Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3580/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – oğlu Cavabdeh hər ay aylıq qazancının 2/4 (1/2) hissəsinin alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının doğma oğludur. 1998-ci ildə Cavabdeh Qusar rayonunda anadan olub və onun ata yurdunda təxminən 7-8 yaşlarına kimi yaşamışdır. Cavabdehin anası onunla Xaçmaz rayonu, Xanoba kəndində yaşamayacağını deyərək onun evindən Cavabdeh da götürərək getmişdir. Bir müddət sonra Cəlilin anası X3 onu məhkəməyə verərək ondan alimentin alınıb ona verilməsi və sözügedən Yataqxana 4, otaq 702-yə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş eləmişdir. Məhkəmə onlara həmin 18 kv.m otaqda yaşamaq hüququ vermişdir və onun aylıq gəlirinin tam 50% ondan tutularaq Aidə Vəlibəyovaya verilməsi barədə qətnamə qəbul olunmuşdur. Cavabdeh anası Aidə Vəlibəyova aliment tələbilə bağlı məhkəməyə müraciət etməmişdən qabaq o, aliment pulunu nağd şəkildə vermişdir. 2008-ci ildən ona məxsus Bakı Şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otaqda yaşamışlar. Əvvəllər o arasıra gedib Cavabdeh dəyib və arada gecə də qalıb. Hazırda o, Xaçmaz rayonu, Xanoba kəndində yaşayır, kəndi dəniz kənarında yerləşdiyi üçün çox rütubətlidir, o da uzun illərdir ki İİ-ci qrup əlildir, bronxial asma və ürək çatışmamazlığından əziyyət çəkir. O, cavabdehə dəfələrlə şifahi olaraq bildirmişdir ki, ona köməklik etsin, dərmanlarını alsın. O, xəstəlikdən əziyyət çəkir və aldığı pensiya ancaq ərzağa çatır, dərmanları üçün pulu qalmır. Lakin cavabdeh könüllü olaraq ona köməklik etmək istəmir. Ona görə də məhkəməyə müraciət etmək zorunda qalmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi tam əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsini onunla əsaslandırmışdır ki, güya cavabdehə uşaq vaxtı o baxmışdır. Hal-hazırda isə xəstədir və dərmanları üçün pulu qalmır. Bildirmək istəyir ki, iddiaçının öz iddiasınıda qeyd etdiyi məsələləri təsdiq edən məhkəməyə heç bir sübut təqdim etmədiyi kimi iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə diqqət yetirilməlidir. İlk əvvəl qeyd olunmalıdır ki, iddiaçı öz iddia ərizəsində Şahbaz Cəlilovun 7-8 yaşlarına kimi onunla ata evində yaşadığını qeyd etsə də, həmin ev Şahbaz Cəlilov hələ 4 yaşında olanda dağılmışdır. Əlavə olaraq, iddiaçı qeyd etmişdir ki, aylıq gəlirinin 50% aliment şəklində cavabdehin anasına ödənmişdir. Qeyd olunan aliment məbləğinin cəmi 19 manat məbləğ olmuşdur və onun cavabdehin anasına tam şəkildə mütəmadi olaraq ödənməmişdir. Bildirmək istəyir ki, tərəfindən qeyd olunan aliment ödənişləri ilə bağlı Xətai rayon İcra şöbəsinə sorğu ilə müraciət olunmuşdur. Əlavə olaraq, bildirmək istəyir ki, iddiaçının mülkiyyətində əmlaklar və nəqliyyat vasitələri var. Belə olan halda, iddiaçının maddi vəziyyətinin ağır olmasının heç bir əsası yoxdur. Qeyd etmək istəyir ki, cavabdehin hazırda özünün maddi vəziyyəti aşağıdır. Belə ki, cavabdehin maaşı 570 manat təşkil edir. Cavabdeh anası ilə birlikdə yaşayır və anası işləmir. Cavabdeh və anası yalnız cavabdehin aldığı maaş hesabına yaşayırlar. Bundan başqa, cavabdeh nişanlıdır və tezliklə ailə həyatı quracaq. Belə olan halda cavabdehdən pul tutulması onun özünün maddi vəziyyətini köklü şəkildə ağırlaşdıracaqdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının cavabdehdən başqa maddi vəziyyətləri iddiaçıdan daha yaxşı olan 3 övladı daha var. Lakin iddiaçı qərəzli şəkildə yalnız cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Sual-cavab zamanı o bildirmişdir ki, ümumilikdə 4 övladı var. (Tofiq, Cəlil, Cəmil və Arzu adlı övladları). Tofiq adlı övladı Rusiyadadır. Cəmil adlı övladı əsgərlikdədir. Arzu adlı qızı Rusiyadadır, onunla əlaqəsi yoxdur. O, cavabdeh – Cəlil üçün aliment ödədiyinə görə indi öz xeyrinə alimentin ödənilməsini tələb edir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının İddiaçı məxsus ambulator stasionar xəstənin tibbi kartoçkasından 31 yanvar 2025-ci il tarixli çıxarışın surətindən görünür ki, xəstə 10 ildən çoxdur ki, şəkərli diabetlə xəstədir. 13 ildən bronxial astma ilə xəstədir. Xəstə ürək çatışmamazlığı ilə 15 ilə yaxındır ki, xəstəsidir. Xəstəyə stend qoyulmuşdur....Xəstə ambulatorda qeydiyyatdadır. Periodik olaraq stasionar və ambulator müalicələr almaqdadır. xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə stasionar müalicədə olmuşdur. İş materiallarında olan X5 müəssisəsi tərəfindən İddiaçı məxsus ambulator stasionar xəstənin tibbi kartoçkasından xx.xx.2025-ci il tarixli çıxarışın surətindən görünür ki, xəstəyə qarışıq forma bronxial astma və şəkərli diabet İİ tip diaqnozları qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-92/2003 saylı, 29 yanvar 2003-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X1 Bakı şəhəri, Q.Məmmədov küçəsindəki (keçmiş 1723-cü keçid) 4 saylı evdə yerləşən yataqxananın 702-ci otağından istifadə hüququnun tanınması və azyaşlı oğlu Cəlillə birlikdə həmin otağa köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-746/2007 saylı, 09 mart 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı 09 fevral 2007-ci il tarixdən başlayaraq hər ay 20 (iyirmi) manat tutulub xx xxxxxx 1998-ci il tarixdə anadan olmuş Cəlilin yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi, İddiaçı 19 (on doqquz) manat 80 (səksən) qəpik dövlət rüsumunun dövlət mədaxilinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin D/O-6397/2007 saylı, 09 mart 2007-ci il tarixli qərardadının surətindən görünür ki, dövlət rüsumunun tutulması hissəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-746/2007 saylı, 09 mart 2007-ci il tarixli qətnaməsi icra edildiyindən, icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimat təmin edilmişdir və icraata xitam verilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemində olan İddiaçı gəlir məlumatlarından görünür ki, o, ƏG - 2-ci qrup dərəcəsinə görə 393.33 manat pensiya alır. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemində olan İddiaçı əmlak məlumatlarından görünür ki, 1) “VAZ 21043” markalı, 10RJ735 dövlət qeydiyyat nişanlı, “VAZ 21043” markalı, minik 2) 10UE362 dövlət qeydiyyat nişanlı minik və “QAZ 330210” markalı, 3) 10RN713 dövlət qeydiyyat nişanlı yük avtomobilləri onun mülkiyyətindədir. İş materiallarında olan Bakı Hərbi Kollec tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı Hərbi Kollecində Baş təlimatçı-tir vəzifəsində işləyir və aylıq vəzifə maaşı 635 (altı yüz otuz beş) manatdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə görə övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4-cü maddəinə görə alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5-ci maddəsinə görə valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 83.1-ci maddəsinə görə yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Belə ki, iddiadan göründüyü kimi, İddiaçı oğlu Cavabdeh özünün saxlanılması üçün cavabdehin gəlirlərinin yarısı miqdarında alimentin tutulmasını xahiş edir. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan alimentin tutulması xüsusiyyəti ondan ibaətdir ki, xeyrinə aliment tutulan valideynin 1) maddi yardıma ehtiyacı olmalı; 2) valideyn əmək qabiliyyəti olmayan hesab edilməlidir. İddiaçının əlilliyi müəyyən edildiyindən, onun əmək qabiliyyətli olmaması işin mübahisəsiz halıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə görə əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Lakin, iddiaçının ümumilikdə 4 övladının olduğu təqdirdə, aliment tələbinin onlardan yaınız birinə qarşı yönəldilməsini, cavabdehin aylıq əmək haqqından başqa gəlirinin sübut olunmamasını, həmçinin “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə müəyyən edilmiş iddiaçının əmlak vəziyyətinin xüsusiyyətlərini nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının yetkinlik yaşına çatmış övladından öz xeyrinə aylıq alimentin tutulması üçün əsaslar yoxdur. Buna görə də iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı aylıq qazancının yarısının alınıb aliment şəklində iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3580/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3580/2025
04.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver