Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(011)-3522/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 16/22 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə əmr icraatı qaydasında baxaraq müəyyən etdi: Kreditor MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Kreditor MMC-dən 06 avqust 2019-cu il tarixli **********4 saylı alğı-satqı müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 872.8 manat olan Xiaomi Mi 8 Lite 6/128 GB Midnight (black) telefonu almışdır. Borclu 06 sentyabr 2019-cu il tarixdən başlayaraq 12 ay müddətində hər ay ödəniş cədvəlinə uyğun olaraq aylıq 61.88 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın dəyərindən qalan 742.8 manatı ödəməmişdir. Ona görə də borcludan 742.8 manat əsas, 20.40 manat dövlət rüsumunun, cəmi 763.20 manat pulun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 06 avqust 2019-cu il tarixli **********4 saylı alğı-satqı müqaviləsinə əsasən alıcı Kreditor MMC-dən 872.8 manat dəyərində avadanlıq almışdır. Borclunun cəmi 742.8 manat borcu vardır. Kreditor MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: 06 avqust 1973-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 742.8 (yeddi yüz qırx iki manat səksən qəpik) manat əsas və 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 763.20 (yeddi yüz altmış üç manat iyirmi qəpik) manat pul vəsaiti Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3522/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(011)-3522/2021
05.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver