaxın pul ödənilmişdir, həmçinin dəymiş ziyanla bağlı iddiaçı tərəfin atasına 6000 manat pul da ödənilmişdir, iddiaçı partlayış zamanı evdə olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(107)-28/2022 saylı Hökmü ilə işin hallarından görünür ki, Namiq Məmmədov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki o, 27 sentyabr 2017-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixə kimi X1 X15 İstismarı İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə vəzifəli şəxs kimi X15 İstismarı İdarəsinə və tabeliyində olan qurumlara rəhbərlik edərkən “Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinin qaz paylayıcı tərəfindən “qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, həmin qaydaların 3.1.6-cı bəndinin “bu qaydaların 3.2.7-ci bəndində nəzərdə tutulan “qaz qurğusunda nasazlıq və qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına dərhal məlumat verməlidir, 3.2.9-cu bəndində nəzərdə tutulan “zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz paylayıcısına təcili məlumat verməlidir” kimi məlumatlar daxil olduqda dərhal zəruri tədbirlər görməlidir” tələbini, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.12-ci bəndində nəzərdə tutulmuş “şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qaz təsərrüfatlarının istismarı zamanı təhlükəsizliyin təmin edilməsi qaz təsərrüfatlarının ilk rəhbərlərinə, yaxud onların funksiyalarını yerinə yetirən təşkilatların birinci rəhbərlərinə həvalə edilir” tələbini, həmin qaydaların 1.19-cu bəndində göstərilmiş “qaz təsərrüfatının müəssisə və təşkilatlarının vəzifəli şəxsləri qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş veribverməməsindən asılı olmayaraq şəxsi məsuliyyət daşıyırlar, onlar eyni zamanda tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də məsuliyyət daşıyırlar” tələbini, X1 Ağsu RQİİ-nin əsasnaməsinin 2.2-ci bəndində göstərilmiş “X15 İstismar İdarəsi qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq istismarda olan qaz kəmrlərində və avadanlıqlarında aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün dərhal təxirəsalınmaz tədbirlər görür” tələbini və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçası”nın “müəssisə rəhbəri müəssisəyə rəhbərlik edir, onun siyasət və planını müəyyənləşdirir və formalaşdırır; müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir; istehsalat vahidləri, sex və başqa struktur bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir, onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətini istiqamətləndirir” tələblərini pozaraq, İsmayıllı rayonu Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı həmin kənddə yerləşən Əli Osmanlıya məxsus fərdi yaşayış evinin çöl divar hissəsindən 20 sm avtomobil yoluna doğru istiqamətdə yerüstü qaz xəttinin yeraltı keçid hissəsində aşkar olunmuş 1000 PPM həddində qaz sızması barədə "xxxx" QSC-nin X7 xətt baxıcısı tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş raportun “PDF” formatına salınmış “excel cədvəl” şəklində “Hafis.Ağayev@təmizqaz.az” elektron poçt ünvanından onun xidməti istifadəsində olan “NamiqN.MElektron ünvan ” elektron poçt ünvanına göndərilməsinə baxmayaraq, həmin raportu qaz sızmalarının aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə dərhal təmir-profilaktika işlərini yerinə yetirmək üçün X15 İstismarı İdarəsinin İsmayıllı xidmət sahəsinin Təmirbərpa xidmətinə göndərməyərək və zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə nəzarət etməyərək, o cümlədən qazdan istifadə sahəsində qaydalar, əsasnamə və digər sənədlərin tələblərini pozaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində həmin raportu xidməti istifadəsində olan kompüterdə elektron poçt ünvanından silib öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq Əli Osmanlıya məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan partlayış baş vermiş evdə yaşayan Rəhimə Osmanlının üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, Əli Osmanlının üzün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, Tahir Osmanlının başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almaları, habelə Əli Osmanlıya məxsus fərdi yaşayış evinin qaz partlayışı səbəbindən məhv olması nəticəsində 15364 manat məbləğində, evin içərisində olan 5 ədəd 2018-ci ildə “Embapanel” materialından hazırlanmış stolun yararsız vəziyyətə düşməsi nəticəsində 800 manat, “Gəncə” zavod istehalsallı xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 3 ədəd çarpayının yararsız vəziyyətə düşməsi nəticəsində 150 manat, “Philips” markalı DVD aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2016-cı ildə alınmış “Krosna” aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 80 manat, “Kazan” markalı qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat məbləğində, 2008ci ildə alınmış 1 ədəd “Orvica” markalı televizorun yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat 2012-ci ildə alınmış 1 ədəd “TOSHİBA GR-RB 51 UTC” markalı soyuducunun yararsız vəziyyətə düşməsi nəticəsində 400 manat, 1993-cü ildə alınmış fıstıq ağacı materialından 8 ədəd stulun yararsız vəziyyətə düşməsi nəticəsində 60 manat, 1 ədəd “Krosnadar” deyilən stulun yararsız vəziyyətə düşməsi nəticəsində 10 manat, 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi mebel dəstinin yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, məişətdə istifadə olunan qab-qacağın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, 2 ədəd 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi, xarici zavod istehsallı 4x3,5 metr ölçüdə xalçaların yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma zavod üsulu ilə hazırlanmış, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 2 ədəd 1993-cü ildə yoldaşının cehiz kimi gətirdiyi 2 ədəd kreslonun yararsız vəziyyətə düşməsi nəticəsində 70 manat, dəmir materialdan olan, kustar üsulla hazırlanmış 25x30x80sm ölçüdə qaz sobasının yararsız vəziyyətə düşməsi nəticəsində 20 manat, 2013-cü ildə alınmış “LG” və 2015-ci ildə alınmış “Texnaluks” markalı tozsoranların yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, 2008-ci ildə xüsusi hazırlanmış 1 ədəd qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, evdə olan pal-paltarın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, ümumilikdə evin və əşyaların yararsız hala düşməsi nəticəsində Əli Osmanlıya cəmi 23814 (iyirmi üç min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan vurulması kimi ağır nəticələrə səbəb olmuşdur. Həmin Hökm ilə İsmayıllı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(037)- 3/2021 nömrəli hökmü ləğv edilmiş, X6 Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3305/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən maddi ziyanın əvəzi qismində 1524 manat, mənəvi ziyanın əvəzi qismində 15000 manat olmaqla, cəmi 16524 manat və dövlət rüsumunun əvəzi qismində 135 manat alınaraq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən Çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən 242 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X6 cavabdeh təşkilatın işçisi olduğu vaxt əmək funksiyalarının icrası zamanı öz xidməti vəzifəsini yerinə yetirməməsi nəticəsində iddiaçının atası Əli Osmanlıya məxsus evdə 1 mart 2020-ci il tarixdə partlayış baş vermişdir, hadisə zamanı iddiaçı evdə olmamışdır, həmçinin iddiaçı həmin mənzildə yaşamır və orada qeydiyyatda deyildir, partlayış nəticəsində iddiaçının valideynlərinin və qardaşının sağlamlığına ziyan dəymişdir, onlar, sağlamlıqlarının bərpa olunması məqsədilə müalicə, müayinə və əməliyyat olunmuşdurlar, dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədardır, cavabdeh tərəfindən partlayış nəticəsində evə dəymiş maddi zərərin əvəzi qismində iddiaçının atasına 23.814 manat, həmçinin əlavə olaraq 6000 manat pul ödənilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3305/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə Cavabdehndən maddi və mənəvi ziyanın əvəzi qismində cəmi 16.524 manat alınaraq iddiaçının anası X4 ödənilməsi qət edilmişdir. Bununla belə, hadisənin baş verməsində Cavabdeh İB-nin təqsirli, hüquqazidd əməlini istisna edən, hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərərindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də Cavabdeh İB-nin işçisinin hüquqa zidd – təqsirli əməli ilə baş vermiş partlayış hadisəsi nəticəsində iddiaçının ailə üzvlərinin sağlamlığına ziyan vurulmasının (onun zərərçəkmiş şəxslərlə olan yaxınlıq dərəcəsi - anası, atası və qardaşı olması nəzərə alınmaqla) onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mümkündür. Bu həm də onunla bağlıdır ki, iddiaçı ilə zərərçəkən şəxslər arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması və mənəvi tarazlığın bərpa edilməsi məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə hesab edir ki, bu zaman zərərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranması, iddiaçının partlayış zamanı evdə olmaması (hadisəyə şahid olmaması) və orada yaşamaması, onların hazırda həyatda olmaları, hazırda sağlamlığı vurulmuş zərərin əlilliklə nəticələnməməsi (zərərçəkənlərdə digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının yaranmaması), habelə cavabdeh tərəfindən iddiaçının ailə üzvlərinə kompensasiya ödənilməsi və digər diqqətəlayiq halları nəzərə alınmalı, kompensasiya məbləği 300 manat həddində müəyyən edilməlidir. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.1-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Avropa Məhkəməsinin Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB-dən vurulmuş mənəvi ziyana görə 300 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat, Cavabdeh İBdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən mənəvi ziyanın əvəzi qismində 300 (üç yüz) manat və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar