Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3582/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X7, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6180 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 82 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı ilkin izahat verərək bildirmişdir ki, maşını 5800 manata alıb, qəzalı çıxdığı üçün cavabdehə deyib ki, maşını qaytarır. Maşını cavabdehdən etibarnamə ilə alıb, indi ondadır maşın, lakin sürülmür. Maşını öz adına keçirdə bilmir, maşında qaynaq işləri olduğundan bunu edə bilmir. Cavabdeh ona deməyib ki maşında qaynaq işləri var. İndi polis özü ləğv edib etibarnaməni. Deyiblər ki maşının sahibi özü gəlsin, həll etsin məsələni. Sonradan maşını satıb başqasına, satıdğı şəxs də bu vəziyyətə görə maşını ona geri qaytarıb. Maşını alandan sonra vurub, cavabdeh maşını ona sənədləri qaydasında olmadan satıb. Alanda gedib yoxlatdırıb, amma polisə gedib göstərməyib, 1 ay sürüb maşını, 300 manat da xərc çəkib maşına. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İmran Mirzəyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, X5 xx.xx.2024-cü ildə, 25 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə əsasında X1 mülkiyyətində olan "VAZ 21047 minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili 5800 manata oğluna satmışdır. Həmin pulu oğlu hissə-hissə (4000 manat və 1800 manat) olmaqla cavabdehin "LEO bank" kartına keçirmişdir, avtomobili aldıqdan sonra nömrəsinin dəyişilməsinə 50 manat, qabaq faranın dəyişilməsinə 150 manat, Resorun dəyişilməsinə 30 manat, əyləc naklatkalarının dəyişilməsinə 80 manat, mühərrik yağı filtrinin dəyişilməsinə 50 manat (ümumilikdə 360 manat) xərcləri çıxmışdır, lakin avtomobili aldıqdan bir müddət sonra 2 saylı Gəncə şəhər Notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli etibarnamə əsasında X8 vermişdir, həmin şəxs bu avtomobili X14 idarəsində öz adına qeydiyyatdan keçirmək istəyərkən orada avtomobilə baxış keçirilərək müəyyən edilmişdir ki, avtomobilin arxa ban nömrəsinə müdaxilə olunmaqla ətrafında qaynaq işləri aparılmışdır. Bu səbəbdən də qeydiyyat aparılmasından imtina edilmişdir. X11 Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən həmin faktla bağlı araşdırma aparılmış və avtomobildə edilmiş bu dəyişiklik bir daha öz təsdiqini tapmışdır. Beləliklə də, cavabdeh onları aldatmış və avtomobildə edilmiş bu qanunsuz dəyişikliklər barədə ona əvvəlcədən məlumat verməmişdir. Onlar cavabdehǝ bu barədə məlumat verərək pulunu geri qaytarmasını tələb etsə də, lakin o, qəti şəkildə buna etiraz etmişdir. Onun bu qanunsuz hərəkəti barədə Xətai rayon 30-cu Polis Bölməsinə şikayət etsə də, lakin oradan mənə verilən xx.xx.2025-ci il tarixli məktubda şikayətimin mülki xarakterli olması və bu səbəbdən də məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, maşını satanda iddiaçı dostları ilə gəlmişdi. Ona təcili pul lazım idi deyə satıb maşını, 5800 manata, borcu olduğu üçün satıb, maşını satandan sonra iddiaçı maşını vurub hətta ondan kömək istəyib düzəltməyə. O maşını satanda iddiaçının dostuna məlumat verib ki, maşında bəzi detallar dəyişib. Onun xəbəri yoxdur etibarnamənin ləğvindən, 5800 manata elə vuruğu olub deyə satılıb, bu gün həmin maşının dəyəri 9-10 min manatdır. Şəmsəddin maşının sahibidir, 2022-ci ildən Şəmsəddinin adınadır, ondan alıb, 19 noyabr 2022-ci ildə alıb maşını, maşını 1 ay 1 gün sürüb, sonra satıbdır iddiaçıya, ondan əvvəl 2000 manat sonra da 300 manat pul istəyib iddiaçı, maşın ona 6500 manata başa gəlib, avtomobilin BAN nömrəsinə müdaxilə barədə onun heç bir xəbəri olmamışdır. Avtomobilin satışı barədə danışıqlar zamanı o kifayət qədər şəffaf davranmış və İddiaçı avtomobil barədə onda olan bütün məlumatları, o cümlədən dəyişən hissələr və təmirlə bağlı məlumatları izah etmiş, hətta ondan maşını ətraflı yoxlatdırmasını xahiş etmişdir, bununla belə İddiaçı atası Mirzəyev İmran 2 ay sonra ona davamlı zəng edərək pulu geri qaytarmağını və avtomobili geri götürməyini tələb etdilər. Hətta yenə zəng edib maşının qəzalı vəziyyətdə olmasını və 2000 AZN gətirməyini istədilər. O, avtomobili Ş.Rəhimovdan almış və qısa müddət sonra İddiaçı satmışdır, avtomobilin BAN nömrəsinə müdaxilə olunduğuna dair onun xəbəri olmamışdır və həmin şəraitdə bunu bilməyi və ya xüsusi yoxlanış olmadan bunu aşkar etməyi mümkün deyildir. Əlavə olaraq BAN nömrəsinə müdaxilə barədə eşidən kimi avtomobilin əvvəlki sahibi Ş.Rəhimova zəng etmişdir, Ş.Rəhimov əvvəlcə məsələdən xəbərsiz olduğunu dedi, lakin daha sonra məsələni araşdırdığını və avtomobilin onun mülkiyyətinə keçməzdən öncə Maştağa qəsəbəsində qəzaya düşdüyünü bildirmişdir, o, K. Mirzəyevə Ş.Rəhimovla əlaqə saxlamağını və məsələni onunla müzakirə etməyi təklif etmişdir, lakin K. Mirzəyevin atası İmran Mirzəyev yenə də ondan pul istəməyə davam etmişdir. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, “Vaz 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildən alqı-satqı əsasında X1 adına qeydiyyata alınmış, həmin nəqliyyat vasitəsinə dair Cavabdeh xx.xx.2024-xx.xx.2025 tarixində qüvvədə olmaqla etibarnamə verilmiş, həmin etirbarnamə üzrə səlahiyyətlər xx.xx.2024 tarixində xx.xx.2025-ci il tarixə qədər İddiaçı ötürülmüşdür, xx.xx.2025 tarixində etibarnamə üzrə səlahiyyətlər X8 ötürülmüş, həmin etibarnaməyə xx.xx.2025 tarixində xitam verilmişdir. İş materiallarında olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 05 fevral 2025-ci il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək ünvan 1 ünvanında qeydiyyatda olan X1 adına qeydiyyata alınmış, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı etibarnamə əsasında idarə etdiyi «VAZ-21074>> minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 21***-******* mühərrik nömrəli, XTA**********4075 ban nömrəli, albalı rəngli, 2007-ci il buraxılışlı avtomobilin arxa ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma mənə həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, «VAZ-21074>> minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 21***-******* mühərrik nömrəli, XTA**********4075 ban nömrəli, albalı rəngli, 2007-ci il buraxılışlı avtomobil ona məxsusdur. Həmin avtomobili 20 dekabr 2024-cü il tarixdə Bakı şəhərindən Abdulrəhman adlı şəxsdən almışdır. Avtomobil «turbo.az» saytında satışa çıxarılmışdır. Avtomobili almaq qərarına gəlmiş və Abdulrəhman avtomobilə görə ona etibarnamə vermişdir. 20 dekabr 2024-cü il tarixdən etibarən avtomobil onda olmuşdur. Avtomobilə bir qədər əl gəzdirib nizamlatmışdır. Sonra isə 29 yanvar 2025-ci ildə avtomobili etibarnamə əsasında Samir adlı şəxsə satmışdır. Samir də 04 fevral 2025-ci il tarixdə zəng vurub demişdir ki, avtomobili adına qeydiyyat etdirmək üçün BDYPİ-nə müraciət etmişdir. Orada avtomobilin texniki baxışı keçirilən zaman avtomobilin arxa ban nömrəsinin qaynaq olunması aşkar edilmişdir. Avtomobili sənədləşdirə bilmədikləri üçün Samir avtomobili onun özünə qaytarmışdır. Avtomobili alan zaman avtomobilin qüsurlu olmasını bilməmişdir. Avtomobili aldığı Abdulrəhman adlı şəxslə əlaqə saxlayıb avtomobilin nöqsanlarını bildirib qaytarmaq istəmişdir. Lakin Abdulrəhman avtomobili qəbul etməyib məhkəməyə müraciət etməsini demişdir. Hazırda avtomobil özündədir. Araşdırma zamanı müəyyən edilmişdir ki, «VAZ-21074» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 21***-******* mühərrik nömrəli, XTA**********4075 ban nömrəli, albal rəngli, 2007-ci il buraxılışlı avtomobilin arxa ban nömrəsinə müdaxilə edilməklə avtomobilin arxa ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin arxa ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və bu fakt sonadlaşdirilməmişdir. Qobul edilmiş standartlara ocacon avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olurki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmçinin ban nömrəsinin kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi «VAZ-21074» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 21***-******* mühərrik nömrəli, XTA**********4075 ban nömrəli, albalı rəngli, 2007-ci il buraxılışlı avtomobilin arxa ban nömrəsinə müdaxilə olunmaqla arxa ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. İş materiallarında olan Qeydiyyat şəhadətnaməsindən görünür ki, «VAZ-21074» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 82 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "VAZ 21047 minik" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir, iddiaçı və cavabdeh həmin nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə etmişlər, nəqliyyat vasitəsi cavabdehin istifadəsində xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər, iddiaçının istifadəsində isə xx.xx.2024-cü il tarixindən sonra olmuşdur, həmçinin avtomobil sonradan etibarnamə əsasında iddiaçı tərəfindən xx.xx.2025 tarixinə qədər digər şəxsə verilmişdir, maşın iddiaçının istfadəsində olduğu müddətdə qəza baş vermişdir, hazırda da onun istifadəsindədir – bunlar işin mübahisəsiz hallarıdır. İddiaçı, cavabdehin nəqliyyat vasitəsini ona verərkən avtomobildəki qüsurları gizlətdiyini, bunun nəticəsində hazırda həmin nəqliyyat vasitəsini sata və istifadə edə bilmədiyini iddia edərək cavabdehdən nəqliyyat vasitəsi üçün ödədiyi 5800 manatı və onun təmiri üçün ödədiyini iddia etdiyi 360 manatı tələb edir. Bununla belə, cavabdeh hazırkı mübahisə üzrə məsuliyyətinə ssas verən hallar müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinə dair iddiaçıya verilmiş etibarnamə və səlahiyyətlər hazırda ləğv edilməməklə iddiaçının öz ixtiyarındadır, cavabdehin həmin avtomobilə görə məsuliyyətinə əsas verən hallar müəyyən deyil, həmçinin iddiaçı özü tərəfindən məhkəmə iclasında verdiyi izahatında nəqliyyat vasitəsini qəbul etməmişdən əvvəl yoxladığı, bundan sonra onu qəbul etdiyi, avtomobilin onda olarkən qəza baş verdiyi kimi hallara dair etiraf edir ki, bu hallar da iddia tələbinin təmin edilməsini mümkünsüz edir. Həmçinin məhkəmə qeyd edir ki, avtomobilin iddiaçının istifadəsində qalması ilə bərabər, ona görə ödənilmiş pulun geri tələb edilməsi əsassız varlanmaya gətirib çıxaran haldır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “Cavabdeh 6180 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 82 manatın alınaraq ona ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh 6180 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 82 manatın alınaraq ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3582/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3582/2025
09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver