Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3960/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın 3 yaşı tamam olandək ona qulluqla bağlı alimentin təyin edilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X1 arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixli 154 saylı akt qeydi ilə bağlanmış rəsmi nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək ona qulluq etməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixdən etibarən hər ay 100 manat alimentin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü ildə 154 saylı akt qeydi ilə rəsmi nikaha girib ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşağları anadan olmuşdur. Övladının biri Bakı şəhəri 264 saylı Litseydə oxuyur. Digərinin isə hələ 3 (üç) yaşı tamam olmamışdır. Hər iki uşaq 2 (iki) ildir ki, onun himayəsində qalırlar. Xasiyyətlərin tutmaması səbəbindən cavabdehlə 2 (iki) ildir ayrıayrılıqda yaşayırlar. O, heç yerdə işləməsə də cavabdeh bunu bildiyi halda ona bu illər ərzində nə aliment ödəyir və ya 3 yaşı tamam olmayan uşağına görə ona müavinət ödəməkdən yayınır. Belə ki, o bu ailə mübahisəsinin məhkəmədən kənar qaydada həll olunması məqsədi ilə “İlkin mediasiya sessiyasına gəlməkdən belə yayınmışdır. Faktiki olaraq övladlarını valideynlərinin ona göstərdikləri maddi köməkliyi (dəstəyi) ilə saxlayır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə teleqramla müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar işin təxirə salınmasını xahiş etmişdir. Həmin ərizəyə mötəbər sübut əlavə edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “Təsilova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” mediasiya arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də “inşaat fəhləsi” vəzifəsində işləyir, aylıq əmək haqqısı 380 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3196/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 03 sentyabr 2016-cı il təvəllüdlü X4 və 13 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən həy ay 100 manat məbləğində alimentin tutulması tələb edilsə də, cavabdehin həmin məbləği ödəməyə zəruri vəsaitə malik olması iş materialları ilə təsdiq olunmur. Buna görə də xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının xeyrinə alimentin tutulması barədə iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “uşağın 3 yaşı tamam olanadək ona qulluqla bağlı alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3960/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3960/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver