Məhkəmə qərarları › İş №2(011)-3770/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3770/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3770/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının və şəxsi əşyaların geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş əşyaların üzərində payının müəyyən olunması” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz və şəxsi əşyalaının cavabdeh tərəfindən ona geri qaytarılması, əks təqdirdə qaytarılmayan və ya yararsız halda olan əşyaların əvəzinin pul formasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin nikahdan xx xxxx 2011-ci il tarixdə X1 və X2 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə qurduqdan sonra iddiaçı bir müddət qayınanasının evində yaşamışdır. 2012-ci ildə ipoteka ilə mənzil aldıqdan sonra ünvan 1 v, mənzil 87 ünvanına köçmüşlər. Həmin mənzilə köçərkən iddiaçı cehiz əşyalarını da aparmışdır. 2017-ci ildə tərəflər ayrılmışlar və iddiaçı övladları ilə birlikdə həmin mənzili tərk etmişdir. Mənzildən çıxdıqdan sonra iddiaçının cehiz əşyaları həmin mənzildə qalmışdır. Hazırkı vaxtadək cavabdehə edilmiş çoxsaylı müraciətlərə baxmayaraq o, iddiaçının şəxsi və cehiz əşyalarını qaytarmır və həmin mənzildə yaşamaqla qeyd edilə əşyalardan istifadə edir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, 1 ədəd Tefal markalı qara-boz rəngli şirə çəkən aparat, 1 ədəd dəmir çörək qabı, 1 ədəd qara rəngli çörək bişirən soba, 1 ədəd LG markalı 5 kq-lıq paltaryuyan maşın, 1 ədəd drel, mavi rəngli termos, 1 ədəd Tefal markalı elektrik samovarı dəm çayniki ilə, kənarları naxışlı ağ-krem rəngli süfrə, 1 ədəd qəhvəyi rəngli tül süfrə, 1 ədəd krem rəngli ucları muncuqlu süfrə, təzə açılmamış 3 dəst süfrə, 40 ədəd təzə işlənməmiş çay dəsmalları, 20 ədəd işlənmiş çay dəsmalı, 30 ədəd işlənməmiş mətbəx əl dəsmalı, 10 ədəd işlənmiş mətbəx əl dəsmalı, Çexiya istehsalı olan 6 nəfərlik Skazka yaşıl servis, Çexiya istehsalı Bogema markalı zoğalı rəngli 6 fujerli kompot dəsti, 1 ədəd Çexiya istehsalı şamdan, Arsha firmasına məxsus 140 manat dəyərində dəmir iri qaşıq mətbəx naboru, 1 ədəd qəhvəyi rəngli qulplu buxar qazanı, 1 ədəd çəhrayı rəngli uzun güldan və çəhrayı rəngli meyvə qabları dəsti, şəkillər, albomlar və kasetlər, 1 ədəd DVD aparat, 1 ədəd videomaqnitofon, divanın altında olan qablar, 3 ədəd dəm çayniki, 6 ədəd təzə maskura, 6 nəfərlik yeni boşqab dəsti, Çexiya istehsalı qırmızı rəngli sarı lentli Bogema meyvə və konfet qabları, 1 ədəd Çexiya istehsalı iri vaza, 1 ədəd Çexiya istehsalı iri güldan, 2 ədəd Çexiya istehsalı üçbucaqlı vazalar, 2 ədəd Çexiya istehsalı konfet qabı, 2 ədəd Çexiya istehsalı mürəbbə qabı, 2 ədəd Çexiya istehsalı ləbləbi qabı iri külqabı, mavi, ağ rəngli xırda güllü konfet qabları, 12 ədəd Çexiya istehsalı kənarları sarı rəngli uzun fujer, 12 ədəd Çexiya istehsalı sadə fujerlər, 12 ədəd Çexiya istehsalı yumru fujerlər, 12 ədəd Çexiya istehsalı qədəh, 12 ədəd Çexiya istehsalı tort qabları, 12 ədəd Çexiya istehsalı böyük nəlbəki, 1 ədəd Çexiya istehsalı yumru tort qabı, 1 ədəd oval formal ağ-qara divan, 1 ədəd kənarları açılan qara mətbəx stolu, 1 ədəd ağ mətbəx stulu, 1 ədəd qara mətbəx stulu, mətbəxdə sarı və qəhvəyi xalçalar, 1 ədəd sarı rəngli oval şəkilli kovralit, 2 ədəd sarı rəngli konfet qabı, mətbəx üçün kartof-soğan dəsti, dəhlizdə olan boz qara-ağ rəngli xalça, 1 ədəd Samsung markalı kiçik televizor mətbəxdə, 1 ədəd alüminium rəngdə nazik zolaqlarla iri qazan, dəhlizdə bir ədəd razdevalka, 1 ədəd xrustal çil-çıraq, 1 ədəd divarda əl işi mavi rəngli gəmi əsəri şəkil, 1 ədəd qonaq otağı pərdəsi ağ arqanza gül, kənarları sarı-ağ rəngli yataq otağı dəstişifoner, taxt, 2 tumba və kamot, 1 ədəd qəhvəyi rəngli taxt üçün plet, 1 ədəd ağ-mavi rəngli iki nəfərlik adyal, ağ-çəhrayı qızılgüllərlə işlənmiş 2 nəfərlik taxt üstlüyü-2 yastıq, iki nəfərlik yorğan, prostina, Taç markalı ağ-krem rəngli iki nəfərlik yeni qutuda yataq dəsti, ağ rəngli iki nəfərlik yataq dəsti, Hobby firması mavi rəngli 1 nəfərlik yataq dəsti, Hobby firması çəhrayı rəngli 1 nəfərlik yataq dəsti, Rusiya istehsalı ağ rəngli 1 nəfərlik yataq dəsti, 2 nəfərlik təzə qutuda yataq dəsti, 4 ədəd selikon yastıq, 2 ədəd uşaq üçün selikon yorğan, 2 ədəd uşaq üçün selikon döşək, 2 ədəd dəvə tükündən yorğan, 3 ədəd yun yorğan, 1 ədəd yundan taxt döşəyi, 2 ədəd tək nəfərlik yun döşək, yataq otağında dəst pərdə, günlük, tül, ağ arqanza, 2 ədəd boz rəngli pərdə üstlüyü, 1 ədəd boz-qara rəngli yataq otağı xalçası, ağ rəngdə yataq otağı çil-çırağı, tək nəfərlik mavi adyal, tək nəfərlik krem rəngli adyal, 4 ədəd ağ, çəhrayı, mavi və yaşıl rəngli işlənmiş qətvə, 6 ədəd atilla, tac firmalarına məxsus mavi, çəhrayı rəngdə mirvari qaşlarla, ağ rəngdə, pudra rəngdə işlənməmiş qutuda qətvələr, 12 ədəd müxtəlif rəngdə yeni əl dəsmalları, ağ, göy, çəhrayı və krem rəngdə işlənmiş əl dəsmalları, çəhrayı rəngli hamam xalatı, 2 ədəd uşaq hamam xalatı, qəhvəyi rəngli uşaq mebel dəsti-2 bazalı çarpayı, 1 şifoner, uşaq otağında sarı zolaqlı pərdə, uşaq otağında mavi rəngli xalça, uşaq otağında üzərində oyuncaqlar olan çil-çıraq, 1 ədəd yasəmən rəngli palto, 1 ədəd qara rəngli uzun toy paltarı, 1 ədəd zoğalı rəngli qısa toy paltarı, 1 ədəd göy rəngli qısa don toy paltarı, 1 ədəd qırmızı rəngli uzun don, 3 ədəd qara rəngli toy ayaqqabısı, 1 ədəd yaşıl rəngli stiletto ayaqqabı, 2 ədəd qara rəngli ziyafət çantası, gündəlik geyimlərdən ibarət mövcud olan cehiz və şəxsi əşyalarının, eləcə də mövcud olmayan cehiz və şəxsi əşyalarının əvəzi olaraq 4.510 manat məbləğində pulun, həmçinin birgə nikah dövründə alınmış əmlakın dəyərinin bölünərək payına düşən hissəsi kimi 2.100 manat məbləğində pulun iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş əşyaların üzərində iddiaçının 70 faiz, cavabdehin isə 30 faiz həcmində payının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx xxxxxx 2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, ona məxsus olan cehiz əşyaları, fərdi istifadəsində olan əşyalar ünvan 1 V, mənzil 87 ünvanına yerləşdirilmişdir. xx xxx 2018-ci il tarixdə iddiaçı və Cavabdeh arasında olan nikah pozulmuşdur. İddiaçıya məxsus əşyalar hazırda Cavabdeh Vilayət Cahangir oğluna məxsus mənzildə qalmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.1-ci maddəsinə əsasən nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ərarvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ərarvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Məhkəmə iclasında müyyən olundu ki, tərəflər arasında nikah müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin evinə gəlin kimi köçərkən özü ilə cehiz əşyaları aparmışdır. İddiaçıya məxsus mövcud olan şəxsi və cehiz əşyalarının böyük bir hissəsinin cavabdehin yaşadığı evdə qalması cavabdeh tərəfindən təkzib edilmir, o cümlədən həmin əşyaların böyük bir hissəsi məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(003)-3770/2020 saylı qərardadı əsasında verilmiş icra vərəqəsi üzrə icra tədbirləri həyata keçirərkən icra məmuru tərəfindən tərtib edilmiş akt və protokollarda öz əksini tapmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının gündəlik geyimlərdən ibarət mövcud olan cehiz və şəxsi əşyaları:1 ədəd Tefal markalı qara-boz rəngli şirə çəkən aparat, 1 ədəd dəmir çörək qabı, 1 ədəd qara rəngli çörək bişirən soba, 1 ədəd LG markalı 5 kq-lıq paltaryuyan maşın, 1 ədəd drel, mavi rəngli termos, 1 ədəd Tefal markalı elektrik samovarı dəm çayniki ilə, kənarları naxışlı ağ-krem rəngli süfrə, 1 ədəd qəhvəyi rəngli tül süfrə, 1 ədəd krem rəngli ucları muncuqlu süfrə, təzə açılmamış 3 dəst süfrə, 40 ədəd təzə işlənməmiş çay dəsmalları, 20 ədəd işlənmiş çay dəsmalı, 30 ədəd işlənməmiş mətbəx əl dəsmalı, 10 ədəd işlənmiş mətbəx əl dəsmalı, Çexiya istehsalı olan 6 nəfərlik Skazka yaşıl serviz, Çexiya istehsalı Bogema markalı zoğalı rəngli 6 fujerli kompot dəsti, 1 ədəd Çexiya istehsalı şamdan, Arsha firmasına məxsus 140 manat dəyərində dəmir iri qaşıq mətbəx naboru, 1 ədəd qəhvəyi rəngli qulplu buxar qazanı, 1 ədəd çəhrayı rəngli uzun güldan və çəhrayı rəngli meyvə qabları dəsti, şəkillər, albomlar və kasetlər, 1 ədəd DVD aparat, 1 ədəd videomaqnitofon, divanın altında olan qablar, 3 ədəd dəm çayniki, 6 ədəd təzə maskura, 6 nəfərlik yeni boşqab dəsti, Çexiya istehsalı qırmızı rəngli sarı lentli Bogema meyvə və konfet qabları, 1 ədəd Çexiya istehsalı iri vaza, 1 ədəd Çexiya istehsalı iri güldan, 2 ədəd Çexiya istehsalı üçbucaqlı vazalar, 2 ədəd Çexiya istehsalı konfet qabı, 2 ədəd Çexiya istehsalı mürəbbə qabı, 2 ədəd Çexiya istehsalı ləbləbi qabı iri külqabı, mavi, ağ rəngli xırda güllü konfet qabları, 12 ədəd Çexiya istehsalı kənarları sarı rəngli uzun fujer, 12 ədəd Çexiya istehsalı sadə fujerlər, 12 ədəd Çexiya istehsalı yumru fujerlər, 12 ədəd Çexiya istehsalı qədəh, 12 ədəd Çexiya istehsalı tort qabları, 12 ədəd Çexiya istehsalı böyük nəlbəki, 1 ədəd Çexiya istehsalı yumru tort qabı, 1 ədəd oval formal ağ-qara divan, 1 ədəd kənarları açılan qara mətbəx stolu, 1 ədəd ağ mətbəx stulu, 1 ədəd qara mətbəx stulu, mətbəxdə sarı və qəhvəyi xalçalar, 1 ədəd sarı rəngli oval şəkilli kovralit, 2 ədəd sarı rəngli konfet qabı, mətbəx üçün kartof-soğan dəsti, dəhlizdə olan boz qara-ağ rəngli xalça, 1 ədəd Samsung markalı kiçik televizor mətbəxdə, 1 ədəd alüminium rəngdə nazik zolaqlarla iri qazan, dəhlizdə bir ədəd razdevalka, 1 ədəd xrustal çil-çıraq, 1 ədəd divarda əl işi mavi rəngli gəmi əsəri şəkil, 1 ədəd qonaq otağı pərdəsi ağ arqanza gül, kənarları sarı-ağ rəngli yataq otağı dəstişifoner, taxt, 2 tumba və kamot, 1 ədəd qəhvəyi rəngli taxt üçün plet, 1 ədəd ağ-mavi rəngli iki nəfərlik adyal, ağ-çəhrayı qızılgüllərlə işlənmiş 2 nəfərlik taxt üstlüyü-2 yastıq, iki nəfərlik yorğan, prostina, Taç markalı ağ-krem rəngli iki nəfərlik yeni qutuda yataq dəsti, ağ rəngli iki nəfərlik yataq dəsti, Hobby firması mavi rəngli 1 nəfərlik yataq dəsti, Hobby firması çəhrayı rəngli 1 nəfərlik yataq dəsti, Rusiya istehsalı ağ rəngli 1 nəfərlik yataq dəsti, 2 nəfərlik təzə qutuda yataq dəsti, 4 ədəd selikon yastıq, 2 ədəd uşaq üçün selikon yorğan, 2 ədəd uşaq üçün selikon döşək, 2 ədəd dəvə tükündən yorğan, 3 ədəd yun yorğan, 1 ədəd yundan taxt döşəyi, 2 ədəd tək nəfərlik yun döşək, yataq otağında dəst pərdə, günlük, tül, ağ arqanza, 2 ədəd boz rəngli pərdə üstlüyü, 1 ədəd boz-qara rəngli yataq otağı xalçası, ağ rəngdə yataq otağı çil-çırağı, tək nəfərlik mavi adyal, tək nəfərlik krem rəngli adyal, 4 ədəd ağ, çəhrayı, mavi və yaşıl rəngli işlənmiş qətvə, 6 ədəd atilla, tac firmalarına məxsus mavi, çəhrayı rəngdə mirvari qaşlarla, ağ rəngdə, pudra rəngdə işlənməmiş qutuda qətvələr, 12 ədəd müxtəlif rəngdə yeni əl dəsmalları, ağ, göy, çəhrayı və krem rəngdə işlənmiş əl dəsmalları, çəhrayı rəngli hamam xalatı, 2 ədəd uşaq hamam xalatı, qəhvəyi rəngli uşaq mebel dəsti-2 bazalı çarpayı, 1 şifoner, uşaq otağında sarı zolaqlı pərdə, uşaq otağında mavi rəngli xalça, uşaq otağında üzərində oyuncaqlar olan çil-çıraq, 1 ədəd yasəmən rəngli palto, 1 ədəd qara rəngli uzun toy paltarı, 1 ədəd zoğalı rəngli qısa toy paltarı, 1 ədəd göy rəngli qısa don toy paltarı, 1 ədəd qırmızı rəngli uzun don, 3 ədəd qara rəngli toy ayaqqabısı, 1 ədəd yaşıl rəngli stiletto ayaqqabı, 2 ədəd qara rəngli ziyafət çantası Cavabdeh alınaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin mövcud olmayan şəxsi və cehiz əşyalarının əvəzi olaraq 4.510 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin tam təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, nikaha daxil olanadək ona mənsub olduğu və ya hədiyyə edildiyi, həmçinin tələb olunan əşyaların iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfmövcud olmayan cehiz əşyalarının əvəzi kimi 4.510 manat pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsini xahiş etsə də, həmin əşyaların keçmişdə həqiqətən mövcud olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədi. Belə ki iddiaçı məhkəməyə şəkillər təqdim etməklə həmin əşyaların mövcud olmasını sübuta yetirmək istəmişdir. Məhkəmə qeyd edilən hala qiymət verərək hesab edir ki, təqdim edilən şəkillər iddiaçının evdən çıxıb getdiyi vaxta təsədüf edib etməməsi işin heç bir halı ilə təsdiq edilmir. Belə olan halda məhkəmə qeyd edilən şəkilləri subut kimi qəbul edı bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Bununla yanaşı, iddiaçı iddia ərizəsi ilə yanaşı məhkəməyə iddianı təmin tədbiri barədə ərizə verərək, mübahisəli əmlakların üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmənin xx xxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, əşyaların özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Qərardadın icrası qaydasında icra məmurları tərəfindən mənzilə baxış keçirilmiş, lakin mübahisəli əmlaklar mənzildə aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin birgə nikah dövründə əldə olunmuş əşyaların üzərində iddiaçının 70 faiz, cavabdehin isə 30 faiz həcmində payının müəyyən olunması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə:onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən üzərində payların müəyyən edilməsini tələb etdiyi əmlaklara-1 dəst ağ-krem rəngli mətbəx mebeli, 24 nəfərlik ağ kənarı boz rəngli qonaq dəsti servis boşqab, 6 nəfərlik mətbəx dəsti boşqab, mətbəx üçün qəhvəyi zolaqlı jalüz dəsti, sarı rəngli iki ədəd divan və 1 ədəd sarı rəngli kamod daxildir. Həmin əmlaklar tərəflərin birgə nikah dövründə alınmışdır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, birgə nikah dövründə əldə olunmuş əşyaların-1 dəst ağ-krem rəngli mətbəx mebeli, 24 nəfərlik ağ kənarı boz rəngli qonaq dəsti servis boşqab, 6 nəfərlik mətbəx dəsti boşqab, mətbəx üçün qəhvəyi zolaqlı jalüz dəsti, sarı rəngli iki ədəd divan və 1 ədəd sarı rəngli kamodun üzərində iddiaçının ½ hissədə, cavabdehin isə ½ hissədə payı müəyyən olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının gündəlik geyimlərdən ibarət mövcud olan cehiz və şəxsi əşyaları:1 ədəd Tefal markalı qara-boz rəngli şirə çəkən aparat, 1 ədəd dəmir çörək qabı, 1 ədəd qara rəngli çörək bişirən soba, 1 ədəd LG markalı 5 kq-lıq paltaryuyan maşın, 1 ədəd drel, mavi rəngli termos, 1 ədəd Tefal markalı elektrik samovarı dəm çayniki ilə, kənarları naxışlı ağ-krem rəngli süfrə, 1 ədəd qəhvəyi rəngli tül süfrə, 1 ədəd krem rəngli ucları muncuqlu süfrə, təzə açılmamış 3 dəst süfrə, 40 ədəd təzə işlənməmiş çay dəsmalları, 20 ədəd işlənmiş çay dəsmalı, 30 ədəd işlənməmiş mətbəx əl dəsmalı, 10 ədəd işlənmiş mətbəx əl dəsmalı, Çexiya istehsalı olan 6 nəfərlik Skazka yaşıl serviz, Çexiya istehsalı Bogema markalı zoğalı rəngli 6 fujerli kompot dəsti, 1 ədəd Çexiya istehsalı şamdan, Arsha firmasına məxsus 140 manat dəyərində dəmir iri qaşıq mətbəx naboru, 1 ədəd qəhvəyi rəngli qulplu buxar qazanı, 1 ədəd çəhrayı rəngli uzun güldan və çəhrayı rəngli meyvə qabları dəsti, şəkillər, albomlar və kasetlər, 1 ədəd DVD aparat, 1 ədəd videomaqnitofon, divanın altında olan qablar, 3 ədəd dəm çayniki, 6 ədəd təzə maskura, 6 nəfərlik yeni boşqab dəsti, Çexiya istehsalı qırmızı rəngli sarı lentli Bogema meyvə və konfet qabları, 1 ədəd Çexiya istehsalı iri vaza, 1 ədəd Çexiya istehsalı iri güldan, 2 ədəd Çexiya istehsalı üçbucaqlı vazalar, 2 ədəd Çexiya istehsalı konfet qabı, 2 ədəd Çexiya istehsalı mürəbbə qabı, 2 ədəd Çexiya istehsalı ləbləbi qabı iri külqabı, mavi, ağ rəngli xırda güllü konfet qabları, 12 ədəd Çexiya istehsalı kənarları sarı rəngli uzun fujer, 12 ədəd Çexiya istehsalı sadə fujerlər, 12 ədəd Çexiya istehsalı yumru fujerlər, 12 ədəd Çexiya istehsalı qədəh, 12 ədəd Çexiya istehsalı tort qabları, 12 ədəd Çexiya istehsalı böyük nəlbəki, 1 ədəd Çexiya istehsalı yumru tort qabı, 1 ədəd oval formal ağ-qara divan, 1 ədəd kənarları açılan qara mətbəx stolu, 1 ədəd ağ mətbəx stulu, 1 ədəd qara mətbəx stulu, mətbəxdə sarı və qəhvəyi xalçalar, 1 ədəd sarı rəngli oval şəkilli kovralit, 2 ədəd sarı rəngli konfet qabı, mətbəx üçün kartof-soğan dəsti, dəhlizdə olan boz qara-ağ rəngli xalça, 1 ədəd Samsung markalı kiçik televizor mətbəxdə, 1 ədəd alüminium rəngdə nazik zolaqlarla iri qazan, dəhlizdə bir ədəd razdevalka, 1 ədəd xrustal çil-çıraq, 1 ədəd divarda əl işi mavi rəngli gəmi əsəri şəkil, 1 ədəd qonaq otağı pərdəsi ağ arqanza gül, kənarları sarı-ağ rəngli yataq otağı dəsti-şifoner, taxt, 2 tumba və kamot, 1 ədəd qəhvəyi rəngli taxt üçün plet, 1 ədəd ağ-mavi rəngli iki nəfərlik adyal, ağ-çəhrayı qızılgüllərlə işlənmiş 2 nəfərlik taxt üstlüyü-2 yastıq, iki nəfərlik yorğan, prostina, Taç markalı ağkrem rəngli iki nəfərlik yeni qutuda yataq dəsti, ağ rəngli iki nəfərlik yataq dəsti, Hobby firması mavi rəngli 1 nəfərlik yataq dəsti, Hobby firması çəhrayı rəngli 1 nəfərlik yataq dəsti, Rusiya istehsalı ağ rəngli 1 nəfərlik yataq dəsti, 2 nəfərlik təzə qutuda yataq dəsti, 4 ədəd selikon yastıq, 2 ədəd uşaq üçün selikon yorğan, 2 ədəd uşaq üçün selikon döşək, 2 ədəd dəvə tükündən yorğan, 3 ədəd yun yorğan, 1 ədəd yundan taxt döşəyi, 2 ədəd tək nəfərlik yun döşək, yataq otağında dəst pərdə, günlük, tül, ağ arqanza, 2 ədəd boz rəngli pərdə üstlüyü, 1 ədəd boz-qara rəngli yataq otağı xalçası, ağ rəngdə yataq otağı çil-çırağı, tək nəfərlik mavi adyal, tək nəfərlik krem rəngli adyal, 4 ədəd ağ, çəhrayı, mavi və yaşıl rəngli işlənmiş qətvə, 6 ədəd atilla, tac firmalarına məxsus mavi, çəhrayı rəngdə mirvari qaşlarla, ağ rəngdə, pudra rəngdə işlənməmiş qutuda qətvələr, 12 ədəd müxtəlif rəngdə yeni əl dəsmalları, ağ, göy, çəhrayı və krem rəngdə işlənmiş əl dəsmalları, çəhrayı rəngli hamam xalatı, 2 ədəd uşaq hamam xalatı, qəhvəyi rəngli uşaq mebel dəsti-2 bazalı çarpayı, 1 şifoner, uşaq otağında sarı zolaqlı pərdə, uşaq otağında mavi rəngli xalça, uşaq otağında üzərində oyuncaqlar olan çil-çıraq, 1 ədəd yasəmən rəngli palto, 1 ədəd qara rəngli uzun toy paltarı, 1 ədəd zoğalı rəngli qısa toy paltarı, 1 ədəd göy rəngli qısa don toy paltarı, 1 ədəd qırmızı rəngli uzun don, 3 ədəd qara rəngli toy ayaqqabısı, 1 ədəd yaşıl rəngli stiletto ayaqqabı, 2 ədəd qara rəngli ziyafət çantası Cavabdeh alınaraq iddiaçıya təhvil verilməli, birgə nikah dövründə əldə olunmuş əşyaların- 1 dəst ağ-krem rəngli mətbəx mebeli, 24 nəfərlik ağ kənarı boz rəngli qonaq dəsti servis boşqab, 6 nəfərlik mətbəx dəsti boşqab, mətbəx üçün qəhvəyi zolaqlı jalüz dəsti, sarı rəngli iki ədəd divan və 1 ədəd sarı rəngli kamodun üzərində iddiaçının ½ hissədə, cavabdehin isə ½ hissədə payı müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki iddia qismən təmin edilmişdir, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 20 manat tərəflər arasında bölüşdürülməlidir. Odur ki, ödənilmiş 20 manatın 10 manatı İddiaçı özünə aid edilməli, 10 manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçının gündəlik geyimlərdən ibarət mövcud olan cehiz və şəxsi əşyaları:1 ədəd Tefal markalı qara-boz rəngli şirə çəkən aparat, 1 ədəd dəmir çörək qabı, 1 ədəd qara rəngli çörək bişirən soba, 1 ədəd LG markalı 5 kq-lıq paltaryuyan maşın, 1 ədəd drel, mavi rəngli termos, 1 ədəd Tefal markalı elektrik samovarı dəm çayniki ilə, kənarları naxışlı ağ-krem rəngli süfrə, 1 ədəd qəhvəyi rəngli tül süfrə, 1 ədəd krem rəngli ucları muncuqlu süfrə, təzə açılmamış 3 dəst süfrə, 40 ədəd təzə işlənməmiş çay dəsmalları, 20 ədəd işlənmiş çay dəsmalı, 30 ədəd işlənməmiş mətbəx əl dəsmalı, 10 ədəd işlənmiş mətbəx əl dəsmalı, Çexiya istehsalı olan 6 nəfərlik Skazka yaşıl serviz, Çexiya istehsalı Bogema markalı zoğalı rəngli 6 fujerli kompot dəsti, 1 ədəd Çexiya istehsalı şamdan, Arsha firmasına məxsus 140 manat dəyərində dəmir iri qaşıq mətbəx naboru, 1 ədəd qəhvəyi rəngli qulplu buxar qazanı, 1 ədəd çəhrayı rəngli uzun güldan və çəhrayı rəngli meyvə qabları dəsti, şəkillər, albomlar və kasetlər, 1 ədəd DVD aparat, 1 ədəd videomaqnitofon, divanın altında olan qablar, 3 ədəd dəm çayniki, 6 ədəd təzə maskura, 6 nəfərlik yeni boşqab dəsti, Çexiya istehsalı qırmızı rəngli sarı lentli Bogema meyvə və konfet qabları, 1 ədəd Çexiya istehsalı iri vaza, 1 ədəd Çexiya istehsalı iri güldan, 2 ədəd Çexiya istehsalı üçbucaqlı vazalar, 2 ədəd Çexiya istehsalı konfet qabı, 2 ədəd Çexiya istehsalı mürəbbə qabı, 2 ədəd Çexiya istehsalı ləbləbi qabı iri külqabı, mavi, ağ rəngli xırda güllü konfet qabları, 12 ədəd Çexiya istehsalı kənarları sarı rəngli uzun fujer, 12 ədəd Çexiya istehsalı sadə fujerlər, 12 ədəd Çexiya istehsalı yumru fujerlər, 12 ədəd Çexiya istehsalı qədəh, 12 ədəd Çexiya istehsalı tort qabları, 12 ədəd Çexiya istehsalı böyük nəlbəki, 1 ədəd Çexiya istehsalı yumru tort qabı, 1 ədəd oval formal ağ-qara divan, 1 ədəd kənarları açılan qara mətbəx stolu, 1 ədəd ağ mətbəx stulu, 1 ədəd qara mətbəx stulu, mətbəxdə sarı və qəhvəyi xalçalar, 1 ədəd sarı rəngli oval şəkilli kovralit, 2 ədəd sarı rəngli konfet qabı, mətbəx üçün kartofsoğan dəsti, dəhlizdə olan boz qara-ağ rəngli xalça, 1 ədəd Samsung markalı kiçik televizor mətbəxdə, 1 ədəd alüminium rəngdə nazik zolaqlarla iri qazan, dəhlizdə bir ədəd razdevalka, 1 ədəd xrustal çil-çıraq, 1 ədəd divarda əl işi mavi rəngli gəmi əsəri şəkil, 1 ədəd qonaq otağı pərdəsi ağ arqanza gül, kənarları sarı-ağ rəngli yataq otağı dəsti-şifoner, taxt, 2 tumba və kamot, 1 ədəd qəhvəyi rəngli taxt üçün plet, 1 ədəd ağ-mavi rəngli iki nəfərlik adyal, ağ-çəhrayı qızılgüllərlə işlənmiş 2 nəfərlik taxt üstlüyü-2 yastıq, iki nəfərlik yorğan, prostina, Taç markalı ağ-krem rəngli iki nəfərlik yeni qutuda yataq dəsti, ağ rəngli iki nəfərlik yataq dəsti, Hobby firması mavi rəngli 1 nəfərlik yataq dəsti, Hobby firması çəhrayı rəngli 1 nəfərlik yataq dəsti, Rusiya istehsalı ağ rəngli 1 nəfərlik yataq dəsti, 2 nəfərlik təzə qutuda yataq dəsti, 4 ədəd selikon yastıq, 2 ədəd uşaq üçün selikon yorğan, 2 ədəd uşaq üçün selikon döşək, 2 ədəd dəvə tükündən yorğan, 3 ədəd yun yorğan, 1 ədəd yundan taxt döşəyi, 2 ədəd tək nəfərlik yun döşək, yataq otağında dəst pərdə, günlük, tül, ağ arqanza, 2 ədəd boz rəngli pərdə üstlüyü, 1 ədəd boz-qara rəngli yataq otağı xalçası, ağ rəngdə yataq otağı çil-çırağı, tək nəfərlik mavi adyal, tək nəfərlik krem rəngli adyal, 4 ədəd ağ, çəhrayı, mavi və yaşıl rəngli işlənmiş qətvə, 6 ədəd atilla, tac firmalarına məxsus mavi, çəhrayı rəngdə mirvari qaşlarla, ağ rəngdə, pudra rəngdə işlənməmiş qutuda qətvələr, 12 ədəd müxtəlif rəngdə yeni əl dəsmalları, ağ, göy, çəhrayı və krem rəngdə işlənmiş əl dəsmalları, çəhrayı rəngli hamam xalatı, 2 ədəd uşaq hamam xalatı, qəhvəyi rəngli uşaq mebel dəsti-2 bazalı çarpayı, 1 şifoner, uşaq otağında sarı zolaqlı pərdə, uşaq otağında mavi rəngli xalça, uşaq otağında üzərində oyuncaqlar olan çil-çıraq, 1 ədəd yasəmən rəngli palto, 1 ədəd qara rəngli uzun toy paltarı, 1 ədəd zoğalı rəngli qısa toy paltarı, 1 ədəd göy rəngli qısa don toy paltarı, 1 ədəd qırmızı rəngli uzun don, 3 ədəd qara rəngli toy ayaqqabısı, 1 ədəd yaşıl rəngli stiletto ayaqqabı, 2 ədəd qara rəngli ziyafət çantası Cavabdeh alınaraq İddiaçı təhvil verilsin. Birgə nikah dövründə əldə olunmuş əşyalar-1 dəst ağ-krem rəngli mətbəx mebeli, 24 nəfərlik ağ kənarı boz rəngli qonaq dəsti servis boşqab, 6 nəfərlik mətbəx dəsti boşqab, mətbəx üçün qəhvəyi zolaqlı jalüz dəsti, sarı rəngli iki ədəd divan və 1 ədəd sarı rəngli kamodun üzərində iddiaçının ½ hissədə, cavabdehin ½ hissədə payı müəyyən olunsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçıtərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı onun özünə aid edilsin, 10 (on) manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar