Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-372/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı və məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh hüquqi şəxsdən 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsinin qəbul olunacağı günə qədər iş vaxtindan artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb olunmağımla əlaqədar əmək haqqının hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, mən 2019-cu ilin noyabr ayından ’ Azpetrol Ltd" MMC-nin 69 saylı Siyəzən yanacaqdoldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. iddiaçı iş yerində iş vaxtından artıq vaxt ərzində işlərin yerinə yetirilməsinə cəlb edilir. Nümunə olaraq bu ilin aprel ayı üçün 168, may ayı üçün 143 iş saatı təsdiq edildiyi halda o hər ay 240-252 iş saatı işləməyə məhkum olunmuşdur. İş vaxtından artıq vaxt ərzində görülən işlərin hər saatı üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilmir. Bundan başqa hər ay təyin olunan “normativlərin" pozulmasına görə əmək haqqından əsassız tutulmalara məruz qalır. İstirahət vaxtından gecikmələrə görə, hətta təbii ehtiyacların icazəsiz ödənilməsinə görə və digər əsassız səbəblər rəhbər tutularaq əmək haqqından 3-5 faiz tutulmalar aparılır. Belə ki, istirahət və nahar vaxtı istirahətindən və naharından ayrılaraq müştəriyə xidmət etməyi nəzərə alınmır, əksinə xırda səbəblər tapılıb hər ay əmək haqqından əsassız tutmalar haqqında cərimə blankı yazılır. İddiaçı göstərilənlərlə əlaqədar xx.xx.2022-ci il tarixində ’’Azpetrol Ltd ' MMC-yə rəsmi qaydada müraciət etsə də, müraciəti bu günə qədər cavablandırılmamışdır. İddiaçı həmçinin göstərilən məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2022-ci il tarixli müraciət ünvanlamış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müraciətinə verilmiş 30 iyun 2022-ci il tarixli cavab məktubuna əsasən müraciəti nəticəsiz qalmışdır. İddiaçı qeyd olunan əmək mübahisəsi ilə əlaqədar Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etsə də. mənə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Ona görə də iddiaçı iş vaxtından artıq vaxt ərzində görülən işlərə görə əmək haqqının hesablanaraq ona ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsi icra olunacağaı günə qədər 1 iş saatına tətbiq olunan tarif əmsalı əsas götürülməklə, aylar üzrə haqqı ödənilməyən iş saatlarının əlavə iş saatlarının hesablanma qaydasına uyğun və o cümlədən gecə vaxtı yerinə yetirilən, haqqı ödənilməyən gecə saatlarına görə əlavə iş saatlarının hesablanma qaydasına uyğun hesablanaraq həmin əmsalların 3 misli həcmində cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda iddia müddəti tətbiq edilməklə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə görə əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan işçi - İddiaçı ilə işəgötürən - "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində bağlanılmış Əmək Müqaviləsinin surətindən görünür ki, işəgötürən işçini Cavabdeh MMC-nin YDM-də növbə rəisi vəzifəsinə qəbul edir, işçi isə tutduğu vəzifə üzrə bu Müqavilədə müəyyən edilmiş əmək funksiyasını və əmək vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür. Tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - İşçi bu Müqavilənin 3-cü maddəsində göstərilən əmək funksiyasını işəgötürənin istehsalat zərurətindən asılı olaraq müəyyənləşdirəcəyi iş sahəsində yerinə yetirməlidir; - əmək müqaviləsi 1 il müddətinə bağlanılır; - işçi xx.xx.2019-cu il tarixdən işə başlayır; - həftə (ay) ərzində iş günlərinin (növbələrin) sayı, gündəlik (növbəlik) iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddətinə dair daxili qaydalar işəgötürən tərəfindən əmək qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir; - iş rejimi növbəlidir; - istirahət günləri növbəyə görə müəyyən edilir; - işçi bir dəfə əmək məzuniyyəti götürmək hüququna malikdir; məzuniyyətin müddəti Əmək Məcəlləsinə əsasən müəyyən edilir; məzuniyyətin dəqiq vaxtı işçi ilə işəgötürən arasında razılaşdırılmalıdır, işçi məzuniyyətdən iki həftə əvvəl işəgötürənə müvafiq bildiriş təqdim etməlidir; - ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işəgötürənin razılığı ilə istifadə edilir; - əmək haqqı, işlədiyi iş sahəsinin (məntəqəsinin) kateqoriyasında asılı olaraq müəyyən edilir; - işçinin hər ay ştat cədvəlinə uyğun əmək haqqı ödənilir; - əmək haqqından Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq gəlir vergisi və digər məcburi ödənişlər işəgötürən tərəfindən tutulur; - əmək haqqı bir dəfəlik ödəmə ilə, növbəti ayın birinci yarısında manatla ödənilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X1 edilməsi ilə bağlı X2 surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək bağlanılmış, işçinin aylıq əmək haqqı 423 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X1 edilməsi ilə bağlı X2 surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixindən bağlanılmış, işçinin aylıq əmək haqqı 448 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X1 edilməsi ilə bağlı X2 surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixindən bağlanılmış, işçinin aylıq əmək haqqı 460 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 2022-ci il üzrə iş vaxtının uçot tabeli surətlərindən görünür ki, İddiaçı həmin ilin aprel ayı üzrə xx.xx.2022-ci il tarixdə istirahətdən saat 04:24-də çıxmışdır, xx.xx.2022-ci il tarixdə saat 22:30-dan 22:35-dək yazı işləri ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə istirahətdən saat 12:25-də çıxmışdır, xx.xx.2022-ci il tarixdə saat 05:30-dan saat 05:35-dək operator otağında olmuşdur, xx.xx.2022-ci il tarixdə istirahətdən saat 04:23-də çıxmışdır, xx.xx.2022-ci il tarixdə istirahətdən saat 13:25-də çıxmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 1501/K nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə TXNİ-nin 5 saylı bölgə üzrə inspektoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 601/K nömrəli əmrdən çıxarışın surətindən görünür ki, TXNİ-nin 5 saylı bölgə üzrə inspektoru əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə xx.xx.2021-ci il tarixindən 43 saylı “Şabran” YDMə növbə rəisi vəzifəsinə təyin keçirilmişdir.. İş materiallarında olan 2022-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 198 iş saatına görə 699.12 manat, fevral ayı üzrə əsas və əlavə 162 iş saatına görə 496.45 manat, mart ayı üzrə əsas və əlavə 198 iş saatına görə 739.19 manat, aprel ayı üzrə əsas və əlavə 198 iş saatına görə 672.52 manat, may ayı üzrə əsas və əlavə 198 iş saatına görə 717.31 manat məbləğində əmək haqqı hesablanılmışdır. 2022-ci ilin iyul, avqust üzrə iş vaxtının uçot tabelindən görünür ki, işçi İddiaçı həmin dövr üzrə gündəlik iş saatları 11 saat olmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 5-164/2 əmrdən görünür ki, növbə rəisi vəzifəsi üzrə 1-ci növbə üçün (08:00-19:00) istirahət üçün ayrılmış vaxt 2 saat, 2-ci növbə üçün (19:00-08:00) 4 saatdır. İş materiallarında olan 2021-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 180 iş saatına görə 494.18 manat fevral ayı üzrə əsas və əlavə 180 iş saatına görə 475.82 manat, mart ayı üzrə əsas və əlavə 0 iş saatına görə 500.54 manat, aprel ayı üzrə əsas və əlavə 171 iş saatına görə 441.50 manat, may ayı üzrə əsas və əlavə 90 iş saatına görə 292.55 manat, iyun ayı üzrə əsas və əlavə 198 iş saatına görə 613.14 mana, iyul ayı üzrə əsas və əlavə 189 iş saatına görə 567.38 manat, avqust ayı üzrə əsas və əlavə 198 iş saatına görə 624 manat, sentyabr ayı üzrə əsas və əlavə 198 iş saatına görə 626.56 manat, oktyabr ayı üzrə əsas və əlavə 189 iş saatına görə 581.27 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 588.68 manat, dekabr ayı üzrə əsas və əlavə 189 iş saatına görə 626.95 manat məbləğində əmək haqqı hesablanılmışdır. İş materiallarında olan 2020-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 225 iş saatına görə 727.44 manat, fevral ayı üzrə əsas və əlavə 216 iş saatına görə 643.26 manat, mart ayı üzrə əsas və əlavə 207 iş saatına görə 695.25 manat, aprel ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, may ayı üzrə əsas və əlavə 216 iş saatına görə 671.73 manat, iyun ayı üzrə əsas və əlavə 189 iş saatına görə 579.18 manat, iyul ayı üzrə əsas və əlavə 243 iş saatına görə 750.97 manat, avqust ayı üzrə əsas və əlavə 216 iş saatına görə 628.77 manat, sentyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 527.32 manat, oktyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat məbləğində əmək haqqı hesablanılmışdır. İş materiallarında olan 2019-cu il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin noyabr ayı üzrə əsas və əlavə 81 iş saatına görə 219.49 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 494.71 manat, mart ayı üzrə əsas və əlavə 207 iş saatına görə 695.25 manat, aprel ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, may ayı üzrə əsas və əlavə 216 iş saatına görə 671.73 manat, iyun ayı üzrə əsas və əlavə 189 iş saatına görə 579.18 manat, iyul ayı üzrə əsas və əlavə 243 iş saatına görə 750.97 manat, avqust ayı üzrə əsas və əlavə 216 iş saatına görə 628.77 manat, sentyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 527.32 manat, oktyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, noyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat, dekabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 476.15 manat məbləğində əmək haqqı hesablanılmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Cavabdeh MMC-də işlədiyi 2019, 2020, 2021 və 2022-ci illərdə bütün əlavə iş saatına görə ona əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçı gündüz növbəsində 12 saat, gecə növbəsində 13 saat işlədiyi iddia etsə də, istinad etdiyi bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim edməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verərək qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmədən müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi gün, onun xx.xx.2022-ci il tarixində isə iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etdiyi gün hesab edilməlidir Məhkəmə qeyd edir ki, iddia pul tələbi və ziyanın vurulması ilə bağlı olduğuna görə, hazırkı iddia ərizəsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə, həmin bir illik iddia müddətini ötürmədən xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Odur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi əsassız hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsi icra olunacağaı günə qədər 1 iş saatına tətbiq olunan tarif əmsalı əsas götürülməklə, aylar üzrə haqqı ödənilməyən iş saatlarının əlavə iş saatlarının hesablanma qaydasına uyğun və o cümlədən gecə vaxtı yerinə yetirilən, haqqı ödənilməyən gecə saatlarına görə əlavə iş saatlarının hesablanma qaydasına uyğun hesablanaraq həmin əmsalların 3 misli həcmində cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı 2019-cu ilin noyabr ayından məhkəmə qətnaməsi icra olunacağaı günə qədər 1 iş saatına tətbiq olunan tarif əmsalı əsas götürülməklə, aylar üzrə haqqı ödənilməyən iş saatlarının əlavə iş saatlarının hesablanma qaydasına uyğun və o cümlədən gecə vaxtı yerinə yetirilən, haqqı ödənilməyən gecə saatlarına görə əlavə iş saatlarının hesablanma qaydasına uyğun hesablanaraq həmin əmsalların 3 misli həcmində cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-372/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-372/2023
11.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver