Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4135/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, o, iş üzrə cavabdehin oğlu X8 ilə faktiki olaraq ailə münasibətinə daxil olmuş, nikahlarını rəsmiləşdirmişlər. Faktiki nikahdan xx.xx.2008-ci il tarixində X10 və xx.xx.2012-ci il tarixində X6 adlı iki uşaqları anadan olmuşdur. Uşaq halhazırda onun himayəsindədir. Xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan nikahın pozulması üşün müraciət etmişlər və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Ayrıldığı müddətdən cavabdehin oğlu X8 uşaqların saxlanılması üçün heç bir köməklik göstərməmiş, aliment verməmişdir. Məcbur olub məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2019cu il tarixli qətnaməsi ilə cavabdehin oğlu X8 ilə faktiki nikahlarından xx.xx.2008-ci il tarixində anadan olmuş X10 və xx.xx.2012-ci il tarixində anadan olmuş X6 adlı uşaqların saxlanılması üçün hər birinə 110 manat olmaqla, cəmi 220 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin cavabdehin oğlu X8 tərəfindən aliment ödənilməmişdir. Belə ki, o, özü ikinci qrup əlildir və aliment ödəmək qabiliyyəti yoxdur. Cavabdeh uşağın nənəsidir və Bakı Avrasiya Universitetində müəllimə (dekan və ya dekan müavini) işləyir. Cavabdehin oğlu olan həyat yoldaşı aliment ödənişi etmir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh X8 ilə faktiki nikahlarından xx.xx.2008-ci il tarixində anadan olmuş X10 və xx.xx.2012-ci il tarixində anadan olmuş X6 adlı uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə hər ay 220 manat olmaqla, 440 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında qeyd etmişdir ki, X3 pensiya kartı ondadır, 220 manat pensiya alır, 154 manatını özünə götürür, qalan pulu Elşada göndərir. O, məktəbdə müəllim işləyir, 570 manat əmək haqqı alır. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, o, müəllimdir, 500 manat maaş alır, oğlu ikinci qup əlildir. Oğlunun əliliyə görə pensiya kartı iddiaçıdadır, pensiyanı tam olaraq iddiaçı götürür. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 220590 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında olan nikah 05 iyun 2015-ci il tarixdə, 241 №-li akt qeydi ilə pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4753/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6278/2012 nömrəli 12 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 17 noyab 2008-ci il təvəllüdlü X10 və 09 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 05 iyul 2019-cu il tarixli 9xx-xx/2019 nömrəli arayışın surətindən görünür ki, İddiaçı sabiq həyat yoldaşı X2 iki nəfər uşağın saxlanılması üçün cəmi 174 manat aliment pulu kəsdirib, lakin sabiq həyat yoldaşı Elşad Bəşirov “X4” diaqnozu ilə xəstəxanada stasionar müalicədə olduğu üçün o, aliment kəsilən gündən bu günə kimi heç bir aliment pulu almamışdır. İş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı Akif qızına ünvanlanmış 22 avqust 2022-ci il tarixli D-789 nömrəli məktubun surətindən görünür ki, məhkəmə qərarının icrasına dair Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən daxil olmuş müraciətə idarədə baxılmış, müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-cü il tarixli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay bir uşağa görə 87 manat olmaqla cəmi 174 manat miqdarda aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı dəyişdirilərək 220 manat miqdarında müəyyən edilmişdir. İcra sənədləri Göyçay rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraya yönəldilmiş, sorğular nəticəsində borclunun tələbin yönəldilə biləcək gəlir və əmlakı aşkar edilməmişdir. Göyçay rayon icra və probasiya şöbəsindən təqdim edilmiş arayışda icraat zamanı borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2022-ci il tarixdə borclunun axtarılması barədə qəbul edilərək Göyçay rayon polis şöbəsinə göndərildiyi qeyd edilmişdir. Axtarış işinin nəticəsindən asılı olaraq icra və probasiya şöbəsi tərəfindən zəruri icra tədbirləri davam etdiriləcəkdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2315/2023 saylı 13 apel 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, X3 ikinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir, ona F20 Şizofreniya, X4 X9 Qüsur Halı, Şəkərli Diabet, Tip 2, Orta Ağır diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində biologiya müəllimi işləyir, əmək haqqı 638.63 manat təşkil edir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh Bakı Avrasiya Universitetində biologiya mütəxəssis işləyir, əmək haqqı 500 manat təşkil edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X3 birgə nikahlarından 17 noyab 2008-ci il təvəllüdlü X10 və 09 aprel 2012-ci il təvəllüdlü X6 doğulmuş, sonradan onların birgə nikahları pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6278/2012 saylı 12 dekabr 2012-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay hər uşağa görə 87 manat olmaqla, cəmi 174 manat aliment X2 İddiaçı xeyrinə tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4753/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi ilə X2 tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat müəyyən edilmişdir. Sonuncu dəfə iddiaçının alimentin artırılması tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2315/2023 saylı 13 apel 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, X8 ikinci qrup əlil olmaqla, fəaliyyət qabiliyyətsizdir, X5 220 manat pensiya təyin edilmişdir. İddiaçı isə Bakı şəhəri üzrə Təhsil İdarəsində biologiya müəllimi işləyir, əmək haqqı 638.63 manat təşkil edir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilir ki, X3 pensiya kartı iddiaçıdadır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbinə görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Məhkəmə valideynlərin uşaqların saxlanması ilə bağlı bərabər öhdəlik daşıması prinsipini rəhbər tutaraq, belə qənaətə gəlir ki, nəzərə alaraq ki, İddiaçı X3 pensiya kartını saxlamaqla, ona təyin edilmiş pensiyanı alır, onun hazırda uşaqların nənəsi Cavabdeh alimentin ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən : İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4135/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4135/2023
11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver