Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3615/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının maddi vəziyyətini və işsizliyini nəzərə alaraq 28 may 2010-cu il təvəllüdlü X6, 25 iyul 2011 -ci il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlnması üçün tutulan alimentin azaldılaraq hər ay, hər uşaq üçün 220 manat, ümumlikdə 660 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşuqlar. Birgə nikahlarından 28 may 2010-cu il təvəllüdlü X6, 25 iyul 2011-ci il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5227/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahlarından dünyaya gəlmiş 28 may 2010-cu il təvəllüdlü X6, 25 iyul 2011 -ci il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 660 manat məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, iddiaçının rəsmi iş yeri yoxdur, qeyri rəsmi olaraq işləyir və aylıq qazancı sadəcə 500 manatdır. Buna baxmayaraq çətinliklə də olsa, hər ay tələb edilən alimenti ödəmişdir. Lakin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarından sonra cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5227/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay 220 manat məbləğində sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 8(011)-104/2025 saylı qərardadı ilə 28 may 2010-cu il təvəllüdlü X6, 25 iyul 2011-ci il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X7 üçün tutulan 220 manat aliment məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilmişdir. Bununla da , iddiaçıdan tutulan 660 manat aliment indeksasiya edilərək 738 manat məbləğində olmuşdur. Göründüyü kimi, onun rəsmi iş yeri, əlavə gəlir yeri olmayaolmaya iddiaçıdan 738 manat aliment tələb edilir. O, övladları üçün aliment ödəməkdən yayınmır, əgər maddi imkanı olsa, daha çoxunu ödəməyə hazırdır. Lakin hal-hazırda yüksək məbləğdə aliment ödəməyə maddi imkanı yol vermir. Bundan əlavə mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur ki, onun satışından əldə edilən gəlirdən istifadə etsin. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, 738 manat aliment tutulması qərara alınmışdır. Lakin bunu ödəməyə imkanı yoxdur. iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının pis vərdişləri yoxdur, uşaqlara qarşı pislik etməmişdir. Hazırda satıcı vəzifəsində işləyir və 500 manat maaş alır. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, bildirmişdir ki,böyük uşaq 3 ildən sonra yetkinlik yaşına çatandan sonra alimentin tutulması dayanacaq, hazırda uşaqlar hazırlığa gedir, çatdırmaq olmur, iddiaçının fiziki qüsuru yoxdur, işləyə bilər. Cavabdeh özü çətin şəraitdə işləmişdir, işlədiyi dövrdə uşaqlar xəstələniblər. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5227/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 08 dekabr 2009-cu il tarixdə 1922 №-li akt qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 28 may 2010-cu il təvəllüdlü X6, 25 iyul 2011 -ci il təvəllüdlü X5 və 08 fevral 2016-cı təvəllüdlü X3 yetkinlik yaşına çatanadək iddiaçı Cavabdeh himayəsində saxlanılmaları, cavabeh İddiaçı 28 may 2010-cu il təvəllüdlü X6, 25 iyul 2011 -ci il təvəllüdlü X5 və 08 fevral 2016- cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-104/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5227/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 28 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş 220 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011 )-5227/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 25 iyul 2011 -ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş 220 manat alimentin məbləği sonrakı artım ar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011 )-5227/2023 saylı, xx.xx.2023-cü il tarixi qətnaməsi ilə 08 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşır a çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş 220 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 50 manat mediasiyaya dair xərci ödəmişdir. 23872 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmadığından, iddiaçının mövcud iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, iddiaçının maaşının 500 manat olması onun cavabdehlə birgə nikahlarından olan uşaqlarının saxlanması üçün aliment ödəmək vəzifəsindən azad etmir. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Məhkəmə qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə zidd olduğundan iddia təmin edilməməlidir. Göründüyü kimi, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə azaldılmasını tələb edir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-3615/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3615/2025
02.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver