Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3807/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı və Cavabdeh1 15 oktyabr 1993-cü il tarixdə rəsmi olaraq nikaha daxil olmuşdurlar və bu barədə Gəncə şəhəri Qeydiyyat şöbəsində 377 №li akt qeydi aparılmışdır.
2. İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 273.3 kv.m olan mənzilə mülkiyyət hüququ əldə etmişdirlər və bu barədəxx.xx.2011-ci il tarixli MA seriyalı 02247837 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir.
3. Gəncə Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2(115)-300/2021 saylı qətnaməsi ilə (hakim: R.Məmmədov) iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli VK N00014-06/19A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli VKX00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit kredit müqaviləsi üzrə 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borc və xx.xx.2019-cu il tarixli VKX00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi üzrə 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəpik məbləğində borc olmaqla, ümumilikdə 332986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin, 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 680.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması, Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Ərizəyə əlavə edilmiş 2019-cu il 18 noyabr tarixli BKN-0014-06/19A saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Fırmasına 60 ay müddətinə, 2024-cü ilin 18 noyabr tarixinədək əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğinədək kredit xətti açılmışdır. 2019-cu il 18 noyabr tarixli BKMG-00014-06/19A saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" Firmasının kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzili banka ipotekaya qoymuşdur. 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 48 ay müddətinə, illik 17% olmaqla 260.000 manat məbləğində kredit verilmişdir. 2019-cu il 22 noyabr tarixli BKX00014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 48 ay müddətinə, illik 17% olmaqla 50.000 manat məbləğində kredit verilmişdir. 2020-ci il 24 iyun tarixli RPZ- B0014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 52 ay müddətinə, illik 17% olmaqla 257.430 manat məbləğində kredit verilmişdir.
5. İddiaçı qeyd edir ki, ipoteka müqaviləsi bağlandıqdan bir müddət sonra müxtəlif səbəblərdən həyat yoldaşı Cavabdeh1 faktiki olaraq ayrılmış və Gəncə şəhərindən Bakı şəhərinə hazırki mübahisəli mənzilə köçmüş və həmin mənzilə köçərək qeydiyyata düşmüşdür. Bundan sonra baş verənlərdən və Cavabdeh1 müqavilə öhdəliklərinin yerinə yetirib yetirmədiyi barədə iddiaçının heç bir məlumatı olmamışdır. Baş vermiş proseslərlə bağlı məhkəmə tərəfindən və yaxud bank və cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir.
6. Bankdan kredit götürülərkən iddiaçıya yalnız 50.000 manat kredit götürüldüyü barədə məlumat verilmişdir. 24 iyun 2020-ci il tarixli RPZ- B0014-06/19A saylı əlavə kredit müqaviləsindən ümumiyyətlə, iddiaçının məlumatı olmamışdır. Hazırda iddiaçı yeganə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır və cavabdehlərin qanunsuz razılaşmalarının nəticəsi olaraq yeganə yaşayış yerindən və mülkiyyətindən mərhum olmaq üzərədir. "xxxx" MMC tərəfindən iddiaçının ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixli 039/24 saylı məktubdan göründüyü kimi Nəsimi rayon İcra şöbəsinin 1242-178814/23-5-33 saylı xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən borclu Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" MMC tərəfindən 19 mart 2024-cü il tarixdə açıq hərraca çıxarılmışdır. Lakin iddiaçının ipoteka müqaviləsindən məlumatı olmamış, o, cavabdeh və bankın əməkdaşları tərəfindən aldadılmışdır.
İddiaçının tələbi:
7. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli BKMG-00014-06/19A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 18 noyabr 2019-cu il tarixli BKN- 00014-06/19A saylı və 2020-ci il 24 iyun tarixli RPZ-B0014-06/19A saylı kredit/ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və "xxxx" ASC arasında qanunsuz olaraq bağlanmış 2019-cu il 18 noyabr tarixli BKN-0014- 06/19A saylı əsas, 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A saylı əlavə, 2019-cu il 22 noyabr tarixli BKX-00014-06/19A saylı əlavə, 2020-ci il 24 iyun tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq bağlanmış 18 noyabr 2019-cu il tarixli BKMG-00014-06/19A saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
10. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək kredit müqavilələrinin və həmin müqavilələrin təminatı kimi bağlanmış sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın yüklülükdən azad edilməsini xahiş etmişdir. Müqavilələrin etibarsızlığl olaraq iddiaçının kommersiya məqsədləri üçün kredit götürüldüyündən heç bir məlumatının olmaması, eyni zamanda 260.000 manat Paşa Banka ödənilmişdir, bu məbləğ yanacaq doldurma məntəqəsinin əvvəllər olduğu borcuna ödənilmiş, bunlar şahid ifadəsi ilə təsdiqini tapmışdır. İddiaçının sadəcə 50.000 manat məbləğində kreditin götürülməsindən xəbərdar olmuşdur. Cavabdeh1 şəriki şahid Qocayev Ruslan da öz izahatında bildirmişdir ki, onlara cəmi 50.000 manat lazım idi, lakin pul götürə bilmədiklərindən 260.000 manatı da bank onlara demişdir ki, ödəməlidirlər. Şahid özü də demişdir ki, “Azər danışanda dedi ki, Lalə 310.000 manata razı olmayacaq.” Cavabdeh1 öz götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən 2020-ci il 24 iyun tarixində yenə də qanunsuz olaraq razılaşmaya gəlmiş və əlavə kredit müqaviləsini 257.000 manata bağlayırlar. Yəni, 310.000 manatı ödəyə bilmirlər deyə, yenidən kredit xətti açılmışdır. Bu əlavə müqavilədir. Lakin bütün bu proseslərdən Lalə xanımın heç bir məlumatı olmamışdır ki, söhbət onun yeganə yaşayış yeri olan mülkiyyətindən gedir. İpoteka haqqında Qanunda, mülki qanunvericilikdə və məhkəmə təcrübəsindən də görünür ki, şəxsin məlumatlandırılmaması birbaşa ipoteka müqaviləsinin etibarsızlığına gətirib çıxarır. Cavabdehin nümayəndəsinin və şahidin ifadəsindən də görünür ki, Bank BTB və Cavabdeh1 qabaqcadan razılığa gələrək Azəryanacaq Firmasının digər bank qarşısında olan öhdəliyini köçürmə vasitəsilə ödəmiş və kommersiya məqsədi ilə Azəryanacaq Firmasına 50.000 manat kredit verilmişdir. Cavabdehlər arasında baş tutan bütün proseslərdən İddiaçı xəbəri olmamış, kommersiya məqsədləri üçün kredit götürüldüyündən və sonrakı müqavilələrdən məlumatı olmamışdır. Həmçinin, artıq uzun müddətdir ki, iddiaçı və Cavabdeh1 ayrı təsərrüfat aparırlar, Cavabdeh1 Gəncə şəhərində, iddiaçı isə mübahisəli mənzildə- Bakı şəhərində yaşamaqdadır. Müqavilələr kommersiya məqsədli olmuş və külli miqdarda məbləğdə kredit götürülmüşdür. Bu məbləğ ailə xərclərinə istifadə edilməmişdir. Qanunsuz razılaşmalar nəticəsində iddiaçının mülkiyyətində olan əmlakından mülkiyyət hüquqlarından tamamilə məhrum olmuşdur. İddiaçı Kommersiya Məhkəməsində gedən proseslərdən də xəbərsiz olmuşdur. Mənzilin 1 milyon dəyəri olsa da hərraca 250.000-300.000 manata çıxarılır, lakin bundan İddiaçı məlumatı olmamışdır. Bu hüquqi cəhətdən də doğru deyildir. Cavabdeh Bankın nümayəndəsi də qeyd etdiyi kimi 260.000 manat Cavabdeh1 başqa bank qarşısında öhdəliyi üçün verilmiş, İddiaçı həmin yüksək məbləğdən ümumiyyətlə, məlumatı olmamışdır. Göndərilən qəbzlərin İddiaçı tərəfindən imza edilməsini təsdiq edən heç nə yoxdur. Ümumiyyətlə, İddiaçı məhkəmə proseslərindən məlumatı olmamışdır. Sənədlərdə sadəcə məhkəmənin ünvana məktubları göndərməsi öz təsdiqini tapır, lakin məhkəmə tərəfindən göndərilmiş bütün bildirişlər və məktublar Cavabdeh1 tərəfindən İddiaçı tanış olmaması üçün gizlədilmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 öz izahatında qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Artıq uzun müddətdir ki, məhkəmə prosesləri davam etməkdədir. 310.000 manat borcun həqiqiliyini etiraf etmişdir. İddiaçı digər bank qarşısında öhdəliklərlə bağlı razılıq verib-verməməsi hazırki mübahisə predmeti deyildir. Halbuki, BTB Bankla Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri bağlanan zaman İddiaçı notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcud olmuş və İddiaçı azad iradə ifadəsini əks etdirmişdir. Kommersiya Məhkəməsinin qətnaməsində də açıq-aşkar görünür ki, hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borc tutulmalıdır. 310.000 manat üçün iki müqavilə bağlanmışdır, 50.000 manat və 260.000 manat. Hər iki müqavilənin özünün ödəniş cədvəli mövcud olmuşdur. 260.000 manat onun digər bank qarşısında öhdəliyi üçün olmuşdur. Burada ipoteka qoyulması əsas kredit müqaviləsi üzrə olmuşdur. İpoteka müqaviləsi əsas kredit müqaviləsinə münasibətdə bağlanılmışdır. Kommersiya Məhkəməsində məhkəmə prosesləri zamanı İddiaçı bütün məhkəmə bildirişləri çatdırılmışdır. Bunu təsdiq edən sənədlər də elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Fakt olaraq İddiaçı bütün bu məhkəmə proseslərindən məlumatlı olmuşdur. İddiaçı imzası mövcuddur, lakin imzanın ona məxsus olub-olmamasını müəyyən etmək onun səlahiyyətində olan bir şey deyil. Sadəcə bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, onlar Qocayev Ruslanla birlikdə yanacaq doldurma məntəqəsi işlədirlər, yanacaq doldurma məntəqəsinin sənədləri qaydasında olmadığından oranı ipoteka qoya bilməmiş, bank isə ipoteka üçün əmlak tələb etmişdir. Belə olan halda məcbur olmuşdurlar ki, mənzili ipotekaya qoysunlar. Təbii ki, onun həyat yoldaşının bütün bu işlərdən xəbəri olmamışdır, çünki onun bu sahədən anlayışı olmamışdır. Sadəcə yoldaşını aparmışlar və o, notariusda imza etmişdir və evin ipotekaya qoyulmasına razılıq vermişdir. Lalə xanıma yeni bir iş quracaqlarını demiş və bildirmişlər ki, onlara 50.000 manat pul lazımdır. Xanımı ilə arasında söhbət belə olmuşdur ki, Ruslanla birlikdə işlərində problem vardır. Xanımı da yanacaq doldurma məntəqəsində işlədiklərini bilirdi. Biznes fəaliyyəti ilə məşğul olduğunu da bilmişdir. Məhkəmə proseslərindən sonra onun həyat yoldaşı ilə münasibətləri pisləşmiş və hazırda özü Gəncədə, xanımı isə Bakıda yaşayır. Pulu götürdükdən bir müddət sonra da koronavirus pandemiyası başlamışdır və götürdükləri məbləği ödəyə bilməmişdirlər. Müqaviləni notariusda Gəncə şəhərində bağlamışlar, çünki, krediti "xxxx"-nin Gəncə filialından almışdırlar. Notariat Bankın tövsiyə etdiyi notariat ofisi idi, ona görə də dəqiq ünvanını unutmuşdur. Şəmkir rayonuna getməklərini də xatırlamır, bəlkə də getmişdirlər. Notariat ofisinə gedərkən avtomobili özü idarə etmişdir. Krediti götürdükdən sonra koronavirus pandemiyası başladı, yanacaq doldurma məntəqəsi bütün pandemiya ərzində fəaliyyət göstərmiş, işçilərin hamısının əmək haqqları ödənilmişdir. Lakin yollarda avtomobil olmadığından işləri də yolunda getməmişdir. Sadəcə təcili yardım maşınları və polis maşınları yanacaq doldururdu ki, onların da öz yanacaq doldurma məntəqələri olduğundan onların məntəqəsindən heç kim istifadə etməmişdir. Bütün bunlardan sonra isə onlar müflis olmuşdurlar. Onlara 300 min manat kredit xətti açılmışdır. İlk öncə 50.000 manat, daha sonra isə 250.000 manat. İlk gündən 300.000 manat kredit ayrılmış, əvvəl 50.000 manatını, daha sonra isə 250.000 manatını xərcləmişdir. Mənzilin qiyməti 2019-cu ildə qiyməti 680.000 manat qiymətləndirilmiş, hazırda isə təxmini bazar dəyəri 1 milyon 200 min manatdır. Notariat ofisinə gedərkən bir avtomobildə Ruslan və özü, digər avtomobildə isə həyat yoldaşı Lalə xanım getmişdir. 2020-ci ildə 310.000 manat götürdükdə artıq onun həyat yoldaşının bundan xəbəri olmamışdır. Sadəcə 50.000 manat götürdükdə yoldaşı onlarla birlikdə gedərək imza etmişdir. O, Ruslanla özünə pul lazım olduğunu bildirmiş, bunun işləəlaqəli olduğunu demiş, lakin xanımına bu barədə dəqiq heç nə deməmiş, heç onun da bu məsələlərdən başı çıxmamışdır.
14. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən şahid X1 öz izahatında qeyd etmişdir ki, onlara- Azər və ona cəmi 50.000 manat pul lazım idi, lakin ondan da əvvəl 260.000 manat Paşa Banka borcları olmuşdur. Onlar işlə əlaqədar obyektin öz sənədlərini qoymaq istəmiş, lakin oranın sənədlərində problem olduğundan, obyektin çıxarışı olmadığından Bank bununla razılaşmadı. Daha sona Azər müəllim evi qoymağı fikirləşdi. Paşa Bankın borcunu da ödəmək lazım idi, yalnız həmin məbləğ ödənildikdən sonra yeni kredit götürmək mümkün idi. Paşa Bankdan da 260.000 manat pul vəsaiti sırf iş üçün götürülmüşdü. 260.000 manat üçün hansısa əmlakın girov qoyulub-qoyulmamasını xatırlamır. Paşa Bankdan kredit 10 ilə yaxın müddətdir ki, götürülmüşdü. Lakin girov olaraq hansı əmlakların qoyulmasını heç xatırlamır. Lalə xanımın razılıq verib-verməməsi barədə məlumatlı deyil. O Lalə xanımla birlikdə heç vaxt notariusa getməmişdir. Belə bir hadisə olmamışdır. Bildiyinə görə Azər müəllim hər zaman deyirdi ki, “Lalə məbləğ yüksək olduğuna görə bununla razılaşmaz”. Onların fikri Bank BTB-dən 50.000 manat götürmək idi, lakin 260.000 manat Paşa Banka olan borc buna mane olmuşdur. Paşa Banka olan 260.000 manat borcu Bank BTB ödədi. Bank BTB-yə ümumilikdə 310.000 manat borcları yaranmışdır. 50.000 manat pul vəsaitinin evə xərclənəcəyini Lalə xanıma bildirməli idi. Amma həmin məbləğ iş üçün istifadə edilmişdir. Azər müəllimlə birlikdə uzun müddətdir ki, şərikdirlər. Mənzilin əvvəllər başqa banklarda girov qoyulub-qoyulmaması barədə dəqiq məlumatı yoxdur. Lalə xanım və Azər müəllimlə birlikdə o, heç yerə - notarius getməmişdir. O, kredit müqavilələrinə imza atmamış, bütün kredit müqavilələrini Azər müəllim bağlamışdır. Onların ilkin fikri obyekti girov qoymaq idi, lakin bank obyektin sənədlərində problem olduğu üçün bununla razılaşmadı və məcbur olaraq evi girov qoymuşdurlar. Əslində onların ilk fikri də 50.000 manat almaq idi, lakin bank digər banka borc olduğundan 260.000 manat digər banka olan borcu bağlamış və bank öhdəlikləri yalnız Bank BTB-yə keçmişdir. Cəmi borcları 310.000 manat olmuşdur.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
15. AZ-İİ 065002 №li Nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və İddiaçı xx.xx.1993-cü il tarixdə Gəncə Nikah evində rəsmi nikaha daxil olmuş və bu barədə 387 №li akt qeydi aparılmışdır.
16. xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri 6 saylı Notariat ofisində notarial qaydada verilmiş **********765 nömrəli (reyestrdə 8İ-19765№ ilə qeyd edilmiş) ərizəyə əsasən Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən mənzilin ipotekaya(girova) qoyulmasına etiraz etmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, “həmin ipotekaya (girova) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda və ya o satıldıqda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeydşərtsiz tərk edəcəyəm”.
17. xx.xx.2019-cu il tarixli BKMG-00014-06/19A saylı Sonrakı İpoteka müqaviləsinə əsasən ipoteka saxlayan Bank BTB Açıq Səhmdar Cəmiyyəti, İpoteka qoyan- Cavabdeh1dur. Borc alan- "xxxx" Yanacaq Firmasıdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixli 1397 nömrəli reyestr kitabında, 127843 nömrəli vərəqində, **********44-05301-093026 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzil (sonrakı ipoteka predmeti) "xxxx" ASC Gəncə filialı ilə "xxxx" Yanacaq Firması arasında Gəncə şəhərində bağlanmış 26 dekabr 2018-ci il tarixli GL2967 saylı kredit limiti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış 17 yanvar 2019-cu il tarixli İ2701 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. 1.2-ci maddəyə əsasən borcalanla İpoteka saxlayan arasında Gəncə şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli BKN-00014- 06/19A nömrəli Əsas Kredit müqaviləsinə əsasən İpoteka saxlayan borc alana Əlavə müqavilələr bağlamaqla maksimal faiz dərəcəsi 35% olmaqla 310.000 manat məbləğinədək, xx.xx.2024-cü il tarixinədək kreditlər verir, Borc alan isə əlavə müqavilələrin şərtlərinə əsasən kreditlərin, onlara hesablanmış faizlərin ödənilməsilə birlikdə İpoteka saxlayana qaytarılmasını öz öhdəsinə götürmüşdür. Borc alan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdə, 4-cü gündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5%-i məbləğində cərimə hesablanır.
18. xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı Əsas kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə, maksimal faiz dərəcəsi 35% olmaqla xx.xx.2024-cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğinədək kreditlər verə bilər.
19. xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı Əlavə kredit müqaviləsinə əsasən borcverən 260.000 manat məbləğində krediti illik 17 faizlə 48 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öz öhdəsinə götürür.
20. xx.xx.2019-cu il tarixli BKX-00014-06/19A saylı Əlavə kredit müqaviləsinə əsasən borcverən borcalan üçün 50.000 manat ümumi məbləğində illik 17% olmaqla 36 ay müddətinə xx.xx.2022-ci il tarixədək bərpa olunan kredit xətti açır və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə krediti Borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən Biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2022-ci il tarixədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öz öhdəsinə götürür.
21. xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən yüklü edilən əmlak- ünvan 7, xeyrinə hüquq yüklü edilən şəxs- "xxxx" ASC, hüququ yüklü edilən şəxs Cavabdeh1dur. Yüklülüyün müddəti-xx.xx.2024-cü il tarixidir. Hüququn əvvəlki yüklülüyü- Paşa Bank ASC olmuşdur.
22. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, "xxxx" Yanacaq Firmasına və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi ləğv edilmişdir. xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borc və xx.xx.2019-cu il tarixli BKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi ürə 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəöik məbləğində borc olmaqla, ümumilikdə 332986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, həmçinin, 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 40, 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 680.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması, Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
23. Gəncə Kommersiya Məhkəməsi tərəfindən göndərilmiş 02 aprel 2024-cü il tarixli Reyestrə əsasən İddiaçı- ünvan 7 ünvanına baxış bildirişi sifarişli zərflə göndərilmişdir.
24. Poçt qəbzi (xəbərnaməyə) əsasən İddiaçı ünvan 7 ünvanına xx.xx.2021-ci il tarixdə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə imza edilərək qətnamə rəsmi qaydada təhvil alınmışdır.
25. "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli Hərrac bildirişinə əsasən xx.xx.2024-cü il tarixdə daxil olan Nəsimi rayon İcra şöbəsinin 1242-178814/23-5-33 saylı xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, borclu Cavabdeh1 məxsus əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır: hərraca çıxarılan əmlak- ünvan 7, ilkin satış qiyməti 680.000 manat, hərracın tarixi və vaxtı 19 mart 2024-cü il, saat 11:00 (növbəlilik əsasında).
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarı.
29. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
30. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il Qərarı.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair tarixli 2 aprel 2021-ci il Qərarı.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair tarixli 12 aprel 2021-ci il Qərarı.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli Qərardadı
34. İpoteka haqqında Qanun: 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. 8.2. Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq vəazadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdansonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
36. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
37. İddiaçının tələbi cavabdehlər Cavabdeh1 və "xxxx" ASC arasında qanunsuz olaraq bağlanmış 2019-cu il 18 noyabr tarixli BKN-0014-06/19A saylı əsas, 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A saylı əlavə, 2019-cu il 22 noyabr tarixli BKX-00014-06/19A saylı əlavə, 2020-ci il 24 iyun tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq bağlanmış 18 noyabr 2019-cu il tarixli BKMG- 00014-06/19A saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. İddia tələbindən də göründüyü kimi tələb əsas tələb və törəmə tələblərdən ibarətdir.
38. Məhkəmə ilk növbədə əsas tələb olan cavabdehlər Cavabdeh1 və "xxxx" ASC arasında qanunsuz olaraq bağlanmış 2019-cu il 18 noyabr tarixli BKN-0014-06/19A saylı əsas, 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A saylı əlavə, 2019-cu il 22 noyabr tarixli BKX-00014-06/19A saylı əlavə, 2020-ci il 24 iyun tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq bağlanmış 18 noyabr 2019cu il tarixli BKMG-00014-06/19A saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (§28)
39. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.
40. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. (§31)
41. Hər hansı əqdin, o cümlədən ipoteka müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. (§32) Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. (§28)
42. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı və Cavabdeh1 xx.xx.1993-cü il tarixində rəsmi nikaha daxil olmuş, (§15) mübahisəli mənzil birgə nikah dövründə cavabdehin adına rəsmiləşdirilərək əldə edilmiş, mübahisəli mənzil "xxxx" ASC ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış 17 yanvar 2019-cu il tarixli İ2701 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuş, daha sonra xx.xx.2019-cu il tarixli BKN- 00014-06/19A nömrəli Əsas Kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli BKMG- 00014-06/19A saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq mənzil Cavabdeh1 tərəfindən ipoteka qoyulmuşdur. (§17) xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı Əsas kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə, maksimal faiz dərəcəsi 35% olmaqla xx.xx.2024-cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğinədək kreditlər verə bilər (§18) xx.xx.2019-cu il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmamışdan bir gün əvvəl, yəni xx.xx.2019-cu il tarixində İddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində notarial qaydada verilmiş **********765 nömrəli (reyestrdə 8İ-19765№ ilə qeyd edilmiş) ərizəyə əsasən Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən mənzilin ipotekaya(girova) qoyulmasına etiraz etmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, “həmin ipotekaya (girova) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda və ya o satıldıqda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm”. (§16)
43. İddiaçı ipoteka müqaviləsi ilə bağlı aldadıldığını, əslində kreditin nə üçün götürüldüyü bilmədiyini, məbləğinin yalnız 50.000 manat olduğunu qeyd etmiş, sadalananlara əsasən ipoteka müqaviləsinin etibarsız olduğunu qeyd etmişdir. Məhkəmə iclasında izah verən Cavabdeh1 krediti biznes məqsədilə götürdüyü bildirmiş, lakin məbləğlə bağlı iddiaçını aldatmışdır. (§13) Məhkəmə cavabdehin məbləğlə bağlı iddiaçını aldatdığını etiraf etməsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisəli mənzil daha əvvəl Paşa Bankdan götürülmüş kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə, daha sonra isə cavabdeh bankla bağlanmış kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka qoyulmuşdur. Cavabdeh1 yenidən 50000 manat məbləğində pul lazım olduqda əvvəlki borcu olan 260000 manat məbləğində borcu ödəmək üçün cavabdeh Bank BTB ilə 310000 manat həcmində əsas kredit müqaviləsi bağlamış və (hər iki) borc öhdəliyinin icrasını təmin etmək məqsədilə mübahisəli mənzili ipoteka qoymuşdur. (§14)
44. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının ipoteka müqaviləsinin hansı məqsədlə bağlanmasından, kreditin məbləğinin yüksək olmasından məlumatsız olması, aldadılması, iradə ifadəsinin zədələnməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin edilməməlidir.
45. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “ipoteka müqaviləsi bağlandıqdan bir müddət sonra müxtəlif səbəblərdən həyat yoldaşı Cavabdeh1 faktiki olaraq ayrılmış və Gəncə şəhərindən Bakı şəhərinə hazırki mübahisəli mənzilə köçmüş və həmin mənzilə köçərək qeydiyyata düşmüşdür. Bundan sonra baş verənlərdən və Cavabdeh1 müqavilə öhdəliklərinin yerinə yetirib yetirmədiyi barədə iddiaçının heç bir məlumatı olmamışdır. Baş vermiş proseslərlə bağlı məhkəmə tərəfindən və yaxud bank və cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir.” (§5) Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ipoteka müqaviləsinə razılıq verərkən artıq həmin mənzildə qeydiyyatda olmuşdur (§16), poçt qəbzindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi həmin ünvana göndərilmişdir.
46. Məhkəmə hesab edir ki, hazırki işə kəsici müddət tətbiq edilməlidir.
47. Belə ki, AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedə qeyd edilir ki, MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. (§31)
48. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
49. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.(§30)
50. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli əmlakın əvvəl və daha sonra kredit müqavilələrinin icrasının təminatı məqsədilə ipoteka qoyulmasından, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən məlumatlı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığına görə 18 noyabr 2019-cu il tarixli BKMG-00014-06/19A saylı sonrakı ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
51. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və "xxxx" ASC arasında qanunsuz olaraq bağlanmış 2019-cu il 18 noyabr tarixli BKN-0014-06/19A saylı əsas, 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A saylı əlavə, 2019-cu il 22 noyabr tarixli BKX-00014-06/19A saylı əlavə, 2020-ci il 24 iyun tarixli RPZ- B0014-06/19A saylı əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq bağlanmış 18 noyabr 2019-cu il tarixli BKMG-00014-06/19A saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir.
52. İddiaçının digər tələbi İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin yüklülükdən azad edilməsi barəsindədir. Məhkəmə hesab edir ki, iddia tələbinin ikinci hissəsi əsas tələb hissəsi ilə sıx bağlıdır. İddia tələbi əsas tələb hissəsində rədd edildiyindən törəmə tələb hissəsində də rədd edilməlidir.
53. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri:
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova