Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-399/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qalıq əmək haqqı olaraq ödənilməli pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı1 xx.xx.1986-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “Ulduz” X8rovul rəisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək isə anbar müdiri vəzifəsində, İddiaçı2 isə “Ulduz” X13 kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişlər.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-cı il tarixli 2(011)-2211/2012 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 Ərrahman oğlu və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X3rşı əmək haqqlarının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, «Ulduz» EİB-dən 1889,40 manat İddiaçı1, 495,90 manat X9, 1293,98 manat X1, 3895,36 manat X7, 3953,48 manat İddiaçı2, 7072,73 manat X4, 1916,76 manat X2, 2517,75 manat X5 və 2332,35 manat X11 xeyrinə tutulmasl qət edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:
3. İddiaçılar İddiaçı1 xeyrinə 607 manat, İddiaçı2 xeyrinə 7909 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, 2007-ci ildə işlədikləri “Ulduz” X16 fəaliyyəti dayandırılmış və zavod cavabdehin tabeliyinə verilmişdir. Onlarla birlikdə bir neçə nəfər saxlayıblar. Zavod cavabdehin tabeliyinə keçdikdən sonra əmək haqqlarının ödənilməsi çətinləşmiş və yığılıb qalmışdır. Yığılan pulun yalnız cüzi hissəsi ödənildiyindən 2012-ci və 2016-cı illərdə məhkəməyə müraciət etmişlər və məhkəmələr “Ulduz” X12 əmək haqqlarının tutularaq onlara ödənilməsi barədə qətnamələr qəbul etmişlər. Lakin zavodun heç bir əmlakı olmadığı üçün həmin pulların ödənilməsi mümkün olmamışdır. Dəfələrlə əmək haqlarının ödənilməsində köməklik göstərilməsi üçün cavabdehə müraciət etsələr də, heç bir nəticə verməmişdir. Sonradan 2012-ci ildəki məhkəmə qərarı Prezidentin müavinin göstərişi ilə Maliyyə Nazirliyinə göndərilmiş, yalnız həmin məhkəmə qərarı əsasında ödənilməli pullar ödənildi. Onlara bildirdilər ki, qalan əmək haqqı üçün təkrar məhkəməyə müraciət etməlidirlər. Təkrar məhkəməyə müraciət etdiklərində 2020-ci ildə məhkəmə qətnaməsi qəbul edildiyi halda Nərimanov rayon İcra şöbəsi tərəfindən zavodun əmlakı olmadığından icra edilmədi. İcra Şöbəsindən bildirildi ki, qətnamədə ƏMDX-nin adı qeyd edilməlidir ki, pul vəsaitləri ondan tutulsun. Hal-hazırda məhkəmə qərarında cavabdehin adı qeyd edilmədiyinə görə onlar həmin pul vəsaitlərini cavabdehdən tələb edə bilmirlər. Sonradan onlara bildirdilər ki, zavodun vergilərdən yığılan çoxlu əmlakı var məhkəmə qərarı cavabdehə yönləndirilsin ki, həmin pul vəsaiti tutulsun.
Məhkəmə iclasında verilən izahatlar:
5. İddiaçılar məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər.
6. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
7. Maddə 3.5 Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür.
8. Maddə 42.2 Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
9. Maddə 154.1-ci Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
10. Maddə 83.2 İşəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
11. Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq- ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
12. Maddə 3.5 Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçiarasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqvə vəzifələrini əks etdirən yazılı müqavilədir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 50.3 İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
15. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
20. Tərəflər arasındakı mübahisə ödənilməmiş əmək haqları ilə bağlıdır. İddiaçı1 607 manat, İddiaçı2 isə 7909 manat ödənilməmiş əmək haqlarının cavabdehdən tutulmasını tələb edirlər.
21. Əmək Məcəlləsinin 154-cü maddəsində verilən anlayışa görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, qanunun verdiyi anlayışdan da məlum olur ki, əmək haqqının tələb edilməsi üçün ilk növbədə onun tərəfləri arasında əmək müqaviləsi bağlanmalıdır. Əmək müqaviləsi üzrə tərəflər isə işçi ilə işəgötürəndir.
22. Qanunverici əmək münasibətlərinin iştirakçıları kimi işçi və işəgötürəni müəyyən etməklə, onların əmək müqaviləsindən irəli gələn qarşılıqlı hüquq və öhdəliklərini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə əmək müqaviləsi isə cavabdehlə deyil, iddiaçılar - İddiaçı1 və İddiaçı2 ilə “Ulduz” X19 arasında bağlanmışdır. Buna baxmayaraq, iddia ərizəsində iddiaçılar “qalıq əmək haqqı olaraq ödənilməli pul tələbi” barədə iddia tələbinə cavab verəcək şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini göstərmişdirlər.
23. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işəgötürən olmadığından əmək mübahisəsinin tərəfi deyildir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə götürən təşkilat olmadığından, bununla da əmək mübahisəsinin tərəfi və iddiaçılar ilə əmək münasibətlərində olmadığndan iddia tələbi təmin olunmamalıdır.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı