Məhkəmə qərarları › İş №2(011)-3339/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3339/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3339/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı X2, cavabdeh X6 iştirakı ilə, İddiaçı X2 cavabdehlər X4 və X10 qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 cavabdehlər X4 və X10 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək ona məxsus xarab edilmiş olan əşyalarının dəyəri olan 12090 pulun və 10 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx.xx.2010-cu il tarixdə B ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2010-cu il təvvəllüdlü X22 və xx.xx.2012-ci i! təvəllüdlü X11 dünyaya gəlmişdir. 2011-ci il tarixində keçmiş qaynatası Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Südçülük savxozu ünvanında yerləşən evə gəlin köçmüş və digər Cavabdeh2 ilə birlikdə yaşamışdır. Yetkinlik yaşına çatmayan uşaqların anasının yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Sonradan cavabdehin təzyiqi və təkidi ilə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nizami rayon Məhkəməsinin 2(007)-4753/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi ilə aralarınında bağlanmış nikah pozulmuşdur. Cavabdeh2, atası Fərman və anasının ona və azyaşlı uşaqlarına etdiyi təhqir və təzyiqlərə tab gətirə bilməyərək, yaşadığı evdən çıxıb getmişdir və uzun müddətdir kirayələrdə yaşayır. Bəzən kirayədə qaldığı evin kirayə haqqını ödəyə bilmədiyi üçün qış aylarında belə azyaşlı uşaqları ilə birlikdə kirayə qaldığı mənzilən çıxarılmış, məcbur qalaraq evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və uzun məhkəmə çəkişmələrindən sonra həmin evə xx.xx.2019cu il tarixdə icra vasitəsi ilə köçürülmüşdür. xx.xx.2017-ci il tarixdə Nizami rayon məhkəməsinin qətnaməsi ilə cehiz əşyalarının tələbinə dair iddia ərzəsi təmin olunaraq, ona məxsus olan, "Yataq dəsti - (Qoşa yataq, hündür iki qapılı şifaner, tumbuçka -2 ədəd, termo güzgülü, termo üçün stul) - 4.000 manat; 2. Qorka (Embavood)-dan - 3.000 manat; 3. Kamot (güzgülü) televizor qoymağa da imkanı olan - 3.000 manat 4. Oturacaq stulu-(6-ədəd) 25 manat = 150 manat; 5. Jurnal stolu (Şüşəli) - (1 ədəd) - 100 manat; 6. Xalça, Türk istehsalı (qırmızı- sarı rəng) (3 m * 2 m) - 250 manat; 7. Xalça, Türk istehsalı (göy-sarı) ( 3 m * 2 m) - 250 manat; 8. Çilçıraq - (2 ədəd) * 50 manat = 100 manat; 9. İri divar saatı - (1 ədəd) = 40 manat; 10. Güldan (böyük) - (1-ədəd) = 50 manat; 11. Paltar yuyan maşın LG (6 kq) - 500 manat; 12. Soyuducu (ağ rəngdə) - 600 manat cavabdehdən alınaraq ona verilinəsi qət edilmişdir. Cavabdeh X16 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən cehiz əşyalarının Nizami Rayon Məhkəməsinin 2(007)-1636/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə ondan alınaraq X5 qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və qanuna müvafiq qaydada icraya yönəldilmiş, zəruri icra tədbirləri görülmüşdür. Lakin, Sevinc Feyzullayeva cehiz əmlakını götürməkdən imtina etmiş və onun ərizəsinə əsasən xx.xx.2017-ci il tarixində icra sənədi ‘'İcra haqqında qanunun 23.1.1-ci maddəsi ilə həmin məhkəməyə geri qaytarılmışdır. Cavabdeh2 həmin icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş və xx.xx.2018-ci il tarixində həmin icra sənədi icra olunması üçün yenidən icraya yönəldilmişdir. Bundan sonra icra məmuru icra sənədinin icrası ilə bağlı iddiaçıya şəxsən bildiriş təqdim etmiş, buna baxmayaraq Sevinc Feyzullayeva üzrsüz səbəbdən (qərəzli olaraq) icra tədbirində iştirak etməmişdir. Bu barədə icra məmuru xx.xx.2018-ci il tarixində akt tərtib etmişdir. İcra məmuru yenidən icra tədbiri təyin etmiş, lakin, iddiaçı icra tədbirində yenə də üzrlü səbəb olmadan (qərəzli olaraq) iştirak etməmişdir. Bu barədə icra məmuru xx.xx.2018-ci il tarixində akt tərtib elmişdir. Yenidən icra tədbirləri görülmüş, X12 cehiz əmlakını götürmək istəməmiş, icra sənədinin icrasına mane olmuşdur. Belə olan halda icra məmuru “İcra haqqında” qanunun 23.1.5-ci maddəsinin tələbinə əsasən icra sənədini icra olunmadan məhkəməyə geri qaytarmışdır. Cavabdeh2 şikayət ərizəsi ilə Ədliyyə Naziri Fikrət Məmmədova müraciət etmiş, Sevinc Feyzullayevin məhkəmə qətnaməsinin icrasına mane olduğunu, cehiz əşyalarının götürülməsi üçün göstəriş verməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 sözü gedən icra sənədinin təkrarən icraya yönəldilməsini xahiş etmişdir. Göstərilənlərin nəzərə alınaraq iddianın qızıl-zinət əşyalarının geri qaytarılması və özünə uşağın 3 yaşı tamam olanadək hər ay 100 manat aliment tutulması hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X16 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının əşyaları səliqəli yığılmışdır. Ümumiyyətlə iddiaçı cehiz gətirməmiş, hər şey tərəflin nikahda olduqları dövrdə alınmışdır. Oğlu 2018-ci idə yenidən evlənmiş və o vaxtdan da bu məsələlər başlamışdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh X8 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 4753/2016 saylı xx.xx.2016-ct il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə X7 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olan xx.xx.2010-cu il təvəllüdlü X22 və xx.xx.2012-ci il təvəllüdlü X9 anasının himayəsində saxlanmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6210/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh2 qətnamə qanuni qüvvəsinə mindiyi gündən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 xeyrinə hər ay hər uşağa 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)-1636/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh X13 qarşı “cehiz əşyalarının və ümumi birgə nikah dövründə əldə olunmuş əmlakının bölgüsü tələbinə dair” iddiası təmin edilərək, iddiaçının cehiz gəlirdiyi əşyalar yataq dəsti (qoşa yataq, hündür iki qapılı dolab, tumhoçka - 2 ədəd, tremo (güzgülü), tremo üçün stul), “Embavvood” markalı olan qorka, komod güzgülü)-televizor qoymağada imkanı olan, 6 ədəd oturacaq stulu, şüşəli jurnal masa, Türkiyə istehsalı olan xalça (qırmızı-sarı- 3 mX2 m), Türkiyə istehsalı olan xalça (göysarı -3mX 2m), 2 ədəd çilçıraq, iri divar saatı. “LG” markalı (6kq-lıq) paltaryuyan maşın, 1 ədəd güldan (böyük), soyuducu (ağ rəngdə) cavabdehdən alınanıq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək, göstərilən əmlakların cavabdehin evində olduğunu və onları iddiaçıya təhvil verməyə hazır olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Sabunçu rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ziya İsmayılzadə tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, onun şikayətinə cavab olaraq bildirilmişdir ki, Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)-1636/2017 saylı icra vərəqəsinə əsasən XXX Sevinc Bayram qızına məxsus olan cehiz əşyaları borclu Cavabdeh2 alınaraq tələbkara təhvil verilməlidir. İcra vərəqəsi xx.xx.2017-cı il tarixdə Nizami rayon İcra şöbəsi tərəfindən Sabunçu rayon İcra şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada İcraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar könüllü icra barədə bildiriş qəbul olunaraq poçt vasitəsi ilə borclunun ünvanına göndərilmiş və icranı könüllü təmin etməsi bildirilmişdir. xx.xx.2017-ci il tarixdə tələbkarın ərizəsinə əsasən həmin icra sənədi "İcra haqqında” qanunun 23.1.1-ci maddəsi ilə Nizami rayon məhkəməsinə qaytarılmışdır. Lakin Nizami rayon məhkəməsinin 2(007)-1636 saylı, xx.xx.2017-cı il tarixli icra vərəqəsi xx.xx.2018-ci il tarixdə yenidən Sabunçu rayon icra şöbəsinə icra olunması üçün göndərilmişdir. Həmin icra tədbiri xx.xx.2018-ci il tarixə saat 12:00-a ləyin olunmuşdur. Tələbkar və borcluya bildiriş şəxsən xx.xx.2018-ci il tarixdə təqdim olunsa da, tələbkar həmin icra tədbirində iştirak etməmiş və bu barədə akt tərtib olunmuşdur. Növbəti icra tədbiri xx.xx.2018-ci il tarixə təyin olunaraq bildiriş tərəflərə göndərilmişdir. Tələbkar xx.xx.2018-ci il tarixdə yenə də icra tədbirində iştirak etməmiş və bu barədə akt tərtib olunmuşdur. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə Nizami rayon məhkəməsinin 2(007)-l636 saylı. xx.xx.2017-ci il tarixli icra vərəqəsi “İcra haqqında" qanunun 23.1.5-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin aparıcı məsləhətçisi Rüstəm Rəhimov tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, onun məhkəmə qərarının icrası ilə bağlı müraciətinə baxılmış, müəyyən edilmişdir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Sevinc Feyzullayevanın cehiz əşyaları alınıb ona qaytarılmalıdır. Bununla əlaqədar Sabunçu rayon icra və probasiya şöbəsində başlanılmış icraat zamanı məhkəmə qərarının məcburi icrası xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərə təyin edilsə də, tələbkar icra yerinə gəlməmiş və icra sənədi icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş, tələbkar X2, borclu Cavabdeh2 atası X3 və anası X14, hal şahidləri X17 və X15 iştirakları ilə Sabunçu rayon icra şöbəsinin böyük icra məmuru H.Ə.İsrəfilov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)-1636/2017 saylı icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Sabunçu rayonu, Südçülük savxozu ünvanında yerləşən evdə olan, tələbkara məxsus əşyalara baxış keçirilmiş, soyuducu və paltayuyan maşının həyətdə qutunun içində bağlı vəziyyətdə, digər əşyaların həyətdə inşa edilmiş otaqda saxlanıldığı, işlənmiş və istifadəyə yararlı vəziyyətdə olduqları müəyyəm edilmişdir. Tələbkara əşyaları qəbul etmək təklif olunsa da, o, əşyaların yararsız vəziyyətdə olduğunu əsas gətirərək, onları götürməkdən imtina etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış iddia ərizəsinə əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarına görə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)- 1636/2017 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X13 qarşı “cehiz əşyalarının və ümumi birgə nikah dövründə əldə olunmuş əmlakının bölgüsü tələbinə dair” iddiası təmin edilərək, iddiaçının cehiz gəlirdiyi əşyaların cavabdehdən alınanıq ona qaytarılması qət edilmişdir. Qətnamə qanun qüvvəsini almış və icra sənədi verilmişdir. xx.xx.2017-ci il tarixdə tələbkarın ərizəsinə əsasən icra sənədi "İcra haqqında” qanunun 23.1.1-ci maddəsi ilə Nizami rayon məhkəməsinə qaytarılmışdır. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə yenidən Sabunçu rayon icra şöbəsinə icra olunması üçün göndərilmiş, xx.xx.2018-ci il tarixə və xx.xx.2018-ci il tarixə təyin olunmuş icra tədbirlərində bildiriş şəxsən təqdim olunmasına baxmayaraq, tələbkar iştirak etməmiş və bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə icra vərəqəsi “İcra haqqında" qanunun 23.1.5-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Son olaraq, xx.xx.2021-ci il tarixdə icra məmurunun, icra işi üzrə tərəflərin və hal şahidlərinin iştirakı ilə borclunun evində olan tələbkara məxsus əşyalara baxış keçirilmiş, əşyaların istifadəyə yararlı olduğu müəyyən edilərək, tələbkara onları götürməsi təklif olunmuş, lakin tələbkar əşyaları götürməkdən imtina etmişdir. Məntiqi olaraq tələbkar icra işində maraqlı olmasına baxmayaraq, bir dəfə icra sənədinin məhkəmə qaytarrılmasını xahiş etmiş, iki halda isə icra tədbirlərində iştirak etməmiş,son olaraq, əşyalarını götürməkdən imtina etmişdir. X1 isə dəfələrlə müvafiq icra qurumlarına müraciət edərək, icra işinin vəziyyəti ilə maraqlanmışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, tələbkar icra sənədinin icrasında maraqlı olmamış, onun əsas niyyəti müəyyən vaxt keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək olmuşdur. Belə olan halda, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına əsaslanmaqla hesab edir ki, iddiaçı X2 cavabdehlər X4 və X10 qarşı “pul tələbinə dair” iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı X2 cavabdehlər X4 və X10 qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar