Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3702/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı Biznes və Kooperasiya Kollecində təhsilini bitirənə qədər Cavabdeh hər ay 170 manat alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun atasıdır. Anası X4 ilə atası 2001-ci il də nikahlarını rəsmiləşdirərək evlənmişdir. Birgə nikahlarından iddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Anası xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. O doğulan gündən indiyə qədər cavabdeh onunla maraqlanmamış, bir ata kimi onun təlimtərbiyəsində iştirak etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun yetkinlik yaşına çatanadək atasından aliment tutulması qət edilmişdir. Halhazırda o Bakı Biznes və Kooperasiya Kollecinin 1-ci kursunda təhsil alır. Maddi cəhətdən çox çətinlik çəkir. Nənəsinin aldığı cüzi pensiya onun yol puluna və dəftər-kitabının alınmasına kifayət etmir. Ona görə də təhsil müddəti bitənə qədər cavabdeh tərəfindən ona aliment ödənilməsi barədə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X3r (AZ-İ seriyalı, 396897 nömrəli “Doğum haqqında şəhadətnamə”). X4 xx.xx.2010-cu il tarixdə ölmüşdür (AZ-İ seriyalı 820991 nömrəli “Ölüm haqqında şəhadətnamə”). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6533/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılara, qətnamə qüvvəyə mindiyi tarixdən hər ay 154 (yüz əlli dörd) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan onun övladı – xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur (AZ-İİİ seriyalı 724883 nömrəli doğum haqqında şəhadətnamə). “Azərittifaq” Bakı Biznes və Kooperasiya Kollecinin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı Bakı Biznes və Kooperasiya Kollecinin “Vergi və Bank işi” şöbəsinin “Bank işi” ixtisası üzrə, 2-ci kurs tələbəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, valideyn övladı yetkinlik yaşına çatanadək onu saxlamağa borcludur. Uşaq yetkinlik yaşına çatdıqda valideynlərin bu vəzifəsinə xitam verilir. Valideyn yalnız əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər bu kimi xərclərə məhkəmə qaydasında cəlb edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı artıq yetkinlik yaşına çatdığına görə onun atası olan Cavabdeh iddiaçı təhsilini bitirənə qədər hər ay 170 manat məbləğində tutularaq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı deyil. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı Biznes və Kooperasiya Kollecində təhsilini bitirənə qədər Cavabdeh hər ay 170 manat alimentin tutulması barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3702/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3702/2020
21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver