Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4092/2021 22.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi 6G72TH2240 olan, Ban nömrəsi JMYLRV938J709035 olan, dövlət qeydiyyat nişanı 99TA891 olan Mitsubishi Pajero minik avtomobilinin alğısatqısı haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 23.09.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və həmin avtomobilin Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 09.08.2021-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi 6G72TH2240 olan, Ban nömrəsi JMYLRV938J709035 olan, dövlət qeydiyyat nişanı 99TA891 olan Mitsubishi Pajero minik avtomobilinin alğısatqısı haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 23.09.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilin tam saz (istifadəyə yararlı) və zədəsiz vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü ilə iddiaçının mülkiyyətində olan 2007-ci il buraxılışlı, dövlət qeydiyyat nişanı 90MA754 olan Mitsubishi Pajero minik avtomobili həmin cinayət işində zərərçəkmiş şəxs olan Cavabdeh1 qaytarılmışdır, iddiaçı Abşeron rayon məhkəməsinin 16 may 2019-cu il tarixli, İş № 1 (012)-151 /2019 saylı hökmündən apelyasiya şikayəti vermişdir, Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 1(105)314/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2020-ci il tarixli qərarı dəyişdirlmədən saxlanılmışdır, iddiaçının kassasiya şikayəti əsasında Ali Məhkəmənin 1(102)-240/2020 saylı qərarı ilə iş baxılması üçün yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(105)-230/2020 saylı qərarı ilə, hökmdə "Mitsubushi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Cavabdeh1 qaytarılsın" ifadəsi "Mitsubishi Pajero" markalı, 99-MA754 qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın" ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmiş, maraqlarına toxunan İddiaçı apelyasiya şikayəti təmin edilmişdir, Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü hazırda qanuni qüvvədədir, lakin Cavabdeh1 işin məhkəmələrdə davam etməsinə baxmayaraq həmin avtomobilin qaytarılmasını çətinləşdirmək, həm də avtomobilin əlindən alınmasının qarşısını almaq üçün avtomobili 29.09.2019-cu il tarixdə digər Cavabdeh2 satmışdır, Cavabdeh1 avtomobil barəsində sərəncam vermək hüququnu Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə əldə etmişdir, lakin hökmdəki həmin ifadə Sumqayıt Apelyasiya Məhkəməsinin 09.10.2020-ci il tarixli qərarı ilə dəyişdirilərək "Mitsubishi Pajero" markalı, 99-MA754 qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın" ifadəsi ilə əvəz edildiyindən Cavabdeh1 aldatma yolu ilə hərəkət edərək avtomobili Cavabdeh2ə satmışdır, Cavabdeh1 avtomobili satmaq səlahiyyəti olmamışdır, hazırda maşın Cavabdeh2 adınadır, lakin əsas vicdanlı mülkiyyətçi isə iddiaçıdır, hazırda cavabdehlər arasında alqı-satqı müqaviləsi olduğundan əmlakı iddiaçının adına keçirmək mümkün deyildir, bu səbəbdən müqavilənin etibarsız hesab olunması zəruridir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 13.08.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisəli maşını sonradan alan şəxsdir, həmin avtomobili 19 sentyabr 2019-cu ildə almış və 3 gün sonra adına keçirmişdir, o vaxtdan özü istifadə edir, vicdanlı alıcıdır, avtomobili qanuni şəkildə əldə etmiş, dəyərini ödəmiş və sonra da xeyli pul sərf edərək onu təmir etmişdir, maşını öz adına sənədləşdirəndə onda hər hansı mübahisəli məsələnin olduğu ona bildirilməmişdir, iddiaçı belə iddia qaldırmaqla avtomobili geri istəyir, lakin pulu tələb etməli olduğu şəxs deyildir, hazırda 09.10.2020-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarından kassasiya şikayəti vermişdir, Ali Məhkəmənin Cinayət Kollegiyasının iş üzrə gələcəyi nəticə hazırki məsələyə birbaşa təsir edəcək, bu səbəbdən işə baxılana və yekun məhkəmə qərarı çıxarılana qədər hazırki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Mülki iş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzrlü səbəbləri və ya bunun mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən Vəkil1 ünvanlanmış 08.04.2021-ci il tarixli məktuba əlavə edilmiş komputer çıxarışından görünür ki, 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobili 17.11.2017-ci il tarixdə İddiaçı adına alqı satqı müqaviləsi əsasında, 12.06.2019-cu il tarixində Cavabdeh1 adına məhkəmə hökmünə əsasən qeydiyyata alınmışdır. Həmin çıxarışdan görünür ki, 23.09.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-151/2019 saylı 16 may 2019-cu il tarixli Hökmü ilə DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, "Mitsubishi Pajero" markalı, **-BA-***" qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 qaytarılması və cinayət işi üzrə müiki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Cavabdeh1 oğlunun mülki cavabdehə qarşı maddi zərərin və dəymiş mənəvi zərərin məsi tələbinə mülki iddiaçı Cavabdeh1 mülki iddia tələbi üzrə icraata xitam verilməsi hökm edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-240/2020 saylı 11 mart 2020-ci il tarixli Qərarı ilə işin müəyyən olunmuş hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-151/2019 saylı 16 may 2019-cu il tarixli Hökmündən İddiaçı apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il qərarı ilə hökm dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan həmin Qərardan görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il qərarı iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, "Mitsubishi Pajero" markalı, **-BA-*** " qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 qaytarılması və cinayət işi üzrə müiki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Cavabdeh1 oğlunun mülki cavabdehə qarşı maddi zərərin və dəymiş mənəvi zərərin məsi tələbinə mülki iddiaçı Cavabdeh1 mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsi qərara alınmış, cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yei məhkəmə baxışına təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-230/2020 saylı 09.10.2020-ci il tarixli Qərarı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)151/2019 saylı hökmü maddi sübuta aid hissədə dəyişdirilmiş, hökmdə “Mitsubhishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh1 qaytarılsın” ifadəsi “Mitsubishi Pajero” markalı, **-MA- *** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 17.11.2017-ci il tarixində mübahisəli avtomobil alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmışdır, həmin avtomobil 12.06.2019-cu il tarixində Cavabdeh1 adına qeydiyyata alınmış və buna əsas məhkəmə hökmü olmuşdur, 23.09.2019-cu il tarixdə həmin avtomobil onun tərəfindən digər Cavabdeh2 adına rəsmiləşdirilmişdir, avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olan məhkəmə hökmü apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və mübahisəli avtomobilin iddiaçıya qaytarılması qərara alınmışdır, həmin qərar üçün əsas Ali məhkəmənin “birinci instansiya məhkəməsi tərəfindən avtomobilin İddiaçı mülkiyyətində olmasını təsdiq edən texniki pasportun mübahisələndirilməsi və həmin sənədin ləğv edilməsinə dair heç bir hüquqi əsasın olmaması nəzərə alınmadan əsassız olaraq Cavabdeh1 avtomobilin faktiki sahibi olması nəticəsinə gəlinməsi” barədə göstərişləri olmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, ““Mitsubishi Pajero” markalı, **- MA-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün əsas olan məhkəmə qərarının dəyişdirilməsi (hüquqi əsasın aradan qalxması ilə), həmçinin mübahisəli avtomobilin alınaraq iddiaçıya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması həmin avtomobilə dair Cavabdeh1 tərəfindən edilmiş hərəkətlərdən irəli gələn bütün hüquqi nəticələrin, o cümlədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilə iddiaçının maraqlarına toxunduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobilinin alqı-satqısı barədə Cavabdeh1 və Cavabdeh2 arasında 23.09.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli və avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobilinin alqı-satqısı barədə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 23.09.2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin. 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4092/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4092/2021
22.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver