Məhkəmə qərarları › İş №2(011)-3952/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3952/2025

23.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3952/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən övladları Cavabdeh müalicəsi üçün onun tərəfindən çəkilən 10.000 manat pul məbləğinin yarısı, yəni 5.000 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh şəxslə birgə nikahdan iki övladları var: xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Hər iki uşaq iddiaçının himayəsindədir. Övladları Hüseyn autizm kanner sindromlu xəstədir. Onun mualicəsi üçün xərci iddiaçı çəkir indiyə qədər ümumilikdə 10.000 manat xərcləmişdir. Buna görə də çəkilən xərcin yarısını cavabdeh ödəməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları xx.xx.2025-ci il tarixli 31 saylı arayışa əsasən Füzuli rayonunun məcburi köçkün İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 ailə tərkibi ilə ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, xx.xx.2020-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə zamanı sonuncuda Psixoloji inkişafın ümumi pozuntusu, X15 Sindromu aşkar edilmiş, ikinci dərəcəli əllilik, orqanizmin funksiyalarının 70% pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 1/216 saylı, xx.xx.2023-cü il tarixli Həkim Psixiatr Komissiyası rəyinə əsasən, Komissiyanın qərarı ilə F84.0 X15 Sindromu öz təstiqini tapmışdır. X14 tərəfindən təqdim edilmiş 19 may 2025-ci il tarixli arayışa əsasən X8 X15 sindromlu olduğu ilə əlaqədar həqiqətən 2023-cü ilin yanvar ayından etibarən mərkəzlərindəki psixoloji xidmətlərə cəlb olunmuş və davamlı olaraq fərdi psixoloji seanslarda iştirak etmişdir. X14 tərəfindən tərtib edilmiş məktuba əsasən, iddiaçı olan İddiaçı himayəsində olan X2 tədris mərkəzinə 2023-cü ilin yanvar ayından bayramlar və uşağın xəstə olduğu vaxt istisna olmaqla davamlı şəkildə həftədə 2 dəfə seansın biri 10 manat olmaqla xx.xx.2025ci il tarixinədək gəlmişdir. X1 indiyə qədər davam etməkdədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.

2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.

3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında qeyd edilmişdir ki, Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, xx.xx.2020-ci il təvəllüdlü X8 X15 sindromundan əziyyət çəkir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi zamanı da uşaqda həmin xəstəliyin olduğu öz təsdiqini tapmışdır. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X8 davamlı şəkildə müayinə və müalicə almalıdır. Bununla bağlı, İddiaçı X13 müraciət etmişdir. Həmin mərkəzdə X6 2023-cü ilin yanvar ayından etibarən psixoloji xidmətlər göstərilmiş və davamlı olaraq fərdi psixoloji seanslar keçirilmişdir. Beləliklə göründüyü kimi, X4 əlilliyi ilə bağlı onun xüsusi qayğı və qulluğa ehtiyacı vardır. Hər iki valideyn isə uşağına lazım olan xüsusi qayğı və qulluğu maddi və mənəvi cəhətdən göstərməyə borcludurlar. Digər tərəfdən, valideynlərdən hər biri məhkəmə tərəfindən uşaqların xəstəliyi ilə bağlı xərclərin ödənilməsinə cəlb oluna bilər. Hazırki mülki işə əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X6 X12 psixoloji xidmətlər göstərilməsi üçün İddiaçı tərəfindən müraciət olunmuşdur və uşağın müayinə və müalicəsi üçün ümumilikdə 2360 manat pul vəsaiti xərclənmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, İddiaçı iddia edir ki, uşağın müalicəsinə X13 ödənilmiş 2360 manatdan əlavə olaraq 2640 manat pul vəsaiti də xərclənmişdir. Həmin pul vəsaitinin xərclənməsinə dair sübut kimi məhkəməyə Narınc psixologiya mərkəzinin dianostika vərəqəsini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bir neçə tövsiyyə vərəqələrini əlavə etmişdir. Məhkəmə sübut qismində təqdim edilmiş sənədləri təhlil edərək bildirmək istəyir ki, mülki işə əlavə edilmiş sənədlərdə X4 müalicəsi üçün lazım olan reabilitasiya prossedurlarının və dərman preparatlarının siyahısı verilmişdir. Lakin qeyd olunmuş prossedurların aparılmasına, yazılmış preparatların alınmasına, alındığı təqdirdə hansı hansı məbləğdə vəsaitin ödənildiyinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ağır xəstəliyi olan birgə uşağın müayinə və müalicəsi üçün xərclərdə iştirak etmək hər iki valideynin vəzifəsi olaraq qəbul edilərək, iddiaçı tərəfindən xx.xx.2020-ci il təvəllüdlü X4 müalicəsinə xərclənmiş pul məbləğinin yarısı olan 1180 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1180 (min yüz səksən) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar