Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3540/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikah münasibətlərində yaşadıqları (yəni 2019-cu ildən 2022-ci ilin noyabr ayınadək) müddət üçün hesablanmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə 2005-ci il tarixdə nikaha daxil olmuşdurlar, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015ci il təvəllüdlü X7 adlı 4 övladları var, nikaha daxil olduqları ilk vaxt münasibətləri yaxşı olsa da sonradan pozulmuşdur, şəhəri Xətai rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4468/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur, nikah pozularkən birgə nikahdan doğulmuş uşaqlar analarının himayəsində saxlanmışdır, bundan bir müddət sonra təxminən 2020-ci ildən cavabdehlə öz aralarında barışmış və birlikdə yaşamağa başlamışdırlar, ancaq yenidən rəsmi nikaha daxil olmamışdırlar, birgə yaşadıqları müddətdə ailəsinin bütün xərclərini çəkmiş, evin bazarlıq, kommunal ödənişlər, uşağın ehtiyacları, geyim, məktəb ləvazimatlarını çəkmişdir, 2022-ci ilin son aylarından münasibətləri yenidən pozulmuş, cavabdeh uşaqlarla birlikdə yenidən faktiki olaraq ayrılıb başqa evə köçmüşdür, bundan sonra cavabdeh icra şöbəsinə ərizə verərək 2019-cu ildən hesablanmış aliment borcunun ödənilməsini xahiş etmişdir, özü ricra məmuru ilə əlaqə saxlayaraq rəsmi nikahın pozulmasına baxmayaraq, 2019-cu ildən 2022-ci ilin noyabr ayınadək ailəyə, uşaqlarına baxdığını bildirmişdir, heç vaxt uşaqlarının tələbatlarını və alimentin ödəbilməsindən boyun qaçırmamışdır, birgə yaşadıqları üçün cavabdehin aliment borcunu istəməsinə qarşıdır, bu səbəbdən həmin borcun silinməsini istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona aliment ödənilməmişdir, icra şöbəsinə aliment barəsində məlumat almağa onu iddiaçının özü göndərib, icra məmuru Türkay Yusifli ona dedi ki, bir yerdə yaşayırsınızsa onda nə aliment tələb edirsiniz, karantinə kimi orda yaşamışdır, alimentin tələb olunmaması barədə elə bir şey deməmişdir, sadəcə icra məmuru tərəfindən verilmiş məlumatı ona demişdir, icra məmurunun onu yönləndirməsindən sonra evdən çıxmaq istəmişdir. Bir evdə yaşadığı müddətin alimentini istəyir, gözləntisi də olub və var, iddiaçı ilə birgə yaşadığı o dövrdə də olub, evdən şiddət və zorakılıqları olduğu üçün çıxmışdır, onun özünə pul verilməyib. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4468/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsində bağlanmış 1356 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra xx.xx.2005ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları müəyyən edilməsi, cavabdeh İddiaçı birgə nikahdan anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2009cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 640 (altı yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulmasına 01 aprel 2019-cu il tarixdən başlanması qət edilmişdir. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli xx/xx-2544 saylı arayışın surətindən görünür ki, X5 07 dekabr 2006-cı il tarixdə anadan olmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli xx/xx-2545 saylı arayışın surətindən görünür ki, X9 08 iyun 2011-ci il tarixdə anadan olmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli xx/xx-2546 saylı arayışın surətindən görünür ki, X6 24 oktyabr 2013-cü il tarixdə anadan olmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli xx/xx-2547 saylı arayışın surətindən görünür ki, X7 25 iyul 2015-cı il tarixdə anadan olmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4468/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildirişi imza etməklə rəsmi qaydada almışdır. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli e118277/2019-1-42-19 №-li Xəbərdarlıq məktubundan görünür ki, sonuncuya bu ay da daxil olmaqla 6400 manat borcu olduğu bildirilmiş, ondan Xətai rayon İcra şöbəsinə gələrək tələbi təmin etməsi tələb olunmuş, əks halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirilmə və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh bu müddət ərzində dəfələrlə şiddətə məruz qaldığı və təhdid olunduğu üçün aliment tələb etməyə cəsarəti çatmadığını bildirmiş, həyati təhlükə yaşadığını və bu şərtlər altında 4 uşaq böyütdüyünü nəzərə alıb 3 il ərzində ödənilməyən aliment məbləğinin tam ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00318 saylı Arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmiş, mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər, İddiaçı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı dörd uşaqları var, Xətai rayonu Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 4468/2019 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra uşaqlar ananın – cavabdehin himayəsində saxlanmış, onların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı 01 aprel 2019-cu il tarixdən hesablanmaqla hər ay 640 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir, xx.xx.2019-cu il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanmışdır, tərəflər 2020-ci ildən 2022-ci ildək bir mənzildə yaşamışlar, iddiaçının cavabdehə 6400 manat aliment borcu vardır, aliment borcu iddiaçıdan tələb olunur. Bununla belə, yaranmış aliment borcunun silinməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçı, tərəflərin nikah pozulduqdan sonra birgə yaşadıqları dövrdə aliment öhdəliyinin yerinə yetirilməsinə dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları iş materiallarına əlavə etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. İşin müəyyən olunmuş halı kimi tərtəflərin uzun müddət eyni mənzildə yaşaması, aliment alan şəxsin dolanacaq xərclərinə dair ehtiyaclarının ödənilməsinə əsas kimi qəbul oluna bilməz. Çünki həmin mənzildə digər şəxslərlə bərabər, aliment üzrə borclu olan iddiaçının özü də yaşamışdır ki, bu da dolanışığa dair vəsait xərclərinin (yemək, kommunal xərclər və s.) zəruriliyi ilə bilavasitə şərtlənir. Digər tərəfdən, qanunvericiliyə əsasən (Ailə Məcəlləsi, m.78.3 ), tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, qanunvericiliyin bu norması, uşaqların hər iki valideynlə qaldığı tədirdə belə, aliment təminatını nəzərdə tutur. İkincisi, qanunvericiliyə əsasən, uşaqların saxlanmasının qayda və formasını valideynlər müstəqil müəyyən edir ki, iş materiallarından da tərəflər arasında bu barədə, o cümlədən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə razılıqlarının olması görünmür. Əksinə, alimentin müəyyən olunması barədə məhkəmə qətnaməsi qüvvədə olmaqla icra mərhələsindədir və tələbkar borcun ödənilməsində israrlıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin icrasının məcburi icra tədbirləri ilə həyata keçirilməsindən xəbərdardır və bu proses hələ də davam edir ki, bu da öhdəliyin icra üsulu barədə tələbkarın razılığının olmasının əsas şərt kimi nəzərə alınmasını tələb edir, digər tərəfdən də aliment öhdəliyindən azad olunmaq üçün qanunla müəyyən olunmuş üzürlü səbəblərin (Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuş) olması nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə faktiki nikah münasibətlərində yaşadıqları (yəni 2019-cu ildən 2022-ci ilin noyabr ayınadək) müddət üçün hesablanmış aliment borcunun silinməsinə dair iddiası təmin edilməməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən və onun dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə faktiki nikah münasibətlərində yaşadıqları (yəni 2019-cu ildən 2022-ci ilin noyabr ayınadək) müddət üçün hesablanmış aliment borcunun silinməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3540/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3540/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver