Məhkəmə qərarları › İş №2(011)-3256/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3256/2025

24.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3256/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrədin qızının katibliyi, İddiaçı X10, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə məcburi qaydada köçürülməsi, cavabdeh tərəfindən iddiaçının mənzildə yaşamağına yaradılan maneəyə son qoyulması, mənzilin giriş qapısının ümumi istifadə üçün hər iki şəxsə münasibətdə müəyyən olunması, mənzilin giriş qapısının açarının bir surətinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməklə həmin açarın dəyişdirilməsinin ona qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə mərhum həyat yoldaşı X13 ilə ailə həyatı quraraq ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Halhazırda iş üzrə cavabdeh ona müdaxilə etməmişdən əvvələ qədər həmin mənzildə yaşamışdır. Həmin mənzil onun həyat yoldaşı və qaynı Ramizin adına order əsasında verilmişdir. Sonra qaynı Rusiya Federasiyasına getmiş, onun orada hazırki iş üzrə cavabdeh qızı dünyaya gəlmişdir. Hazırki iş üzrə cavabdeh 2019-cu ilədək həmin mənzildə faktiki olaraq yaşamamış, orada yalnız iddiaçı yaşamışdır. Sonradan cavabdeh ona məlum olmayan yollarla həmin mənzildə pasport qeydiyyatına düşmüş, eyni zamanda müvafiq məhkəmə qərarı əsasında həmin mənzilə köçürülmüşdür. Daha sonra isə o, Bakı İnzibati Məhkəməsində həmin şəxsin qeydiyyatdan çıxarılmasına dair iddia qaldırmış, lakin iddia mümkün sayılmamışdır. Nəticədə müvafiq qərarla müəyyən olunmuşdur ki, həm iddiaçının, həm cavabdehin qeyd edilən mənzilin təkrib hissəsindən yaşayış və istifadə hüququ vardır. Lakin hal-hazırda cavabdeh həmin mənzilin açarını dəyişmiş, iddiaçı isə mənzildən istifadə edə bilmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, yeganə daimi yaşayış yerinin mübahisəli mənzil olduğunu, başqa yaşayış yeri olmadığını, yalnız müvəqqəti olaraq müəyyən müddətlərdə nəvəsinə qulluq etmək üçün qızının evinə getdiyini, mənzildə yaşamadığı hallarda bunun səbəbinin cavabdeh tərəfindən yaradılan maneələr, mənzilin açarının dəyişdirilməsi və onun mənzilə buraxılmaması olduğunu qeyd etmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və cavbdehin vəkili iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda bildirmişdir, iddiaçı mübahisəli mənzildə daimi yaşamır, müəyyən vaxtlarda mənzilə gəlib-gedir, aralarında olan mübahisələrin nəticəsində qəbul edilmiş məhkəmə qətnamələrindən sonra iddiaçı ilə eyni mənzildə bir müddət yaşamağa məcbur olsa da, hazırda birgə yaşamaqları mümkün deyil. Həqiqətən də mənzilin açarı onun tərəfindən dəyişdirilmişdir və o, iddiaçını evə buraxmaq istəmir. Bunun səbəbi iddiaçının mənzilin saxlanılması, təmiri xərclərində iştirak etməməsi, kommunal xidmət haqlarını ödəməməsidir. Həmçinin birlikdə yaşamaqları aralarındakı olan gərginlik səbəbindən mümkün olmadığı üçün, o özü və azyalı uşağının təhlükəsizliyindən ehtiyat etdiyi üçün iddiaçının mənzilə köçürülməsinə qətiyyən razı deyil. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-486/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X6 və qeyrilərinə qarşı çıxarışın ləğv edilməsi və istifadə hüququnun itirilməsi və X4 Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə qair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ilkin iddia qismən təmin edilmiş, X4 adına Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 16, 40 saylı mənzilə dair verilmiş çıxarış ləğv edilmiş, ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, X11 və X12 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 16, 40 saylı mənzildə yaşadıqlarından və həmin mənzildən istifadə hüququ yarandığından cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3305/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-486/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir .Mənzilə dair verilmiş orderdə icarədarla birlikdə qeyd edilmiş X13, həyat yoldaşı Laləzar Budaqovanı və qızı Nigar Əhmədovanı mənzilə köçürdüyündən və sonradan birlikdə uzun illər ərzində yaşayarq ümumi təsərrüfat apardıqlarından Mənzil Məcəlləsinin müddəaları baxımından cavabdehlər mənzildən istifadə hüququ əldə etmişlər. Onların istifadə hüquqlarının yaranması əsası kimi mənzilin Laləzar Budaqovaya bağışlanması deyil, məhz vəfat etmiş əri Rafiq Əhmədov tərəfindən həmin mənzilə onların 1993-cü ildə ailə üzvü kimi köçürülmələri olmuşdur. Ali Məhkəmənin 2(102)-7223/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3305/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-860/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-357/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavbdeh X7 və digərlərinə qarşı dəymiş maddi və mənəvi ziyana görə pul tələbi və mənzilə köçürülmə barədə iddiası qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilinə köçürülməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13736/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X10, X8 və X2) qarşı qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması iddia tələbi mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir ki, iddiaçının üçüncü şəxslər X7 və X5 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi ( həmin mənzildə yaşadıqlarından və həmin mənzildən istifadə hüquqları yarandığından) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-486/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-416/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh zərərçəkmiş şəxs X1 qəsdən yüngül zərər vurduğundan AR Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, X10 onunla eyni mənzildə yaşayan Cavabdeh onu döyməsini bildirmiş, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Cavabdeh barəsində AR İXM-ni 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 36-cı polis Şöbəsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı:

1. 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmənin mövqeyi: İş materiallarında olan məhkəmə qərarları ilə müəyyən olunur ki, həm iddiaçı X3, həm də Cavabdeh mübahisəli mənzildən istifadə hüququ mövcuddur. Belə ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş halları və iş materiallarında olan məhkəmə qərarları ilə təsdiq olunur ki, iddiaçı X3 xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilindən istifadə hüququ yaranmışdır və onun mənzildən istifadə hüququ hazırda da mövcuddur. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış istifadə hüququna ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya köçdükdə xitam verilir. Lakin, hazırki mülki iş materialları ilə X3 daimi yaşamaq üçün başqa yaşayış yerinə köçməsi sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icasında tərəflərin qarşılıqlı münasibətlərindən, iş materiallarında olan hökmdən və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, iddiaçı X10 ilə Cavabdeh arasında olan münasibətlər mübahisəli və gərgindir. Məhkəmə iclasında Cavabdeh məhz onun tərəfindən iddiaçının mənzilə buraxılmaması, mənzilin açarının dəyişdirilməsi və açarın nüsxəsinin iddiaçıya verilməməsi ilə bağlı halları təsdiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının müəyyən vaxtlarda mənzildə yaşaya bilməməsinin onun iradəsindən deyil, cavabdehin yaratdığı maneələrdən irəli gəlməsi ilə bağlı dəlilləri əsaslıdır. Şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı X3 mübahisəli mənzildən istifadə hüququ mövcud olduğundan, lakin onun mənzilə köçürülməsinə cavabdeh tərəfindən maneələr yaradıldığından, iddiaçı X3 mənzilə köçürülmə və mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbi ilə bağlı iddiası təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı X10 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilinə köçürülsün. İddiaçı X3 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, mənzilin giriş qapısının ümumi istifadə üçün müəyyən olunması, mənzilin giriş qapısının açarının bir nüsxəsinin iddiaçı X7 təhvil verilməsi və iddiaçı X7 məlumat və nüsxəsi verilmədən giriş qapısının açarının dəyişdirilməməsi vəzifələri Cavabdeh həvalə edilsin. Cavabdeh 9 saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar