Məhkəmə qərarları › İş №2(011)-3415/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3415/2024

01.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3415/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehin 04 oktyabr 2023-cü il tarixli 13-3-2/3-1-8069/2023 nömrəli əmrinin ləğv edilməsi, AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin 4-cü abzası ilə əvəz olunması və işdən azad olunduğu xitama əsasən, son haqq-hesabın gəcikdirildiyinə görə cərimənin hesablanıb verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia Azərbaycan X3 Gəmiçiliyi QSC “Xəzər X2”na qarşı yönəlmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X2 ləğv edilmiş və onların əsasında Cavabdeh QSC yaradılmış, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X1 əmlakı Cavabdeh QSC-yə verilmişdir. Qeyd edilənlər əsasında müəyyən olunur ki, iddiaçı cavabdeh qismində Azərbaycan X3 Gəmiçiliyi QSC “Xəzər X2”na qarşı qaldırılsa da, Xəzər X2 müstəqil hüquqi şəxs deyil, Cavabdeh QSC-nin struktur vahididir. Hazırki iddia tələbinə cavab verməli olan şəxs isə Cavabdeh QSC-dir. AR Mülki Məcəlləsi müəyyən edir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (43.1-ci maddə). Nümayəndiliklər və filiallar hüquqi şəxslər deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər (53.3-cü maddə.). Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı gələckdə hazırkı iddianı Cavabdeh QSC-nə qarşı qaldıracağı halda da, həmin mübahisəyə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidmətinin elektron məlumat bazasında (www.taxes.gov.az) Cavabdeh QSC-nin hüquqi ünvanı ünvan 2 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar