Məhkəmə qərarları › İş №2(011)-3742/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3742/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3742/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5.070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 17 avqust 2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 17 mart 2019-cu il tarixdə “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nobel prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 190” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Bakı Nəqliyyat Agentliyinə məxsus işıqfora zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC “Mercedes Benz 190” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3.733,50 manat, Bakı Nəqliyyat Agentliyinə məxsus işıqfora görə 1.266,50 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Bakı şəhər BP DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş, nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati xəta haqqında Protokolda iddiaçının hadisə vaxtı “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili nikah haqqında şəhadətnamə əsasında idarə etdiyi qeyd olunmuşdur. X4 şəhadətnaməsindən görünür ki, “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r. Cavabdehə X6 tərəfindən “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar çıxarılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işin halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 17 avqust 2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 17 mart 2019-cu il tarixdə “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nobel prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 190” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Bakı Nəqliyyat Agentliyinə məxsus işıqfora zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC “Mercedes Benz 190” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3.733,50 manat, Bakı Nəqliyyat Agentliyinə məxsus işıqfora görə 1.266,50 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Bakı şəhər BP DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş, nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati xəta haqqında Protokolda iddiaçının hadisə vaxtı “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili nikah haqqında şəhadətnamə əsasında idarə etdiyi qeyd olunmuşdur. X4 şəhadətnaməsindən görünür ki, “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r. Cavabdehə X6 tərəfindən “Opel Vectra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. Beləliklə iş materiallarından görünür ki, iddiaçı təşkilat sığortalanmış nəqliyyat vasitəsinin hüququ olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində nəqliyyat hadisəsinin baş verdiyini və bu hadisə nəticəsində sığortalanmış əmlaka ziyan vurulduğunu, ziyanın cavabdehin təqsiri nəticəsində vurulmasını əsas gətirərək cavabdehdən subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tərəfinin iddiasının əsasını təşkil edən əsas arqumenti nəqliyyat vasitəsinin qəza zamanı hüququ olmayan şəxs tərəfindən idarə edilməsidir. İddiaçı məhz bu halın mövcudluğuna istinad edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin qeyd edilən halına qiymət verərək hesab edir ki, iddia tələbinin bu dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsi dedikdə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi başa düşülür. Eyni maddənin qeyd hissəsinə əsasən “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 213.1- ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəlləsinin 213.2- ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iclasında iş materialları ilə də təsdiq edilmişdir ki, sığorta predmeti olan nəqliyyat vasitəsi cavabdehin və X3 birgə nikah dövründə əldə etdikləri əmlak olmaqla həmin əmlak barədə tərəflər arasında əmlakın hüquqi statusunu müəyyən edən razılaşma mövcud olmamış və tərəflər əmlakdan birgə istifadə etməklə ona sahiblik edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Beləliklə məhkəmə hesab edir ki, sığortalanmış əmlak sığortalı ilə X3 ümumi əmlakı olduğundan və bu əmlakla bağlı tərəflərin hər hansı bir razılaşması aşkarlanmadığından qeyd edilən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı cavabdehə hər hansı bir etibarnamənin verilməsi kimi zərurət yaranmamışdır. Çünki istinad edilən əmlak sığortalının olduğu qədər cavabdehin də əmlakıdır və öz mülkiyyətində olan nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə hər hansı etibarnamə tələb edilmir. Həmçinin məhkəmə qeyd edir ki, X4 X1 adına verilməsi nəqliyyat vasitəsinin yeganə mülkiyyətçisinin o olmasına dəlalət etmir. Qanunvericiliyin tələbləri baxımından şəhadətnamədə yalnız bir adamın adı qeyd edilmişdir. (Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnaməyə əsasən X4ı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır.) “İcbari sığortalar” haqqında qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə 17 avqust 2018-ci il tarixli icbari sığorta müqaviləsi avtomobilin qanuni sahibi olan X6 ilə deyil, onun həyat yoldaşı hazırkı iş üzrə Cavabdeh ilə bağlanmışdır. Bu hal onu deməyə əsas verir ki, iş üzrə iddiaçı "xxxx" ASC icbari sığorta müqaviləsini Cavabdeh ilə bağlayaraq həmin şəxsi avtomobilin qanuni sahibi kimi tanımışdır. Odur ki, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə iddiaçı sığorta şirkətinin Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadığına istinad etməsi və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı- 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5.070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar