Məhkəmə qərarları › İş №2(011)-3729/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3729/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3729/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 5983/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilməsi, cavabdehdən 08.09,2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı ildən dini nikah əsasənda faktiki ailə kimi yaşayır. Bu münasibətdən 08.09,2017-ci ildə övladı X5 dünyaya gəlmişdir. Cavabdehlə 2019-cu ildən etibarən soyuq münasibət yaşayır və uşağı tək başına, onun dəstəyi olmadan böyüdür, hər hansı bir yerdə işləmədiyi üçün də uşağı tək başına böyütməkdə, onun xərclərini ödəməkdə çətinlik çəkirdi. Xətai Rayon Məhkəməsinin avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən 175 manat sabit pul məbləğində aliment kəsilmişdi. Lakin həmin məbləğ uşağın saxlanmasına kifayət etmir. Hal hazırda cavabdehin daimi iş yeri mövcuddur və uşağın mənafeyi üçün aliment məbləğinin də onun gəlirindən tutulması qanuna uyğundur. Mübahisəyə ilkin olaraq 4 saylı Bakı Mediasiya təşkilatının mediatoru X4 baxmış, xx.xx.2022-ci il tarixinə ilkin mediasiya sessiyası təyin olunmuş, lakin, yoldaşı mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyöun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2003-cü il tarixdə X1 ilə ailə qurmuşdur. On səkkiz illik ailə həyatında uşaqları olmamışdır. Qərara gəlmişdirlər ki, bir nəfər xanım tapıb pul müqavilində uşaq doğub, onlara versin. 2015-ci ildə sosial şəbəkədə bir nəfər xanımın üç uşaqla əri tərəfindən atıldığı və dolana bilməməsi barədə yazı dərc etmişdi və mobil nömrəsini də yazmışdı. Göstərilən nömrəyə zəng vurub onunla görüşmüş və ona maddi kömək göstərmişdir. Növbəti görüşün birində ona istədiyi qədər pul verərək, uşaq doğub ona verməsini təklif etmişdir. Ona 20.000 manat verəndən sonra qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Beş il müddətində hər ay 300 manat olmaqla cəmi 18.000 manat pul ödəmişdir. Bundan sonra hazırda yaşadığı ünvana köçmüşlər. Bu ünvanda iki ildir yaşayır və hər ay 250 manat, cəmi 6000 manat pul ödəmişdir və bu ödəniş bu gün də davam edir. Bundan savayı Kəmalə xanıma 629 manat dəyərində kreditlə Samsung A-50 markalı telefon almış və krediti də özü ödəmişdir. 2021-ci ildə Lotos markalı 600 manat dəyərində kondisioner almışdır. Birgə ailə kimi yaşadığı müddətdə 2017-ci ilin sentyabr ayında qızı X5 dünyaya gəldi. Doğuş zamanı 1000 manat xərci çıxdı. Bu günə qədər onun 16 və 15 yaşlarında olan uşaqlarına özü baxır., Kəmalə xanım heç bir yerdə işləmir və keçmiş əri ona aliment ödəmir. Kəmalə xanımla yaşadığı müddətdə xırda xərcləri nəzərə almasaq, təxminən ona 46000 manat pul xərcləmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5983/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, 08.09,2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli, MSB/4-00806 saylı ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə, uşağın mənafeyini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olduğundan, iddia tələbi təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5983/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh 08.09,2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5983/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 08.09,2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar