Məhkəmə qərarları › İş №2(011)-4078/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4078/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4078/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı ona məxsus cehiz və ev əşyaları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi prospekti, ev 7 ünvanında yerləşən, 102 saylı mənzildən məcburi qaydada çıxarılması və mənzildən çıxarılma xərclərinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Həmin vaxt onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşamışdır. Hal-hazırda cavabdehlə iddiaçının arasında olan 14 sentyabr 2017-ci il tarixli nikah Xətai Rayon məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(11)-5253/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Çoxsaylı tələblərinə baxmayaraq cavabdeh mənzili artıq iki ilə yaxındır ki, boşaltmır və sözü gedən cehizlər iddiaçıya məxsus evdə qalmış və cavabdeh əşyaları geri götürməkdə maraqlı olmamışdır. Hesab edir ki, Cavabdeh qıznın cehizləri onun mülkiyyətimdə olan mənzildən çıxarılmalıdırlar. Onun cehiz və ev əşyaları həmin mənzildə yer tutur və iddiaçıya evdə yaşamağın üçün maneçəlik edir. İddiaçı ərizəsində mətbəx otağı üçün nəzərdə turulmuş cehiz əşyaları: 1 ədəd “Samsung” markalı paltaryuyan maşın, 1 ədəd “Galanz” markalı qab yuyan maşın, 1 ədəd qab qurudan, 5 ədədli şirəli qazan dəsti, 4 ədədli qranit qazan dəsti, 3 ədəd qranit tava, 8 ədəd meyvə bıçağı, 2 ədəd taxta qaşıq, 1 ədəd çörək qabı, 1 ədəd “Eurolux” markalı şirəçəkən maşın, 1 ədəd “Galaxy” markalı ətçəkən maşın, 1 ədəd “Pelitte” markalı ləpəçəkən, 1 ədəd “Sonifer” markalı blender, 1 ədəd “Haeger” markalı blender, 1 ədəd “Sonifer” markalı mikser, 1 ədəd qab setkası, 1 ədəd soba, servis dəstləri, 1 ədəd çaynik, krem qarışdırma fırçası, qaşıq və çəngəl dəstləri, digər otaqlar üçün nəzərdə tutulmuş; 1 ədəd uşaq yataq dəsti, 1 ədəd çarpayı, 1 ədəd “LG” markalı televizor, 1 ədəd “Eurolux” markalı tozsoran, 1 ədəd ütü stolu, 1 ədəd çılçıraq, pərdə, yorğan-döşək örtükləri, dəsmalların Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi prospekti, ev 7 ünvanında yerləşən, 102 saylı mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlə iddiaçının arasında 27.09.2019-ci ildə rəsmi nikah pozulmuşdur. Hal-hazırda cavabdeh iddiaçıya məxsus mübahisəli mənzildə yaşamır, lakin ona məxsus cehiz və şəxsi əşyalar yuxarıda qeyd edilən mənzildə qalmışdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, Cavabdeh İddiaçı mülkiyyətçisi olduğu mübahisəli mənzildən əşyalarını çıxardaraq həmin mənzil boşaltmaması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdehə məxsus cehiz və şəxsi əşyaların iddiaçıya məxsus mənzildə qaldığından, bu isə öz növbəsində iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Beləliklə də məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən ona məxsus aşağıdakı siyahı üzrə cehiz əşyaları İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Məbi prospektində yerləşən 7 saylı evin 102 saylı mənzilindən Cavabdeh hesabına çıxarılsın:

1. 1 ədəd “Samsung” markalı paltaryuyan maşın,

2. 1 ədəd “Galanz” markalı qab yuyan maşın,

3. 1 ədəd qab qurudan,

4. 5 ədədli şirəli qazan dəsti,

5. 4 ədədli qranit qazan dəsti,

6. 3 ədəd qranit tava,

7. 8 ədəd meyvə bıçağı,

8. 2 ədəd taxta qaşıq,

9. 1 ədəd çörək qabı,

10. 1 ədəd “Eurolux” markalı şirəçəkən maşın,

11. 1 ədəd “Galaxy” markalı ətçəkən maşın,

12. 1 ədəd “Pelitte” markalı ləpəçəkən,

13. 1 ədəd “Sonifer” markalı blender,

14. 1 ədəd “Haeger” markalı blender,

15. 1 ədəd “Sonifer” markalı mikser,

16. 1 ədəd qab setkası,

17. 1 ədəd soba,

18. servis dəstləri,

19. 1 ədəd çaynik,

20. krem qarışdırma fırçası,

21. qaşıq və çəngəl dəstləri,

22. 1 ədəd uşaq yataq dəsti,

23. 1 ədəd çarpayı,

24. 1 ədəd “LG” markalı televizor,

25. 1 ədəd “Eurolux” markalı tozsoran,

26. 1 ədəd ütü stolu,

27. 1 ədəd çılçıraq

28. 1 ədəd paltar səbəti

29. Pərdə

30. yorğan-döşək örtükləri,

31. Dəsmallar Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar