Məhkəmə qərarları › İş №2(011)-3656/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3656/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3656/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus 34343 (otuz dörd min üç yüz qırx üç) manatlıq əmlakın alınaraq iddiaçıya verilməsi, bu mümkün olmadıqda onun dəyərinin pul ekvivalentində 34343 manat iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu. Heydərəli Tağızadə küçəsi, ev 11/15 -in 64 saylı mənzilində oğlu ilə birlikdə yaşamışdır. Mənzil iddiaçının ata, mərhum X4 məxsus olmuşdur. Atası mənzili oğlu Cavabdeh1 2008-ci ildə bağışlamışdır. İddiaçı bu mənzildə 1969-cu ildən yaşasa da, 2018-ci ilin noyabr ayından mənzilə girə bilmir. Oğlu 2017-ci ildə Cavabdeh2 ilə qanuni nikaha daxil olmuşdur. Cavabdeh2 mənzilə köçmüşdür. 2018-ci ilin noyabr ayının 2-dən iddiaçı cavabdehlər tərəfindən mənzilə buraxılmamışdır. Çöl qapısının zamoku dəyişdirilmiş və nəticədə iddiaçı küçədə qalmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu Qətnaməsi ilə iddiaçının qeyd olunan mənzilə köçürülməsi qət edilmişdir və qətnamə Xətai rayon İcra və Probasiya şöbəsinin icraçıları tərəfindən formal olaraq icra olunmuşdur. Buna baxmayaraq iddiaçı yenə də mənzildə yaşaya bilmir. Cavabdehlər onu qapının kandarından irəli buraxmırlar. İcraçılarla mənzilə daxil olan zaman mənzilin içəridəki otaq qapıları açıq olmuş və iddiaçıya aydın olmuşdur ki, onun əmlakı yoxa çıxmışdır. İddiaçının mənzildən qovulmağından istifadə edən cavabdehlər onun əmlakını da yox etmişlər. Bu əmlakın harada nə vəziyyətdə olmasından onun xəbəri yoxdur. Demək olar ki, ömür boyu yığdığı, istifadə etdiyi əmlak yox olmuşdur. İddiaçı faktiki olaraq heçnəsiz kirayələrdə qalmaq məcburiyyətindədir. Halbuki, onun tam dolu, hər cür əşyası olan evi olmuşdur. İddiaçı qovulmamışdan yaşadığı mənzildə mövcud olan əmlak: Mebel 6 predmet: otaq və yataq dəsti -2500 manat, Yastıq 2 ədəd -30 manat, Yun döşək- 80 manat, Çarpayı döşəklə -350 manat, Sintifon yastıq-10 manat, Sırınma yun yorğan - 45 manat, 2 nəfərlik adyal-60 manat, Yun qəhvə rəngli adyal -20 manat, Sarı toxunma adval-15 manat, Yaşıl və qəhvə rəngli yastığüzü 2 ədəd-30 manat, Balaca qəhvə rəngi yastıq 2 ədəd-12 manat, Taxt döşəyi- 150 manat, Yaşıl rəngli pələng adyal-55 manat, Komplekt mütəkkə, yastığ ag üzlü 5 ədəd - 88 manat, Dama-dama ədyal 2 ədəd-24 manat, Televizor plazma “Sony” -600 manat, Balaca rəngli televizor-100 manat, Xalça Türkiyə istehsalı, 2x3, 2 ədəd 1700 manat, Xalça Belgiya istehsalı, 2x3- 1750 manat, Xalça yun yerli, 1x2- 750 manat, Xalça Türkiyə istehsalı 1.5x2- 880 manat, Qəhvəyi rəngli kovrolit 4x1-88 manat, Qəhvəyi rəngli kovrolit 1,5x2- 56 manat, Yaşıl doroşka xalça 4x0,9 -1280 manat, Palaz yaşıl-qara Türkiyə istehsalı 2x3 – 450 manat, Balaca yaşıl güllu xalça-30 manat, Rumkalar, büllur stopkalar, qırmızı rümkalar, mürəbbə qabları, karobkada qablaşdırılmış- 1200 manat, Qara naxışlı bokal 6 ədəd- 60 manat, Büllur meyvə qabı 2 ədəd- 110 manat, Büllur meyvə qabı 1 ədəd- 50 manat, Büllür güldan - 40 manat, Göy Boqema meyvə qabı 2 ədəd 120 manat, Bənövşə rəngli iki qulplu vaza -65 manat, Krem rəngli Polşa istehsalı çay dəsıi- 150 manat, Göy rəngli ayaqlı meyvə qabı- 50 manat, Göy rəngli tort qabı-20 manat, Romaşka qırmızı rəngli güldan 2 ədəd - 50 manat, Büllur düz tort qabı-40 manat, Konfet qabı, ag, ayaqlı, üzərində balaca gül 2 ədəd- 90 manat, Qızılı qapuğlı pivə dolçası - 40 manat, Yaşıl rəngdə dolça və 6 stakan Boqema 85 manat, Aş üçün bulud göy milli 2 ədəd- 40 manat, Supnik göy milli- 25 manat, Aş üçün güllü bulud - 35 manat, Aş üçün bulud girdə 2 ədəd - 30 manat, Tülpan naxışlı dolça 6 stəkanla -180 manat, Göy ayaqlı rümka Boqema 5 ədəd -125 manat, Qənd qabı 2 ədəd - 40 manat, Qənd qabı-25 manat, Ürək formasında büllür rozetka 6 ədəd-60 manat, Göy pesok qabı qapaqlı- 16 manat, Qara pesok qabı qapaqlı- 7 manat, Qənd qabı qapaqlı -5 manat, Tünd qəhvə rəngli dəm çayniki- 20 manat, Orta ölçülü dəm çayniki 2 ədəd - 24 manat, Balaca yaşıl dəm çayniki - 6 manat, Qırmızı dəm çayniki-25 manat, Büllür külqabı-35 manat, Balıq formal külqabı-15 manat, Göy düz qabı 6 ədəd- 12 manat, Göy Boqema dolça və 6 stakan-120 manat, Düllur duz qabı 2 ədəd- 10 manat, Desert nimçə 24 ədəd- 96 manat, Büllur stakanlar 12 ədəd - 48 manat, Komplekt, hərəsi 12 ədəd dərin nimçə, aş nimçəsi, salat nimçəsi, maskura, balaca maskura - 264 manat, Nimçə qızıl gül aş üçün 12 ədəd- 96 manat, Qızıl gül tort nimçəsi 5 ədəd/25 manat, Nimçə “Madonna” 35 manat, Pivə üçün balaca boçka-15 manat, Qız göyərçinlə fiquru-17 manat, Çernil rəngli botinka fiquru- 15 manat, Qəhvə rəngli ayaqlı meyvə qabı 2 ədəd- 24 manat, Nimçə dərin böyük 6 ədəd- 42 manat, Komplekt bir ədəd nimçə böyük göy və 6 ədəd nimçə aş üçün - 48 manat, Oval büllur konfet qabı 2 ədəd- 60 manat, Büllur salat qabı- 35 manat, Çəhrayı rəngli rumka 6 ədəd- 90 manat, Güllü yaşıl rəngli Baqema stopka 6 ədəd- 104 manat, Orta ölçülü aş nimçəsi 30 ədəd- 120 manat, Ağ dərin nimçə 12 ədəd- 72 manat, 2 cür narıncı maskura 24 ədəd- 84 manat, Qədimi kasalar 18 ədəd- 90 manat, Nimçə dərin orta ölçülü 6 ədəd- 18 manat, Qəhvə üçün fincan nəlbəki ilə narıncı rəngli-12 ədəd (2 komplekt)-30 manat, Qəhvə üçün serviz İ komplekt (6 nəfərlik) - 45 manat, Göy nəlbəki 12 ədəd- 48 manat, Qara nəlbəkili fincan 2 ədəd - 28 manat, Büllur meyvə qabı - 25 manat, Armudu stəkan 18 ədəd-54 manat, Qırmızı rəngli armudu stəkan 6 ədəd- 30 manat, Armudu stəkan üçün nəlbəki 21 ədəd - 48 manat, Qırmızı rəngli fincan-3 manat, Kitablar (abonement müxtəlif yazıçıların külliyatları) 350 ədəd- 1750 manat, tum təmizləyən maşın - 25 manat, Elektrik ət çəkən maşın- 55 manat, Blender - 25 manat, Pərdə krem rəndli qızıl nazışlı 5,5x3,5- 180 manat, Pərdə krem rəngli günəbaxan şəkili. 2.5x2 - 35 manat, Melxior qaşıq 6 ədəd - 30 manat, Melxior çəngəl 6 ədəd - 30 manat, Melxior bıçaq 18 ədəd - 72 manat, Yerüstü şüşəli electron tərəzi -40 manat, Qara rəngli “Panasonic” çudu peçka-270 manat, Masqura qaşıqla ağ-göy rəngli 12 ədəd- 60 manat, Dəmir padnos 2 ədəd- 8 manat, Plasmas padnos 2 ədəd - 6 manat, Göy ayaqlı meyvə qabı 2 ədəd- 40 manat, Duş üçün moçalka 2 ədod-4 manat, Xəkəndaz - 3 manat, Şampun saç üçün 2 ədəd-8 manat, Balzam saç üçün -3 manat, Zibil üçün plasmas qab- 5 manat, Stul 1 ədəd- 14 manat, Musiqi mərkəzi kolonkalarla- 60 manat, Sarı rəngli süfrə - 25 manat, Stol üstü lampa - 28 manat, Çəhrayı rəngli naxışlı süfrə- 30 manat, Pərdə sarı ipək 2 ədəd- 40 manat, Pərdə sarı ipək 2 ədəd- 56 manat, Qulplu zəmbillər 15 ədəd- 90 manat, Toxunma qadın köynəyi. qırmızı rəngli qolsuz 2 ədəd - 40 manat, Şalvar qara rəngli - 35 manat, Şalvar boz rəngli - 30 manat, Gödəkcə qara rəngli şimal tülküsü xəzi ilə - 220 manat, Qəhvə rəngli payız gödəkçəsi - 100 manat, Yastıq təmizləmə üçün sellofanlar 3 ədəd- 22 manat, Şimal tülküsündən xəz papaq - 200 manat, Şərflər (yaşıl, mavi, boz, qəhvə, elektrik, dama-dama ) 6 ədəd - 72 manat, Möhür namaz üçün 6 komplekt, Qəhvə rəngli qız şəkilli pul kisəsi -20 manat, Timsah şəkilli pul kisəsi- 35 manat, boz-qızılı pul kisəsi-40 manat, Elektrik kəmər bel incəltmək üçün 40 manat, Qara rəngli qulplu çanta - 35 manat, Pul kisəsi qara - 30 manat, Ağ kağız çap uçun 2 paçka - 28 manat, Qızılı rəngli qol saatı-22 manat, Karakulça papaq - 60 manat, Təzə alt paltar- 15 manat, Çanta qara, qızılı, ağ. 4 ədəd- 71 manat, Elektrik tikiş maşını “Çayka” 250 manat, Alt paltarları 1+15=15 manat, Divarda kamız truba- 18 manat, “Toshiba” soyuducusu - 700 manat, Telefon aparatı “Panasonic” 80 manat, Göy telefon aparatı- 8 manat, Telefon aparatı komplekti 65 manat, Elektron tərəzi - 55 manat, Post terminal, Video aparat “Kansai”, “Sony" 2 ədəd-200 manat, Sarı şarlarla çilçıraq tavanda asılmışdı - 50 manat, Büllur çilçıraq şamlı Çexiya istehsalı -500 manat, Oyuncaqlar: it, kəpənəkqurdu 2 ədəd- 65 manat, Qırmızı çamadan içində ayaqqabı qabında qablaşdırılmış sırqalar, boyun bağları, üzüklər, qolbaqlar- 2500 manat, Qulplu dolça ağ üstündə gül 6 ədəd- 90 manat, Çoxsaylı ailə şəkilləri, Toy şəkilləri ilə fotoalbom, Ramkada uşaq şəkilləri, Sənədlər, əmək kitabçası, sürücülük vəsiqəsi, diplomlar, valideynlərin ölüm haqqında sənədləri, doğum haqqında şəhadətnamə, Mənzildə olan texnikanın sənədləri, 1982-ci ilin 50 rublluq zayomlari 30 ədəd, Elektrik qara rəngli peş - 50 manat, Printer - 80 manat, Pul kisəsi - 20 manat, Karobkada dəmir paxlava və gümüş üzük 925 əyarlı 2 ədəd - 30 manat, Dəmir iynə sap qutusu- 25 manat, Qızıl uçun elektron tərəzi 2 ədəd- 75 manat, Tərəzi daşlarla (0,01-200 qram) 35 manat, Stol üstü “London” ramka və şəkil - 18 manat, Seif balaca knopkalı - 35 manat, Fotoaparat “Zenit”-15 manat, Pol taxtası- 5 manat, Qırmızı ütü- 28 manat, Saç üçün qapaqlı fen - 30 manat, Balaca kilidli sandığ içində sənədlər, Natural mirvari boyunbağı 100 qram - 180 manat, Ayaqqabı karobkasında sırğa, üzük, boyunbağı-300 manat, Zakolkalara plasmas böyük, balaca 50 ədəd - 100 manat, Qaşıq göy (18 ədəd) çəngəl göy (18 ədəd) çay qaşığı (18 ədəd) sarı çay qaşığı (6 ədəd) bıçaq (18 ədəd) qaşıq sadə (6 ədəd) çəngəl sadə (6 ədəd) bıçaq sadə (6 ədəd) - 85 manat, Qazan “Tefal” güllü - 22 manat, Yaşıl tava-6 manat, Termos yemək üçün-12 manat, Termos çay üçün-5 manat, Toz soran “Daisen” - 800 manat, Boz rəngli isti-soyuq verən kondisioner- 250 manat, Yuyucu vasitələr 8 butulka- 50 marat, Qara Tefal çaydan 22 manat, Qızıl əşyalar üçün korobkalar 18 ədəd - 45 manat, Hesablayıcı cihaz-25 manat, Hesablayıcı cihaz balaca- 15 manat, Qara-ağ çətir- 8 manat, Büllur stol üstü saat - 60 manat, Üz kremi 3 ədəd - 24 manat, Ətir qara qutuda- 45 manat, Qayçı böyük- 30 manat, Qayçı ziqzaq- 35 manat, Mürəbbə çiyələk-4 banka -24 manat, Dikt 2 ədəd 1,5x 1.5 və 1,5x 1,5m 20 mm - 45 manat, Badam çəkən maşın 1+45, Ət çəkən maşın sadə 1+7, Bak qapağı 1 tonluq- 10 manat, Elektrik udlinitel - 6 manat, Əl ilə nar sıxan maşın- 8 manat, Kamera boz rəngli- 60 manat, Jurnallar 10 ədəd -50 manat, Saç uçun şotka 2 ədəd - 10 manat, Hamam üçün güzgü-18 manat, Yaşıl nimçə Quran surələri ilə 2 ədəd- 24 manat, Qəhvədan-10 manat, Qəhvə 100 qram- 18 manat, Badminton raketkası 2 ədəd - 24 manat, Divar üstü saat- 30 manat, Qapı kilidi 2 ədəd-50 manat, Qırmızı rəngli qısa palto- 170 manat, Qara şərfli qısa dəri gödəkçə - 350 manat, Boz gödəkçə - 65 manat, Kapyuşonlu qara gödəkcə - 85 manat, Kapyuşonlu boz gödəkcə - 70 manat, Qolsuz kapyuşonlu qırmızı gödəkcə -60 manat, Qara naxışlı gödəkçə- 50 manat, Boz pencək- 60 manat, Xəz (nutriya )- 200 manat, “Adidas” idman godəkçəsi, Süni çernil rəngli şuba 350 manat, Qara pencək- 80 manat, pencək və şalvar ağ rəngli- 120 manat, Ağ kapşonlu gödəkçə - 48 manat, Kərpiç rəngli qalın qolsuz gödəkçə - 3, Qadın köynəyi uzunqol qaşlarla qara rəngdə - 65 manat, Toxunma qadın köynəyi- 35 manat, Toxunma qadın köynəyi ağ rəngdə • 30 manat, Qadın köynəyi pələngli uzun qol- 28 manat, Çəhrayı qadın uzunqol köynəyi- 28 manat, Uzunqol jaket - 30 manat, Qadın köynəyi şifon - 60 manat, Parça 0,5 m- 10 manat, Qadın köynəyi uzun qol qəhvə rəngli- 55 manat, Tünd göy qısa qol qadın köynəyi- 28 manat, Toxunma jaket qolsuz zamoklu- 15 manat, Qadın köynəyi ağ rəngli düyməli 2 ədəd - 40 manat, Qadın köynəyi qofre, qəhvə rəngli 2 ədəd - 38 manat, Göy rəngli çimərlik paltarı - 20 manat, Təzə çimərlik paltarı - 30 manat, Gəlin donu ağ rəngdə 3 ədəd - 900 manat, Gəlin donu çəhrayı rəngdə - 350 manat, Duvağ ağ qısa- 30 manat, Duvağ ağ uzun 40 manat, Jaket qara düyməsiz 25 manat, Yubka qara uzun-80 manat, Qadın köynəyi mavi və ağ rəngli qısa qol 2 ədəd 36 manat, Qadın köynəyi təzə ağ uzunqol düyməli - 30 manat, Süfrə ağ torlu - 20 manat, Pərdə ağ qızılı naxışlı 2 ədəd - 40 manat, Parça bənövşə rəngli 3 m - 24 manat, Maşın düyünləri təmizləyən ağ rəngli - 20 manat, Qara parıltılı şərf - 20 manat, Qara parıltılı yaylıq üç bucaq 30 manat, Şərf ağ toxunma böyük - 55 manat, Mavi rəngli ipək parça 2,5 m - 30 manat, Yaşıl ipək güllü parça, iki otrez 2 və 4 m - 90 manat, Gecə köynəyi (mavi, ağ) uzun qol təzə - 18 manat, Tünd mavi rəngli şalvar - 15 manat, Mavi rəngli uzun qol kostyum - 35 manat, Parça ləçəklər 4 ədəd - 40 manat, Rəngli ləçəklər 10 ədəd - 50 manat, Şalvar ağ rəngli - 20 manat, Şalvar yaşıl rəngli - 25 manat, Kostyum qara-ağla 30 manat, Alt paltarı təzə- 45 manat, Evdə geyinmək üçün ayaqqabı xəzli çəhrayı rəngli- 12 manat, Evdə geyinmək üçün ayaqqabı qara bantlı - 14 manat, Qara dəridən basanojka - 55 manat, Qara rəngli yubka- 20 manat, Mavi rəngli tül pərdə 2,5x2 - 18 manat, Corab toxunma narıncı rəngdə - 4 manat, Namaz üçün yubka-köynək - 25 manat, Kostyum krem rəngli naxışlı qısa qol - 25 manat, Uşaq uçun çimərlik paltarı 3 ədəd- 48 manat, Qara yun retuz 2 ədəd - 16 manat, Kostyum boz qara güllərlə - 50 manat, Şalvar ipək qəhvə rəngli 3 ədəd - 54 manat, Qara uzunboğaz xəz çəkmə (sapoq) - 60 manat, Toxunma ağ-qara yun sviter - 28 manat, Alt paltarı 5 ədəd - 40 manat, Torbada lentlər müxtəlif rənglərdə 6 ədəd - 90 manat, Cins şalvar tünd mavi-40 manat, Massaj naboru plastmas - 40 manat, Döşək üzü 6 ədəd- 36 manat, Döşək üzu ağ mavi güllü 8 ədəd - 48 manat, Balış üzü ağ gulü 8 ədəd- 32 manat, Yorğanüzü 4 ədəd- 48 manat, Süfrə pambıq 6 ədəd - 60 manat, Qara güllü stolüstü örtük - 8 manat, Ləçək ipək qara kəpənəkli böyük ölçüdə - 25 manat, Qurani-kərim kitabı balaca ölçüdə 4 ədəd, Qurani-kərim kitabının tərcümələri (azərbaycanca, türkçə, rusca, ərəbcə) 4 ədəd, Gülab-puç dəmirdən - 1 ədəd, Əl dəsmalı təzə 4 ədəd- 24 manat, Hamam dəsmalı 6 ədəd- 42 manat, Parçalar 7.5 m 3 ədəd - 22 manat, Qara ev ayaqqabısı- 6 manat, Bez ağ parça 30 m - 90 manat, Kulyonkadan çemodan içində hamam üçün dəsmal, çay dəsmalları, adyal çexolu, yastıq müalicəvi, parçalar - 180 manat, Krem rəngli güllü pərdə 10 m - 60 manat, Qısa qara sapoq (uqi) - 45 manat, Pərdə qəhvə rəngli 1,5 m - 15 manat, Tort üçün lopatkalar dəmir və plasmas 2 ədəd - 21 manat, Eynək qutusunun içində qızılı rəngli 2 üzük, 2 sırğa, 2 boyunbağı, 1 qolbaq - 80 manat, Təzə çay dəsmalı 5 ədəd - 15 manat, Qısa qol qırmızı paltar - 28 manat, Çəhrayı rəngli uzun paltar - 80 manat, Narıncı hamam dəsmalı - 25 manat, Qısa qol sarı rəngli paltar - 35 manat, Qırmızı rəngli uzun qol paltar - 85 manat, Qısa qol tünd qırmızı arxada bantlı paltar - 75 manat, Qırmızı ağıla güllü paltar - 65 manat, Bənövşəyi qara rəngli pallar- 70 manat, Banka bağlayan - 12 manat, Təzə doğulan uşaq üçün konvert 2 ədəd - 70 manat, Uşaq uçün adval 4 ədəd - 80 manat, Döşək və yastıq çəhrayı güllü sintifon 40 manat, Uşaq üçün kombinezon qəhvə rəngli içi xəzlə, təzə - 80 manat, Ümumilikdə tələb olunan əmlak 34343 (otuz dörd min üç yüz qırx üç), qiymətində dəyərləndirilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O məhkəmə iclasında bildirdi ki,. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının tələb etdiyi, iddia ərizəsində göstərilən əşyalarının bir hissəsi iddiaçının özündədir, digər hissəsi isə onun özünə aiddir. Cavabdeh X10məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, və ya onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X10 etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı onun anasıdır. O, hələ 2002-ci ildə, yaşadıqları mənzilin mülkiyyətçisi babası Ağayev X1 özünə məxsus olan bütün əşyalarını da aparmaqla daimi yaşamaq üçün o zaman öz mülkiyyətində olan, Bakı şəhəri, Ə.Ələkbərov küçəsi məhəllə 590, mənzil 16-ya köçüb getmiş, sonradan isə həmin mənzili də sataraq, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən və şəxsi mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evinə köçüb yaşamağa başlamışdır ki, həmin vaxtdan bir gün də olsun belə mənzildə onlarla yaşamamış, həmçinin anasına aid hər hansı bir əşya da onların mənzilimizdə qalmamışdır. Mənzilin mülkiyyətçisi olmuş babası X7 ömrünün son vaxtlarında, xx xxxxx 2008-ci tarixdə mənzili ona bağışlaması ilə qəti olaraq barışa bilməyən iddiaçı, anası İddiaçı xx.xx.2009-cu il tarixdə babası X3 ölümündən sonra “Ata evimdir” deyərək mütamadi olaraq ondan mənzili satmağını və mənzilin pulundan ona çatası pay kimi 35.000 manatını ona verməyini ondan tələb etmişdir ki, həmin tələbi də yerinə yetirmədiyini görən anası İddiaçı ötən müddət ərzində müxtəlif adlar altında dəfələrlə ona qarşı şər və böhtan xarakterli ərizələrlə hüquqmühafizə orqanlarına müraciətlər etmiş və həmin ərizələr üzrə aparılan araşdırmalarla da ərizələrdə göstərilmiş halların qəti olaraq həqiqəti əks etdirmədiyi, saxta və əsassız olduğu müəyyən edildiyindən nəticədə o, öz istəyinə nail ola bilməmişdir. Yaşadıqları mənzil köhnə, “Xruşov” layihəli olmaqla, 3 kiçik yaşayış otağından ibarətdir, iddiaçı anası İddiaçı iddia ərizəsində göstərilmiş, 322 adda olan əşyaların ümumiyyətlə həmin mənzildə yerləşdirilməsi belə mümkünsüz olardı. O, xx xxxx 2017-ci il tarixdə X12 ilə rəsmi nikaha girib ailə qurmuşdur. Hazırda onlar iki azyaşlı uşaqları ilə birgə daimi olaraq həmin mənzildə yaşayırlar. Nikahından öncə, hələ 2017-ci ilin yanvar-fevral aylarında 16.000 manat məbləğində pul vəsaiti xərcləməklə mənzil əsaslı təmir etmişdirlə. Cavabdeh2 ilə nikahı rəsmiləşdirildikdən sonra isə onun cehiz əşyaları tərəfindən mənzildə yerləşdirilmişdir. İddiaçı iddia ərizəsində göstərilmiş əşyalardan “Toshiba” markalı Soyuducu, “Panasonic” markalı kondisioner, “Panasonic” markalı telefon, “Duson” markalı tozsoran, “HP” printeri, “Asus” markalı noutbuk, “Gorenje” qaz plitəsi, “Bener” markalı tərəzi və “Sencer” markalı duxovka müxtəlif vaxtlarda onun tərəfindən alınmış və həmin əşyaların ümumiyyətlə İddiaçı hər hansı bir aidiyyəti belə olmamışdır. Həmin əşyaların özü tərəfindən alındığına dair sənədlərin surəti ərizəsinə əlavə edilmişdir. İddiaçı niyyəti babası tərəfindən ona bağışlanmış, ailəsinin yeganə yaşayış yeri olan mənzili satdırmaqla, onları küçələrdə qoyub, onun gənc ailəsini dağıtmaqdan ibarətdir ki, yalnız həmin məqsədlə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, heç zaman mövcud olmayan əşyaların dəyəri kimi (mənzilindən istədiyi payın əvəzi kimi) 34.343 manatın özünə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli zəmanət talonlarından görünür ki, alıcı Cavabdeh1 “Hotpoint Ariston” markalı 2 ədəd su qızdırıcını təhvil almışdır. İş materiallarında olan “Music Gallery” mağazasına məxsus xx.xx.2012-ci il tarixli, 130202 nömrəli, xx.xx.2012-ci il tarixli 136586 nömrəli, xx.xx.2012-ci il tarixli 136968 nömrəli, xx.xx.2012-ci il tarixli 136872 nömrəli, xx.xx.2012-ci il tarixli 136976 nömrəli, xx.xx.2012-ci il tarixli 136977 nömrəli, xx.xx.2012-ci il tarixli 136978 nömrəli zəmanət talonlarına əsasən “Bencer”, “Asus” markalı noutbuk, “Gorenje” markalı, “Panasonic” markalı, “Dyson” markalı, “Philips” markalı, “Panasonic” markalı, məişət texnikalarının alıcısı Cavabdeh1 qeyd edilmişdir. Mülki iş materillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, fotoşəkillərdə əks edilmiş mənzildə müxtəlif çeşiddə mebel və qabların mövcud olmuşdur, lakin fotoşəkillərin əsasında həmin əşyaların həqiqi mənşəyini müəyyən etmək mümkün olmamışdır. Mülki iş üzrə şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçının qızı, cavabdeh Kamranın bacısıdır. 2 yaşı olarkən atası ilə anası ayrılmış, onlar babasının evində qalmışlar. Babası rəhmətə getməmişdən qabaq evi Kamrana bağışlamışdır. Anasının mebeli, digər əşyaları həmin mənzildə qalmışdır. Cavabdeh2 gəlin gələndə, anasına məxsus əşyaları mənzilin bir otağında yığılmışdır. Daha sonra anası istirahət üçün kəndə getmişdir, qayındandan sonra isə Kamran və onun arvadı anasını evə buraxmırdılar. Daha sonra anasına məxsus bütün əşyaları evdən çıxartmışdılar və evi təmir etmək üçün “Yeni evim” televiziya proqramına müraciət etmişdirlər. Anasına məxsus bütün əşyalar qardaşındadır, lakin o, əşyaların müqabilində 400 manat pul istəyir. Anasının başqa evi yoxdur, kirayədə qalır. 2018-ci ildə Kamran onları qeydiyyatdan çıxarmışdır. Mülki iş üzrə şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçının bacısıdır. Bacısı 2 uşaqla ayrılıb ata evinə gəlmişdir. Oğlunu 36 yaşında evləndirmişdir. Atası həmin mənzili bacısının oğlu Cavabdeh1 bağışlamışdır. Kamran evlənəndə gəlin də həmin evə gəlmişdir. Gəlin gələndə bacısının bütün əşyaları, mebeli evin bir otağına yığmışdırlar. Lakin daha sonra, gəlin bacısı ilə yola getmədiyinə görə bacısını evə buraxmamışdırlar və bacısına məxsus bütün əşyalarını gizlətmişdirlər. Onlar, həmçinin, iddiaçıya məxsus televizoru, tozsoranı, şəxsi geyim əşyaları mənzildə qalmışdır. Cavabdehlər həmin əşyaları da iddiaçıya qaytarmırlar. Atası ona və bacısına 2 cüt mebel almışdı. Onun evində həmin mebelin eynisi durur, bacısının mebelini bacısı oğlu gizlətmişdirlər. Mülki iş üzrə şahid X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Nərgizin yaxın rəfiqəsidir. 2000-ci ildən Nərgizi tanıyır. 2017-ci ildə nişanı olmuşdur, yanvar-fevral ayında evi təmir etmişlər. Nərgizin cehizləri gələndə ev boş olmuşdur. Onlar evi Nərgizin cehizləri ilə bəzəmişlər. Uşaq doğulanda yalnız bir kravat var idi. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Yuxarıda istinad edilən qanunvericilik normasının mətnindən aydın olur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiaçıya məxsus əşyalarını mövcudluğu, o cümlədən onların dəyəri, tələb edilən əşyaların iddiaçının özünə məxsus olduğu və halhazırda cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edilməsi üçün məhkəməyə yetərli sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 qarşı əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, əşyaların naturada qaytarılması mümkün olmadıqda əvəzinin pul ilə ödənilməsi, yəni 34343 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin cavabdehlərdən tutulması tələbi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar