Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3617/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi, eləcə də mənzil sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi, eləcə də mənzil sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirmişdir ki, prosesin davam etdirilməsi daha məqsədəmüvafiqdir, belə ki, iddiaçının gələcəkdə eyni tələblə müraciət etmək ehtimalı vardır. Həmçinin o bildirmişdir ki, iddiaçı bu barədə tez-tez polisə müraciət edir, bu səbəbdən də məhkəmədən iclasın davam etdirilib işin baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən iddiaçı bildirmişdir ki, Cavabdeh onun qızıdır, evlidir və həyat yoldaşı vardır. Tərəflər əvvəllər birlikdə yaşamamışdırlar, sonradan iddiaçının kənar qulluğa ehtiyacı olduğu üçün o qızı Cavabdeh evinə gətirmişdir ki, ona qulluq etsin. Lakin cavabdeh anasına qulluq etməmiş, əksinə iddiaçı ona qulluq etmişdir. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, o hər zaman övladları üçün çalışmışdır, amma Cavabdeh iddiaçının xəstə olmasına baxmayaraq işığı, kombini söndürür və hətta iddiaçının ayağına dabankeşlə vurmuşdur. İddiaçı bütün bunları nəzərə alaraq məhkəmədən bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 170.1 bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmiş və aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili öz iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən dövlət büdcəsinə Kapital Bank ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi, eləcə də mənzil sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə Kapital Bank ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova
Məhkəmə qərarları › İş №2(011)-3617/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3617/2023
09.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver