Məhkəmə qərarları › İş №2(011)-3930/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3930/2021

19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3930/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyindən iddiaçıya məxsus əşyaların-6 yorğan, 7 döşək, 6 yastıq, 6 yastıqca, 2 ədəd güldan, 3 ədəd meyvə qabıkonfet qabı, 2 ədəd qənd qabı-2 ədəd mürəbbə qabı, 2 ədəd külqabı-2 ədəd dənə qabı, 12 razetka, 12 xrustal stəkan, 6 qədəh-su qabı, ütü, 2 ədəd qazan dəsti, qaşıq dəsti, tozsoran, 2 ədəd fincan dəsti, 2 ədəd üçmərtəbə, 2 ədəd çaynik, 1 ədəd qrafin çay qabı, 3 ədəd podnos, 2 dəmir podnos, 2 güllü podnos, 6 ədəd qrafin-qədəh-bakal, çay-nahar servisi, nahar servisi-1 bulud, paltaryuyan maşın, peç, ətçəkən maşın, xalça 2,5m x 3,5 m, kilim 1,5m x 3m, şəkər tozu qabı-qənd qabı, 2 ədəd çörək qabı, 2 ədəd süfrə, 1 ədəd vanna, 2 ədəd ləyən, printer, prosessor, klaviatura, stol, 2 ədəd taxt üstü ədyal, 1 ədəd divan döşəyi, 2 ədəd güldan, saat, şirəçəkən maşın, mikser, uşaqların çarpayıları, çemodan, iddiaçının və uşaqların paltarları, iddiaçının anasının paltarları, çemodanı, kurtkası, iddiaçının ayaqqabıları, kitabları, uşaqların kitabları, çantası, termos, uşaqların oyuncaqları və vannası, şampunlar, elektrik çaydanı, fen, uşaqların ayaqqabıları, təzyiq ölçən aparat, yataq mebeli, mətbəx mebeli, uşaqların vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar