Məhkəmə qərarları › İş №2(011)-3454/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3454/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3454/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılaraq sabit məbləğdə təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 üçün aliment məbləğinin azaldılaraq sabit pul məbləğində aylıq 300 manat olmaqla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4183/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, xx xxxx 1977-ci il təvəllüdlü İddiaçı 11 iyun 2016-cı il tarixində doğulmuş Aylinin atası olması faktı müəyyən edilmiş, cavabdeh İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının 27 mart 2017-ci il tarixindən hesablanması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2(103)- 8669/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4183/2017 saylı iş üzrə 06 iyun 2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının 27 mart 2017-ci il tarixindən hesablanması və iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli 2(103)-8669/2017 saylı qətnaməsi - “cavabdeh İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilmiş, alimentin miqdarı 1/6 hissədə müəyyən edilmiş, qətnamə qalan hissədə - yəni xx xxxx 1977-ci il təvəllüdlü İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin atası olması faktının müəyyən edilməsi, alimentin tutulmasının 27 mart 2017-ci il tarixdən hesablanması, həmçinin iddia tələbinin rədd edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qərarı ilə hər nə qədər aliment məbləği əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsində tutulması qərarlaşdırılsa da son dövrlər pensiya məbləğinin artması, o cümlədən baxmaqda mükəlləf olduğu ailə üzvlərinin sayının artması iddiaçı tərəfindən bu iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmə zərurəti yaratmışdır. Hal-hazırda aylıq tutularaq Cavabdeh qzının müvafiq hesabına köçürülən alimentin məbləği 480 manat təşkil edir. Bununla yanaşı, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə ünvanlamış olduğu 10 yanvar 2024-cü il tarixli 3-17-1/2-3383/2024 saylı cavab məktubunda bildirilmişdir ki, Xətai Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(011)-4183 saylı icra sənədinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli 2(102)- 2085/2018 saylı icra sənədinə əsasən İddiaçı əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində ümumilikdə 25.881,33 manat Cavabdeh müvafiq hesabına köçürülmüşdür. İddiaçı 2022-ci il tarixində X13 ilə faktiki nikaha daxil olmuşdur. Bu nikahdan 23 mart 2023-cü il tarixində qızı X9 anadan olmuşdur. Bununla bağlı qızı X4 adına doğum haqqında şəhadətnamə verilmişdir. Həmçinin, 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya X6 münasibətdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Bundan başqa himayəsində daha iki oğlu - X14 və X20 iddiaçı ilə birlikdə yaşamaqdadır. Hal-hazırda hər ikisi də abituriyent olaraq ali məktəblərə hazırlıq mərhələsindədirlər. Həmçinin iddiaçının yaşlı anası X10 da iddiaçı ilə birlikdə yaşamaqdadır və ağır dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkməkdədir və daim həkim nəzarətindədir. Yüksək həddə diabet, ürək ritminin pozğunluğu və yüksək dərəcədə təzyiq xəstəliyi və bununla bağlı zəruri tibbi preparatların təmini iddiaçı tərəfindən həyata keçirilməkdədir. Verilən tibbi arayışlarda da mütəmadi olaraq daima həkim (kardioloq, nevrolq və endokrinoloq) nəzarətində olması tövsiyə edilir. Bundan əlavə olaraq 23 mart 2023-cü il tarixində anadan olmuş qızı X9 da yüksək dərəcədə allergik xəstəliyə düçar olduğu üçün ana südündən istifadəsi həkim tərəfindən məsləhət görülməməkdədir. 1 yaşı tamam olmamış uşağın da daim həkim nəzarətində olması da ona təyin edilmiş dərman preparatlarından da görmək mümkündür. Həmçinin uşağın ana südü ilə qidalanmasının mümkünsüzlüyü də nəzərə alınmaqla iddiaçı tərəfindən uşaq üçün xüsusi qida vasitələri alınmaqdadır. Bunun üçün iddiaçı azyaşlı uşağın qidalanması üçün 10 ay müddət ərzində 1.754,75 manat pul vəsaiti sərf etmişdir. Bundan başqa iddiaçı 2009-cu il tarixindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Tibb idarəsində qeydiyyatdadır. 12 mart 2012-ci il tarixində PTİ Tibb İdarəsinin Poliklinikasına müraciət etdikdə iddiaçıya “sağ tərəfli periferik hemiparez” diaqnozu qoyulmuş, adıçəkilən poliklinikada ambulator müalicə təyin olunmuş, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində “dağınıq ensefalomielit, yarımkəskin gedişli, xroniki qastroduedenit, natamam remissiya mərhləsində, hər iki gözün xroniki konyunktiviti” diaqnozu ilə MN BKH-nın nevrologiya şöbəsində stasionar müalicə olunmuşdur. Bu müalicə ilə bağlı daha sonradan da iddiaçı tərəfindən AR PTX-nin Tibb İdarəsinə müraciət olunmuş, növbəti stasionar müalicələr alınmışdır. Həmçinin 2018-ci ilin may ayında XDMX-nin X8 tərəfindən iddiaçının çanaq KT müayinəsi (nativ) aparılmış, nəticədə L5-S1 sağ nevral foramenin daralması, bilateral bud başının aseptik nekrozu (ən çox sağda olmaqla) diaqnozu qoyulmuşdur. Bundan başqa 29 may 2018-ci il tarixli bud-çanaq oynağının MRT-si aparılmış, sağ bud sümüyü başının anterio-superiorunda (yük daşıyan seqmentində) T2/T1 hipointens demarkasyon xətti, yağ sklerozu və fibroz təyin olunmuş, (avaskulyar nekroz), sağ bud sümüyü başında və boynunda yayğın sümük iliyi ödeminin izlənildiyi, intraartikulyar maye miqdarının artdığı, femur boynu ətrafında maye akkumulyasiyası təyin olunmuşdur. Bu gün qızı X15 ilə bağlı hər nə qədər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsa da cavabdehin təsiri ucbatından uşaqla görüşə bilmir. Belə ki, iddiaçının dəfərlərlə Xətai rayon İcra şöbəsinə etdiyi müraciətlər, icra məmurları tərəfindən aparılan hərəkətlər öz nəticəsini verməməkdədir. Cavabdeh hər dəfə uşağın görüşə hazır olmadığı bəhanəsini gətirərək qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda belə uşağı iddiaçı ilə görüşdürmür. Hətta iddiaçının atası və anası tərəfindən qaldırılmış olan iddia tələbi və onun əsasında qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda uşağı valideyn olaraq nə iddiaçı ilə, nə də nənə-baba olaraq onun valideynləri ilə görüşdürmür. Bununla bağlı dəfələrlə edilən müraciətlər də heç bir nəticə vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Əgər iddiaçı valideyn olaraq uşağın saxlanması üçün aliment məbləğini bu gün ölkə üzrə müəyyən edilmiş aliment məbləğindən artıq bir həddə ödəyirsə, o zaman valideyn olaraq övladı ilə görüşmək ən təbii hüququdur. Ancaq cavabdeh iddiaçının uşağı ilə ünsiyyətinə illərdir ki, süni şəkildə maneələr törətməyə davam edir. Bununla bağlı 04 oktyabr 2021-ci il tarixli (məktubun özündə səhvən 2020-ci il qeyd edilmişdir) 8631 saylı AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X25 tərəfindən AR Ədliyyə Nazirliyi Xətai rayon İcra Şöbəsinə ünvanlanmış olan məktubda da qeyd edilənlər öz əksini tapmışdır. Belə ki, həmin məktubda X7 anası ilə yaşaması ilə əlaqədar ananın ataya qarşı neqativ münasibətinin nəzərə alınraq ananın təsirinin istisna edilmədiyi qeyd olunmuşdur. Həmçinin, Bakı şəhər Xətai rayon İcra Şöbəsi tərəfindən təqdim edilən 24 avqust 2021-ci il tarixli aktda da qeyd edilənlərdən göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4352/2019 saylı 28 iyun 2019-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2673/2020 saylı 09 iyun 2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar 24 avqust 2021-ci il tarixdə saat 11:00-a icra təyin olunaraq tərəflərə bildiriş göndərilmiş, təyin olunmuş vaxtda tərəflər şöbəyə gəlmiş, Xətai rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyası”nın məsul katibi X5, komissiyanın üzvü məsləhətçi psixoloq X11 və komissiyann üzvü X3 iştirakları ilə uşaqla müəyyən söhbətlərin aparıldığı, bu zaman uşağa kənar təsirlərin olmasının müəyyən edildiyi, gələcəkdə görüşün baş tutması üçün dövlət sosial reabilitasiya mərkəzlərinin birində reabilitasiyasının keçməsi tövsiyyə olunduğu qeyd edilmişdir. Həmin aktı icra hərəkətlərində iştirak edən Cavabdeh imzalamaqdan imtina etmişdir. Bütün bunları qeyd etməkdə məqsədi budur ki, aliment məbləğinin uşağa görə artıq miqdarda alan bir valideyn aliment məbləği bir gün gecikən zaman ortalığı ayağa qaldırmağı bacarır, ancaq uşağı ata ilə görüşdürməməkdən ötrü əlindən gələni əsirgəmir. Bundan başqa, cavabdeh bu gün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində mühasib vəzifəsində işləməkdədir. Gəlirləri çox yaxşıdır. İddiaçının apardığı araşdırmalar zamanı müəyyən edilmişdir ki, cavabdehin adına iki ədəd nəqliyyat vasitəsi mövcuddur. Belə ki, apardığı araşdırmalar zamanı müəyyən edilmişdir ki, **-MO-*** dövlət nömrə nişanlı “Skoda Yeti” markalı offroader və **-SE-*** dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomaşın cavabdehin mülkiyyətindədir və onun tərəfindən stifadə edilməkdədir. Həmçinin cavabdehin adma olan və Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 30-da yerləşən 24 saylı mənzil onun mülkiyyətindədir. Bundan başqa hal-hazırda cavabdehin yaşamış olduğu və qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 183 Q saylı ev də faktiki olaraq onun sahibliyində və mülkiyyətindədir. Bütün bunlarla yetinməyən cavabdeh 13 yanvar 2021-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 9 saylı mənzili də icarəyə götürmüş və aylıq 400 manat olmaqla hər ay həmin mənzilə görə icarə haqqı ödəməkdədir. Mülkiyyətində bu qədər daşınmaz əmlak və avtomobil olan cavabdehin övladına baxmayaraq tək yaşam mənbəyini iddiaçıdan almış olduğu aliment məbləği ilə qarşılmağa çalışması başa düşülən deyildir. İddiaçının himayəsində xəstə anası, o cümlədən 3 azyaşlı uşağı olduğu halda bu gün 500 manata yaxın bir aliment məbləğinin hesablanması heç də ədalətli deyildir. Belə ki, daha əvvəlcədən işlədiyi və pensiyaya çıxdığım Xüsusi Dövlət Mühafizə Xidmətindən almış olduğu fərdi təqaüdün çox olması, özünün hal-hazırda ciddi travmatik xəstəliklər keçirməyi, himayəsində 3 azyaşlı uşağın olması, xəstə anasının iddiaçının himayəsində olması aliment məbləğinin sabit bir məbləğ həddi ilə müəyyən edilməsi üçün hüquqi əsas təşkil edir. Qeyd etmiş olduğu bu xüsusat aliment məbləğini ödəmək öhdəliyindən imtina etməyi mənasına gəlmir. Sadəcə belə hesab edir ki, aliment məbləğinin əmək haqqı və digər gəlirlərinin müəyyən faizi və nisbəti həddində müəyyən edilməsi gələcəkdə əmək təqaüdünün birbaşa artması ilə nəticələnəcəkdir ki, bunun özü də iqtisadi cəhətdən iddiaçını çətin bir vəziyyətdə buraxacaqdır. Bundan başqa cavabdehin iqtisadi vəziyyətinin çox yüksək səviyyədə olması, özünə aid evlərin və avtomobillərin olması valideyn olaraq qızının böyüməyində yaxından iştirak edə bilmək imkanına malik olduğuna dəlalət edir. Yuxarıda qeyd edilənlər və qanunuvericiliyin tələbləri iddiaçı tərəfindən ödənilən aliment məbləğinin əmək haqqı və digər gəlirlərinin altıda bir hissəsinin tutulması hissəsində dəyişdirilərək aylıq sabit aliment məbləğinin müəyyən edilməsi və aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsi üçün hüquqi əsas təşkil edir. İddiaçının məqsədi qızı X12 alimentdən məhrum etmək deyil. Sadəcə himayəsində olan həyat yoldaşı, yaşlı anası ilə yanaşı öz ailə üzvlərinin - 2 oğlu və qızı X2 üçün sərf etdiyi vəsaitin yetəri qədər çox olması, özünün xəstəliyinin yetəri qədər ciddi dərəcədə olması, digər qızı X15 üçün aliment məbləğinin sabit həddə müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsinə zəmin yaradır. Hesab edir ki, aylıq aliment məbləğinin dəyişdirilərək sabit məbləğ qismində 300 manat müəyyən edilməklə qətnamə qəbul edilməsi üçün hüquqi əsaslar mövcuddur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, övladı X15 doğulan gündən başlayaraq hal-hazıradək xəstədir. Övladının ürəyində (ürək xəstəliyi) və beynində (su yığılma) ciddi problemlər vardır. Hal-hazıradək İddiaçı tərəfindən yalnız aliment pulu ödənilib. Övladının xəstəliyi ilə əlaqədər heç bir xərc İddiaçı tərəfindən çəkilməyibdir. Bundan başqa iddia ərizəsində qeyd olunur ki, guya cavabdeh hər-hansı vəzifədə çalışır. Cavabdeh mühasib vəzifəsində çalışır və əmək haqqı 500 manat təşkil edir. Cavabdeh anasının evində yaşayır və anası xəstə olduğu üçün cavabdehin himayəsindədir. Bundan başqa iddia ərizəsində qeyd olunubdur ki, guya cavabdehə məxsus bir neçə daşınar və daşınmaz əmlak var. Cavabdehin yalnız bir idarə etdiyi X24 markalı **-MO-*** qeydiyyat nişanlı nəqliyyatdır ki, hansını ki, cavabdehin mərhum atası onun üçün 2019-cu ildə almışdır. İddia ərizəsində göstərilən digər avtonəqliyyat cavabdehə məxsus deyil. İddia ərizəsində İddiaçı tərəfindən qeyd olunur ki, guya cavabdehin xüsusi mülkiyyətində ünvan 3 ünvanda yerləşən 24 saylı mənzil vardır. Həmin mənzil mərhum atasından cavabdehin qardaşına qalmış, qardaşı isə cavabdehə bağışlama müqaviləsi əsasında bağışlamışdır. Həmin mənzildə hal-hazıradək cavabdehin qardaşı ailəsi ilə birlikdə yaşayır. İddia ərizəsində qeyd olunan digər, Bakı şəhəri, Xətai Rayonu, Naximov küçəsində yerləşən 183 Q saylı fərdi yaşayış evi isə ümumiyyətlə cavabdehə məxsus deyil. Həmin evi cavabdehin mərhum atası tikmiş və hal-hazırda evin faktiki sahibi cavabdehin anasıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun himayəsində üç övladı vardır. Lakin iddiaçının iki övladı həddi-büluğa çatıblar. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflərin birgə münasibətlərindən 11 iyun 2016-cı il təvəllüdlü X15 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4183/2017 saylı qətnaməsi ilə İddiaçı 11 iyun 2016-cı il tarixində doğulmuş Aylinin atası olması faktı müəyyən edilmiş, İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının 27 mart 2017-ci il tarixindən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli 2(103)-8669/2017 saylı qətnaməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4183/2017 saylı iş üzrə 06 iyun 2017-ci il tarixli qətnaməsi İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının 27 mart 2017-ci il tarixindən hesablanması və iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli 2(103)-8669/2017 saylı qətnaməsi - “cavabdeh İddiaçı 11 iyun 2016-cı il tarixdə doğulmuş Aylinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilmiş, alimentin miqdarı 1/6 hissədə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda xəstə olmasını, himayəsində xəstə anası və daha 3 övladının olmasını əsas gətirərək onun qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında təyin edilmiş alimentin azaldılaraq hər ay 300 manat sabit pul məbləğində təyin edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz mövqeyində olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci madəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinə əsasən, qanunverici valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğdə tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən hazırkı iş üzrə aliment hissəvi şəkildə tutulmuş, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı ondan hissəvi qaydada tutulan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulmasını xahiş edir. Konstitusiya Məhkəməsi Plenum qərarının mövqeyinə əsasən, öncəki məhkəmə qərarı ilə alimentin hissəvi şəkildə tutulması qət edilmişdirsə, sonradan alimentin miqdarı dəyişdiriləcəyi halda da o, hissəvi şəkildə tutulmalıdır. Həmçinin məhkəmə yuxarıda göstərilənləri hazırkı işə tətbiq edərək hesab edir ki, hazırkı işdə tərəflərin birgə nikahından doğulmuş uşaq İddiaçı himayəsində olmadığından və həmin uşaq üçün hazırda iddiaçıdan tutulan aliment iddiaçının tələbi ilə tutulmadığından, hazırda iddiaçının ondan qazancının müəyyən hissəsi kimi tutulan alimentin sabit pul məbləğində tutulmasını tələb etmək hüququ yoxdur. Belə bir tələb irəli sürmək hüququ aliment ödənilən şəxsə, yəni Cavabdeh məxsusdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılaraq sabit məbləğdə təyin edilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı – X1 üçün aliment məbləğinin azaldılaraq sabit pul məbləğində aylıq 300 manat olmaqla müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar