Məhkəmə qərarları › İş №2(011)-3663/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3663/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3663/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(011)-1178/2019 saylı qətnaməsinə əsasən, ümumilikdə 320 manat sabit pul məbləğində hesablanmış alimentin Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(011)-3239/2019 saylı qətnaməsi qəbul edilən vaxtdan etibarən azaldılaraq 160 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə 15 dekabr 1998-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 03 oktyabr 2000-ci il təvəllüdlü X4, 13 dekabr 2007-ci il təvəllüdlü X7 və 03 sentyabr 2014-cü il təvəllüdlü X8 andan olmuşdur. 01 oktyabr 2019-cu il tarixdə nikahları Xətai Rayon Məhkəməsinin 2(011)- 3239/2019 saylı qətnaməsi ilə ləğv olunmuşdur. Xətai Rayon Məhkəməsi tərəfindən 03 sentyabr 2014-cü il təvəllüdlü X5 və 13 dekabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair 18 fevral 2019-cu il tarixli, 2(011)- 1178/2019 saylı qətnamə qəbul edilmişdir. Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə 13 dekabr 2007-ci il təvəllüdlü X7 iddiaçının, 03 sentyabr 2014cü il təvəllüdlü X3 isə Cavabdeh yanında saxlanılmaqla himayəyə verilməsi qət edilmişdir. 13 dekabr 2007-ci il təvəllüdlü X7 01 oktyabr 2019-cu il tarixdən etibarən iddiaçının himayəsindədir. Lakin iddiaçı uşağı himayəyə verilməsindən öncə 13 dekabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti hələ də ödəyir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2019cu il tarixli 2(011)-1178/2019 saylı qətnaməsindən görünür ki, 13 dekabr 2007-ci il təvəllüdlü X2 və 03 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 13 sentyabr 2018-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(011)-3239/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Lənkəran rayonu Separadi ərazi nümayəndəliyində 15 dekabr 1998-ci il tarixdə 34 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 13 dekabr 2007-ci il təvəllüdlü X2 cavabdeh İddiaçı, 03 sentyabr 2014-cü il təvəllüdlü X3 isə iddiaçı Cavabdeh yanında saxlanılmaqla onun himayəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən Məcəllənin 112.1-ci maddəsinin məzmunundan görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin müraciəti ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(011)-3239/2019 saylı qətnaməsi ilə 13 dekabr 2007-ci il təvəllüdlü X2 cavabdeh İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməsi qət edilmişdir. Nə qədər ki, məhkəmə qətnaməsi ilə 13 dekabr 2007-ci il təvəllüdlü X2 atası hazırkı iş üzrə İddiaçı himayəsinə verilməsi müəyyən edilmişdir, belə olan halda cavabdehdən həmin uşaq üçün alimentin tutulması istisna olunur. Belə ki, hazırda Anar Kərimov atası ilə birlikdə yaşayır, uşağın bütün tələbatlarını iddiaçı ödəyir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, Xətai Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(011)-1178/2019 saylı qətnaməsi ilə İddiaçı tutulan 320 manat sabit pul məbləğində alimentin miqdarı azaldılaraq 160 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin alimentin 01 oktyabr 2019-cu il tarixdən başlayaraq azaldılması hissəsinə qiymət verərək, belə hesab edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(011)- 3239/2019 saylı qətnaməsi 30 noyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Odur ki, alimentin həmin tarixdən hesablanmasını məhkəmə ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(011)-1178/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan 320 manat sabit pul məbləğində alimentin məbləği 30 noyabr 2019-cu il tarixdən başlayaraq azaldılmalı, 30 noyabr 2019-cu il tarixdən başlayaraq 13 dekabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı məhkəmə qətnaməsi ilə tutulan 160 (yüz altmış) manat məbləğində aliment öhdəliyinə xitam verilməli, İddiaçı 03 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumunun ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(011)-1178/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan 320 manat sabit pul məbləğində alimentin məbləği azaldılsın. 30 noyabr 2019-cu il tarixdən başlayaraq 13 dekabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı məhkəmə qətnaməsi ilə tutulan 160 (yüz altmış) manat məbləğində aliment öhdəliyinə xitam verilsin. İddiaçı 03 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar