Məhkəmə qərarları › İş №2(011)-395/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-395/2021

16.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-395/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi X2, İddiaçı2 nümayəndəsi X14, Cavabdeh X4 nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişlər ki, cavabdeh X10 iddiaçı olaraq onun, İddiaçı1 doğma qızı, digər iddiaçı olan İddiaçı2 isə doğma bacısıdır. Mübahisəli mənzil olan ünvan 1 saylı ünvanda yerləşən mənzil iddiaçı olaraq onun, İddiaçı1, mülkiyyətində idi və iddiaçı olaraq o, İddiaçı1 ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən xx.xx.2018-ci il tarixdə cavabdeh X4 adına mülkiyyət hüququ tanınmışdır. Mübahisəli mənzil olan ünvan 2 61 saylı ünvanda yerləşən mənzil İddiaçı2 mülkiyyətində idi, İddiaçı2 ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən xx.xx.2018-ci il tarixdə cavabdeh X4 adına mülkiyyət hüququ tanınmışdır. ünvan 2 61 saylı ünvanda yerləşən mənzil İddiaçı2 mülkiyyətində olmasına baxmayaraq həmin mənzil onun pulu hesabına alınmışdır, lakin sənədləşdirmə İddiaçı2 adına qeyd edilmişdir. İddiaçı olaraq onun, İddiaçı1 79 yaşı var xəstə və yaşlı insandır. ünvan 1 saylı ünvanda yerləşən mənzili və ünvan 2 61 saylı ünvanda yerləşən mənzili cavabdeh X7 bağışlamaqlarının əsas səbəbi odur ki, iddiaçı olaraq onun İddiaçı1 79 yaşı var, xəstə və yaşlı insandır, cavabdeh ona bildirmişdi ki, əgər bu mənzilləri cavabdeh X7 bağışlasalar o, ölən günə qədər ona baxacaq və bütün tələbatlarını ödəyəcək. Bu səbəbdən də, ünvan 1 saylı ünvanda yerləşən mənzili və ünvan 2 61 saylı ünvanda yerləşən mənzili cavabdeh X7 bağışlamışdılar və bunun müqabilində cavabdehdən pul almamışdılar. Mübahisəli mənzillər cavabdehin mülkiyyətinə keçdikdən sonra cavabdehin ona qarşı münasibəti dəyişmişdir və o, başa düşmüşdür ki, oyuna gəlmişdir, cavabdeh mənzillərə yiyələnmək üçün ona yalan vədlər verərək onun etibarından sui-istifadə etmişdir. Hal-hazırda cavabdeh ona heç bir fiziki, maddi və mənəvi köməklik göstərmir. Sonradan başa düşmüşdür ki, cavabdehin əsas məqsədi onu aldadaraq bağışlama müqaviləsi bağlayıb evləri ələ keçirtməkdir. İndidə deyir ki, anasının ölümünü gözləyir. Onun kimi ana cavabdehin bu hərəkətlərinə layiq deyil. İddiaçılar göstərilənləri nəzərə alaraq, iddiaçı olaraq onunla - İddiaçı1 ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” ləğv edilməsinə və ünvan 1 saylı ünvanda yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına, iddiaçı olaraq İddiaçı2 ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” ləğv edilməsinə və ünvan 2 61 saylı ünvanda yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, göstərmişlər ki, ünvan 1 saylı ünvanda yerləşən mənzil iddiaçı olaraq onun, İddiaçı1 adına olduğundan mənzilin kommunal xidmətdə müəyyən sənədləşdirmə işləri aparmaq üçün o, oğlu Maqsuda geniş mülki etibarnamə vermişdi. 2018-ci ilin may ayında qəflətən ağır xəstələnmişdi və vəziyyəti çox pis idi, hətta yatağa düşmüşdü. Uşaqları onun öləcəyi qənaətinə gəlmiş, oğlu Maqsud isə ona demədən həmin etibarnamədən istifadə edərək ünvan 1 saylı ünvanda yerləşən mənzilə dair cavabdeh X10 ilə bağışlama müqaviləsi bağlamışdır. İddiaçı2 isə ünvan 2 61 saylı ünvanda yerləşən mənzili cavabdeh X7 bağışlamağının əsas səbəbi odur ki, o, İddiaçı1 79 yaşı var, xəstə insandır və ölüm yatağındadır. Cavabdeh İddiaçı2 və oğlu Maqsuda bildirmişdir ki, əgər bu mənzilləri cavabdeh X7 bağışlasalar anaları olaraq o, İddiaçı1 ölən bir günə qədər cavabdeh X10 İddiaçı1 baxacaq və bütün tələbatlarını ödəyəcək, hətta anaları olaraq onun, İddiaçı1 başına nəsə gəlsə bütün yas mərasimini də cavabdeh X10 ödəyəcəkdir. İddiaçılar göstərilənləri nəzərə alaraq, iddiaçı olaraq o, İddiaçı1 ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” ləğv edilməsinə və ünvan 1 saylı ünvanda yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına, iddiaçı olaraq İddiaçı2 ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” ləğv edilməsinə və ünvan 2 61 saylı ünvanda yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı1 və onun nümayəndəsi X8 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən digər İddiaçı2 nümayəndəsi X21 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh X4 nümayəndəsi və eyni zamanda vəkili X13 iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş, atası X11, anası İddiaçı1dır. İş materiallarında olan AЗ seriyalı 361068 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1963-cü il tarixdə Nuxa şəhərində anadan olmuş, atası X11, anası İddiaçı1dır. İş materiallarında olan V-ЖГ seriyalı 326168 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və ölüm faktı 408 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan İ-ИЕ seriyalı 091558 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı1 xx.xx.1958-ci il tarixdə nikaha daxil olmuşlar və nikahları 36 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən mənzil **********54-10301 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən mənzil xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən mənzil xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə X3 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 saylı ünvanda yerləşən 61 saylı mənzil xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 2918 nömrəli reyestr kitabının 272321 nömrəli vərəqində X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X24 küçəsi, 10 saylı ev xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 məxsus ünvan 1 saylı ünvanda yerləşən mənzilin 1/3 hissəsi anası X1. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən mənzil xx.xx.2018-ci il tarixdə X7 bağışlanmışdır. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 28 saylı ev xx.xx.2018-ci il tarixdə X7 bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı 134626 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 saylı ünvanda yerləşən 50 saylı mənzilə xx.xx.1998-ci il tarixdə 1428 nömrəsi ilə İddiaçı2 xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh X7 bağışlama müqaviləsinin ləğv edilməsi üçün 3 iş günü müddətində notariat ofisinə yaxınlaşması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin normalarına istinad ediləcək) 666.1-ci maddəsi müəyyən edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. (668-ci maddə). Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. (669-cu maddə). Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. (670-ci maddə) Göründüyü kimi, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. (673-cü maddə). Bağışlamanın ləğvi ilə bağlı məsələləri tənzimləyən 674-cü maddə müəyyən edir ki, bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan yalnız iki halda ləğv edilir: bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödənilməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Eyni Məcəllənin 82.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmədə bilavasitə tədqiq edilmiş subutlarla müəyyən olundu ki, İddiaçı1 Şəki şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evi öz doğma qızı X7 bağışlamışdır. Həmçinin İddiaçı2 ünvan 2 61 saylı mənzili öz doğma bacısı X7 bağışlamışdır. Bağışlama müqavilələri mülki qanunvericilikdə nəzərdə tutulmuş notarial qaydada təsdiq edilmiş, həmin müqavilələrdə hər hansı şərtlər müəyyən edilməmiş, tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. Həmin müqavilənin tərəfi cavabdeh X10 İddiaçı1 qızı və İddiaçı2 bacısı olduğu halda, iddiaçılar hazırki iş üzrə cavabdeh olan, bağışlama müqaviləsinin tərəfi olan şəxs tərəfindən aldadıldıqlarına istinad edərək, həmin müqavilələrin ləğv edilməsini tələb etmişlər. Məhkəmə baxışı zamanı İddiaçı1 və İddiaçı2 X10 tərəfindən aldadılmaları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, İddiaçı1 və İddiaçı2 hədiyyə alan X10 tərəfindən aldadılmaları faktı təsdiqini tapmamışdır. Bununla yanaşı müqavilə tərəfinin aldadılması müqavilənin etibarsızlığı üçün əsas olsa da, hazırki mülki iş üzrə bağışlama müqavilərinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar da müəyyən edilməmişdir. Bağışlama müqaviləsindən imtinaya səbəb ola biləcək mülki qanunvericilikdə təsbit edilmiş hallar hazırki mülki iş üzrə müəyyən edilməmişdir. Belə ki, hədiyyə alan X10 hədiyyə verənlərin-İddiaçı1 və İddiaçı2, həmçinin onlarn yaxın qohumlarının barəsində ağır cinayət törətməmiş; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmamışdır, bağışlama müqaviləsində hər hansı öhdəlik müəyyən edilmədiyi üçün bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədiyi müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar