Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-362/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və əmlakların boşaldılması” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı – cavabdehin xx.xx.2020-ci il tarixli ***-*******TK270220-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 51000 manat əsas borc, 17041,06 faiz, 6,58 manat cərimə, cəmi 68047,64 manat və xx.xx.2020-ci il tarixli ***-*******TK110220-02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə kredit üzrə cəmi borcu 129446,41 manat əsas, 31716,73 manat faiz, 6,18 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 512 A nömrəli torpaq sahəsinə və ünvan 3ış evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq həracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******TK270220-01 saylı və xx.xx.2020-ci il tarixli ***-*******TK110220-02 saylı kredit müqavilələrinə əsasən Cavabdeh 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 99000 manat və 51000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş hər iki kreditin təminatları kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Qəbələ şəhəri, İ.B. Qutqaşınlı küçəsi, 512A nömrəli torpaq sahəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 3ış evi ipotekaya qoyulmuşdur. Əmlakların ipotekaya qoyulması barədə Bank ilə ipoteka qoyan borc alan Cavabdeh arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Bu müqavilələr Dövlət Notariat Kontoru tərəfindən təsdiq edildikdən sonra əmlakların ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli ********** və xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına **********692, **********693, **********719, **********718 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli ***-*******TK270220-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə kredit üzrə cəmi bocu 68047,64 manat təşkil edir. Bundan 51000 manat əsas, 17041,06 mant faiz, 6,58 manat cərimə və 12.02.202-ci il tarixli ***-*******TK110220-02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə kredit üzrə cəmi borcu 129446,41 manat əsas, 31716,73 manat faiz, 6,18 manat cərimə borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli ***-*******TK270220-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə kredit üzrə 51000 manat əsas, 31443,46 manat faiz, 6,58 manat cərimə, cəmi 82450,04 manat və xx.xx.2020-ci il tarixli ***-*******TK110220-02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə kredit üzrə cəmi borcu 157041,84 manat əsas, 59312,16 manat faiz, 6,18 manat cərimə borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 2 nömrəli torpaq sahəsinə və ünvan 3ış evinə yönəlməsi, qeyd olunan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəməyə təqdim olunan “iddia tələbinin həcminin artırılması” barədə ərizənin tələb hissəsində xx.xx.2020-ci il tarixli ***-*******TK110220- 02 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış əsas borcun məbləği 97723,50 manat olmasına baxmayaraq, texniki yanlışlığa görə ərizədə 157041,84 manat kimi göstərildiyindən, ərizənin tələb hissəsində ***-*******TK110220- 02 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc məbləğinin 97723,50 manat kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ***-*******TK110220-02 saylı xx.xx.2020 tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 23 faiz hesablanmaqla 99000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ***- *******TK270220-01 saylı xx.xx.2020 tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 23 faiz hesablanmaqla 51000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Qəbələ şəhəri, Q.Həmidov küçəsi, 26 saylı fərdi yaşayış evi ipoteka ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Qəbələ şəhəri, İ.B. Qutqaşınlı küçəsi, 512A nömrəli torpaq sahəsi ipoteka ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8538 saylı ekspert rəyindən görünür ki, X2 İddiaçı ASC -yə xx.xx.2021-ci il tarixinə 97723,5 manat məbləğində əsas və 31654,27 manat məbləğində faiz borcu vardır. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə və likvid qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və MMC-nin X4 məxsus ünvan 2 nömrəli torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyərinin müəyyənləşdirilməsi üzrə 067 saylı hesabatla ünvan 2 nömrəli torpaq sahəsinin likvid dəyərinin 40000 manat, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 180000 manat olması müəyyən olunmuşdur. İş materiallarında olan **********735 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******TK110220-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 97723,50 manat əsas, 59312,16 manat faiz, 6,18 manat cərimə borcu olmaqla, ümumilikdə 157041,84 manat borcu vardır. İş materiallarında olan **********736 saylı xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******TK270220-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 51000 manat əsas, 31443,46 manat faiz, 6,58 manat cərimə borcu olmaqla, ümumilikdə 82450,04 manat borcu vardır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/974 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022.-ci il tarixli kassa məxaric orderində “Təhvil aldım/Received” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsum cavabdehə aid edilməli, buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsum cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin Cavabdeh məxsus ipoteka qoyulmuş daşınmaz əmlaklara yönəldilməsinə və həmin əmlakların hərracda satılmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaklara yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, hazırda ipoteka predmetinin ilkin satış qiymətinə dair məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə rəyi ilə ipoteka predmetləri olan ünvan 2 nömrəli torpaq sahəsinin likvid dəyəri 40000 manat, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 180000 manat müəyyən edilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qiymətləndiricinin rəyi əsasında ipoteka predmeti olan ünvan 2 nömrəli torpaq sahəsinin ilkin satış qiyməti məhkəmə tərəfindən 40000 manat məbləğində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 180000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli və qalan vəsait Cavabdeh qaytarılmalıdır. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci olan 272 manat və daşınmaz əmlakın qiymətləndirilməsi xərci olan 800 manat Cavabdeh tutulmalıdır. Belə ki, ekspertiza tədqiqatından göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 manat, məhkəmə-xətşünaslıq eskpertizasının dəyəri 127 manat məbləğindədir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza xərcinə daxil olan 272 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 97723,5 (doxsan yeddi min yeddi yüz iyirmi üç manat əlli qəpik) manat məbləğində əsas borc, 59312,16 (əlli doqquz min üç yüz on iki manat on altı qəpik) manat məbləğində faiz borcu, 6,18 (altı manat on səkkiz qəpik) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 157041,84 (yüz əlli yeddi min qırx bir manat səksən dörd qəpik) manat məbləğində kredit borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 51000 (əlli bir min) manat əsas borc, 31443,46 (otuz bir min dörd yüz qırx üç manat qırx altı qəpik) manat faiz borcu, 6,58 (altı manat əlli səkkiz qəpik) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 82450,04 (səksən iki min dörd yüz əlli manat dörd qəpik) manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 80 (səksən) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmsı üçün ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq LPO İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və ünvan 3ış evinə yönəldilsin. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ilkin satış qiyməti 40000 (qırx min) manat və ünvan 3ış evinin ilkin satış qiyməti 180000 (yüz səksən min) manat məbləğində olmaqla, torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 97723,5 (doxsan yeddi min yeddi yüz iyirmi üç manat əlli qəpik) manat məbləğində əsas borc, 59312,16 (əlli doqquz min üç yüz on iki manat on altı qəpik) manat məbləğində faiz borcu, 6,18 (altı manat on səkkiz qəpik) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 157041,84 (yüz əlli yeddi min qırx bir manat səksən dörd qəpik) manat məbləğində kredit borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 51000 (əlli bir min) manat əsas borc, 31443,46 (otuz bir min dörd yüz qırx üç manat qırx altı qəpik) manat faiz borcu, 6,58 (altı manat əlli səkkiz qəpik) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 82450,04 (səksən iki min dörd yüz əlli manat dörd qəpik) manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 80 (səksən) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmsı üçün ödənilmiş dövlət rüsumunun əvəzi LPO İddiaçı ASC-nə ödənilsin. Borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Cavabdeh qaytarılsın. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və ünvan 3ış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra torpaq sahəsi və fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. 272 (iki yüz yetmiş iki) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-362/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-362/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver