Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4191/2020 30.07.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Kreditor ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Kreditor MMC -nin xeyrinə 1164 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1184 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu xx.xx.2019-cu il tarixli müqavilə üzrə qalıq məbləğində 1164 manat borcun və s. alınaraq Kreditor MMC-yə ödənilməsi barədədir, mübahisə tərəflər arasında bağlanmş nisyə alqı-satqı müqaviləsindən irəli gəlir, müqavilənin predmeti “Samsung Galaxy A7 128 GB SM-A750 Black” markalı əşyanın alıcıya verilməsindən, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürürməsindən ibarətdir, müqavilənin 2.1-ci bəndində, satıcı bu müqavilə qüvvəyə mindiyi gündən sonrakı növbəti 1 iş günü ərzində əmlakın işlək vəziyyətini yoxlayaraq və tam yararlı vəziyyətdə Alıcıya təhvil verməsi, 2.2-ci bəndinə görə isə satıcı Mülki Məcəllənin 606-cı maddəsinə uyğun olaraq, həmin əmlaka dair mülkiyyət hüququnu onun qiyməti tam ödənilənədək özündə saxlaması nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, ərizə və ona əlavə olunmuş sənədlərdən, müqavilənin 2.1-ci bəndinə müvafiq oaraq, əmlakın alcıya təhvil verilməsi, həmçinin müqavilənin predmeti adlı 1-ci bəndində alıcı tərəfindən alınması nəzərdə tutulan əmlaka görə ödəniləcək pul məbləğinin müqavilənin 2.2-ci bəndi ilə müəyyənləşdirilmiş qaydası və müddətini müəyyən edən şərtin olması görünmür. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276, 279, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor MMC-nin xx xxxxxxxx 1986-cı ildə Babək rayonunda doğulmuş və hazırda ünvan 1 mənzil 6 ünvanında pasport qeydiyyatənda olan Borclu xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə qalıq 1164 manat məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1184 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4191/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4191/2020
30.07.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver